"Məqsədimiz yalnız lisenziyanı almaq deyil, onu alan ilk şirkət olmaq idi" - Odero-nun Baş direktoru Raşit Kartal ilə müsahibə
"Müştərilər üçün lisenziyalı şirkətlə işləmək böyük bir güvən faktoru daşıyır. Ödəniş lisenziyasını alan ilk şirkət olaraq biz müştərilərimizə təklif etdiyimiz xidmətlərin qanuni və təhlükəsiz olduğuna əmin edirik. Lisenziyalı olmaq müştərilərimizə bizimlə əməkdaşlıq edərkən heç bir risklə üzləşməyəcəklərini bildirir".Virtual POS, abunəlik, Link, QR, Google Pay və Apple Pay ödənişlərini, KOB-lar üçün e-ticarət platforması kimi 360° ödəniş həllərini bir dam altında birləşdirən, Azərbaycanın ilk lisenziyalı ödəniş təşkilatı olan Token Azerbaycan MMC-nin baş direktoru Raşit Kartal ilə görüşüb suallarımızı ünvanladıq.
- Öncəliklə lisenziya alan ilk ödəniş təşkilatı olduğunuz üçün sizi təbrik edirik. Lisenziyalaşdırma prosesini bu qədər qısa müddətdə necə uğurla başa çatdırdınız? Bildiyimizə görə, bu lisenziyanı almış yeganə ödəniş təşkilatı sizsiniz.
- Əslində biz keçən ilin iyul ayından, yəni "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" Qanun imzalanan kimi hazırlıqlarımıza başladıq. Məqsədimiz yalnız lisenziyanı almaq deyil, onu alan ilk şirkət olmaq idi. Bu lisenziyanın alınmasında Türkiyədəki elektron pul şirkətimizin lisenziyasının olması və oradaki təcrübəmiz böyük rol oynadı. Burada bizim üçün ən dəyərli məqam Azərbaycan Respublikasının Mərkəzi Bankının bizi bu prosesdə istiqamətləndirməsi və müsbət yanaşması idi. Bu səbəblə Taleh Kazımov, Fərid Osmanov, Kəmalə Qurbanova və bütün komandaya dərin minnətdarlığımı bildirirəm.
- Ölkəmizdə lisenziyalaşdırma müddəti hələ başa çatmayıb və bir çox ödəniş qurumları lisenziyasız fəaliyyətlərini davam etdirirlər. Müştərilər buna necə reaksiya verirlər?
- Müştərilər üçün lisenziyalı şirkətlə işləmək böyük bir güvən faktoru daşıyır. Ödəniş lisenziyasını alan ilk şirkət olaraq biz müştərilərimizə təklif etdiyimiz xidmətlərin qanuni və təhlükəsiz olduğuna əmin edirik. Lisenziyalı olmaq müştərilərimizə bizimlə əməkdaşlıq edərkən heç bir risklə üzləşməyəcəklərini bildirir. Müştəri məmnuniyyətini artıraraq bizi sektorda daha da güclü mövqeyə qoyur. Bu faktor lisenziyasız şirkətlərə qarşı bizim bir addım öndə olmağımızda böyük rol oynayır.
Mərkəzi Bank digər ödəniş şirkətlərinə hələlik lisenziya verməsə də, onlara müəyyən zaman tanımaqla fəaliyyətlərini davam etdirməyə imkan verib. Bu qərar sektorda xidmətin davamlılığını təmin etmək və bazarda rəqabəti qorumaq üçün başa düşülən addımdır. Lakin bu, bizim kimi lisenziyalı şirkətlər üçün müəyyən çətinliklər yaradır. Rəqabət bərabərsizliyi bizim kimi lisenziya almaq üçün sərmayə yatıran şirkətlərə maliyyə və əməliyyat baxımından çətinliklərlə qarşılaşdırır.
Buna baxmayaraq, biz Mərkəzi Bankın sektorda nizam-intizamı qorumaq səylərini dəstəkləyir və inanırıq ki, bu proseslərin başa çatdırılması uzunmüddətli perspektivdə sektora güvən və sabitlik gətirəcək.
- Odero müştərilərinə sürətli, rahat və təhlükəsiz ödəniş xidməti vəd edir. Lisenziya ilə müştərilərinizə söz verdiyiniz təhlükəsizliyi sübut etdiniz. Bəs daha nələri vəd edirsiniz?
- Odero olaraq xüsusi həllərimizlə bizneslərə geniş xidmət təklif edirik. Sahibkarların ehtiyaclarına uyğun olaraq müxtəlif ödəniş alternativləri və inteqrasiya həlləri təqdim edərək iş proseslərini daha səmərəli edirik.
- Əvvəla, Virtual POS isə ödəniş xidmətimiz partnyorlarımıza onlayn alış-veriş üçün təhlükəsiz və sürətli ödəniş almaq imkanı verir. Fiziki mağazalar üçün QR kodla ödəniş xidmətimiz təmassız və praktiki ödəniş təcrübəsi təqdim edir. Link ilə ödəniş (Pay by Link) vasitəsilə özəlliklə sosial mediadan satış edən sahibkarlar üçün ən optimal ödəniş qəbulu üsuludur.
PCI-DSS tələblərinə cavab verən Kart saxlama xidmətimizlə kart məlumatlarını etibarlı şəkildə saxlayır və Təkrarlanan ödənişləri sürətləndiririk. Bu xidmət sayəsində Abunəlik ödənişlərinin optimal şəkildə toplanmasın üçün mükəmməl həll təqdim edirik.
