“Azərkosmos” kosmik biliklərin növbəti ixracını İraq, Toqo və Seneqala edəcək”
“Artıq Azərbaycanın kosmosda özünəməxsus orbital mövqeyi var. Bu o deməkdir ki, Azərbaycan artıq 48 ölkədən biri olaraq özünəməxsus kosmik resurs əldə edib, müəyyən bir orbital mövqe sırf ölkəmizə müəyyən tezliklər üçün ayrılıb. Hazırda Azərbaycan istədiyi zaman orbitə peyk qaldıra bilər”.
Bu sözləri açıqlaması zamanı “Azərkosmos”un Radiotezliklərin idarə edilməsi bölməsinin rəhbəri Sitarə Mehdiyeva deyib.
“Artıq ölkəmizin fəzada özünəməxsus kosmik resursu var. Bu orbital mövqe əlçatan hesab olunur. Kosmik sahədə Azərbaycan istənilən vaxt xidmətlər təqdim edir. Təbii ki, bu proses elə də asan başa gəlmədi. Biz bu qeydiyyat prosesinə 2020-ci ildə başladıq. Belə ki, tərəfimizdən texniki ərizə hazırlanaraq Beynəlxalq Radiotezliklər İdarəsinə müraciət edildi. Beynəlxalq standartlara görə 7 il müddətində davam edən prosesi biz üç ilə yekunlaşdırdıq. Koordinasiyası tələb edilən qonşu ölkələrlə danışıqları qısa zamanda uğurla yekunlaşdırdıq və 46 dərəcə şərq uzunluğu orbital mövqeyini Azərbaycan hökumətinin adı altında Beynəlxalq Radiotezliklər İdarəsində qeydiyyata aldıq. Bu bizə bir təkan verdi ki, biz peyk xidmətləri ilə bərabər bu sahədə biliklərimizi də ixrac edək. Düşündük ki, 10 il kosmik sahədə olan Azərbaycandan digər ölkələr təlimlər alsınlar”, - deyə Sitarə Mehdiyeva bildirib.
“Azərkosmos”un peyk xidmətlərindən əlavə ötən ildən etibarən kosmik sahə üzrə biliklərin ixracına başlandığını xatırladan S.Mehdiyeva Azərbaycan brendi olaraq kosmik sahə üzrə yaradılmış intellektual məhsula bu gün yüksək tələbat olduğunu bildirib: “Hazırkı nəticələrimiz onu göstərir ki, beynəlxalq arenada “Azəkosmos”un intellektual məhsuluna böyük maraq var. Biz ötən ilin dekabrında “Azərkosmos”un intellektual məhsulu olan radiotezliklərin idarəolunması üzrə təlim və konsultasiya proqramını Bəhreyn Krallığının “Telekommunikasiya üzrə Tənzimləmə Qurumu”na təqdim etdik. Bu yaxınlarda isə həmin biliklər Mozambik Administrasiyasının Kommunikasiya İnstitutunun nümayəndələrinə təqdim olundu. Mozambik Administrasiyasının nümayəndələri Azərbaycana səfər etdi və 1 həftə ərzində təlimdən yararlandılar. Hazırda bu proses davam etməkdədir”.
“Azərkosmos” rəsmisi vurğulayıb ki, yaxın gələcəkdə kosmik sahə üzrə biliklərin daha bir neçə ölkəyə ixracı planlaşdırılır.
“Hazırda planlarımızda bir neçə ölkələr var. Kosmik məhsullarımızın ixracı növbəti addımda İraq, Toqo, Seneqal kimi ölkələrə həyata keçiriləcək. Yaxın zamanlarda bu ölkələrə səfərlərimiz planlaşdırılır. Lakin biz bununla kifayətlənmirik. Eyni zamanda, biz hazırda ixrac etdiyimiz konsultasiya və təlim paketlərini daha da təkmilləşdirmək, geniş təşviqatını aparmağı planlaşdırırıq. Artıq Azərbaycan yalnız peyk məhsulları ixrac etmir, eyni zamanda kosmik biliklərin də ixracını həyata keçirir”, - deyə Sitarə Mehdiyeva vurğulayıb.