Ödənişləri asanlaşdırmaq üçün Google və Apple ilə əməkdaşlığımız nəticəsində sahibkarlara Apple Pay və Google Pay ilə ödəniş qəbulu imkanını təqdim edirik. Bizim taksit ilə ödəniş xidmətimiz kart sahiblərinə böyük ödənişləri daha kiçik hissələrə bölmək imkanı verir. Top 8 bankla inteqrasiyamız və Smart Payment Orchestration xidmətimiz sayəsində partnyorlarımız onlayn ödənişləri fasiləsiz şəkildə qəbul edir.
Təhlükəsizliyə gəldikdə, biz öz anti-fraud sistemimizlə fırıldaqçılığa qarşı mübarizə aparmaqla təhlükəsiz onlayn ödəniş qəbulunu təmin edirik. Bundan əlavə, partnyorlara təqdim etdiyimiz panel sayəsində bizneslər öz ödənişlərinə canlı zamanda nəzarət edə, tam və ya hissəli geri qaytarmalar edə bilərlər.
Ödəniş qəbuluna əlavə dəyərli məhsul olaraq bizneslərə peşəkar veb-sayt və iOS/Android mobil tətbiq təklif edirik. Ödəniş qəbulu və veb mağazanı inteqrasiya etməklə sahibkarın onlayn satışa sürətli keçməsinə şərait yaradırıq. Bir panel üzərindən stoka nəzarət, çatdırılma, SMS və e-poçt göndərilməsi, multifilial sistem və əlavə biznes inteqrasiyası kimi funksionallıqları daha da genişləndiririk.
Odero olaraq bu hərtərəfli həllər ilə müəssisələrin hər növ ödəniş və inteqrasiya ehtiyaclarını qarşılayaraq, onların iş proseslərini daha rahat və təhlükəsiz edirik.
- Odero bizneslərə həllər təklif edərkən nələri nəzərə alır? Əlavə dəyər məhsulunuz olan Oderoshop necə yaradıldı?
- Əslində biz tərəfdaşlarımızın problemlərini dinləyərək və onlara necə fayda verə biləcəyimizi müzakirə edərək məhsullarımızı inkişaf etdiririk. Bu çərçivədə 2 il əvvəl ölkəyə gəldiyimiz zaman mağazaları ziyarət etdik, onların onlayn satış və ödənişlərdə qarşılaşdıqları problemləri dinlədik. Gördük ki, həqiqətən fiziki mağazası olan şirkətlərin onlayn ödəniş üçün veb-saytlara ehtiyacı var. Bu kontekstdə onlara əlavə dəyərli məhsullar təklif etmək fikrinə düşdük. Xüsusilə KOB-lar üçün onlayn satış edəcəkləri “end to end” platforma hazırladıq. Beləliklə, partnyorlarımız nə developerlərə, nə də banklara vaxt ayırmadan cəmi 2 həftəyə e-ticarətə başlaya bilirlər.
- Qarşıdakı dövrdə hansı yol xəritəsini izləyəcəksiniz? Odero-nun orta və uzunmüddətli planları və hədəfləri hansılardır? Müştərilərinizi gözləyən yeniliklər haqqında nə demək istərdiniz?
- Qeyd edim ki, qarşımızdakı dövrdə böyümək və innovativ məhsullar mövzusunda çox iddialıyıq. Birincisi, biz Azərbaycanda ödəniş xidmətlərimizi daha da inkişaf etdirmək və genişləndirmək üçün əhəmiyyətli investisiyalar yatırırıq. Bu investisiyalar sayəsində Azərbaycandakı tərəfdaşlarımıza daha təkmil və hərtərəfli həllər təklif etməyi hədəfləyirik.
Bizim orta və uzunmüddətli planlarımıza regionun digər ölkələrinə də genişlənmə daxildir. Xüsusilə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Gürcüstan bazarlarına çıxmağı planlaşdırırıq. Bu genişləndirmə strategiyası ilə biz daha geniş coğrafiyaya Oderonun etibarlı və innovativ ödəniş həllərini təklif etməyi hədəfləyirik.
Tərəfdaşlarımızı gözləyən yeniliklər arasında qabaqcıl ödəniş inteqrasiyaları, daha güclü təhlükəsizlik tədbirləri və istifadəçi dostu interfeyslər var. Əlavə olaraq, biz yeni bazarlara doğru genişləndikcə yerli ehtiyacları və qaydaları nəzərə alaraq həll yollarımızı optimallaşdıracağıq.
Odero olaraq texnoloji infrastrukturumuzu daim yeniləmək və təkmilləşdirilmiş xidmətlər göstərməklə tərəfdaşlarımızın biznes proseslərini daha səmərəli etməyə və onların böyüməsinə töhfə verməyə davam edəcəyik. Regional genişləndirmə strategiyamızla biz təkcə Azərbaycanda deyil, bütün regionda aparıcı ödəniş şirkəti olmağı hədəfləyirik.
- Raşit bəy, suallarımızı cavablandırdığınıza görə, təşəkkür edirik.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 5 d. əvvəl
-
20 d. əvvəl
Dollar ucuzlaşır - Yanvar ayından bəri ən aşağı səviyyədədir
-
32 d. əvvəl
Rəqəmsal şəxsiyyət vəsiqəsinin tanınması Azercell-in bütün ofislərində təmin edilib
- 33 d. əvvəl
-
46 d. əvvəl
Volkswagen Çinli rəqiblərinə uduzur - 15 mindən çox işçisini ixtisar edə bilər
- 1 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Məktəblilərimiz beynəlxalq fənn olimpiadalarında ölkəmizə medallar qazandırıblar
- 15 saat əvvəl
-
15 saat əvvəl
Azərbaycanın kapital bazarında tarixi hadisə - SABAHDAN TİCARƏTƏ BURAXILIR
- 15 saat əvvəl
- 15 saat əvvəl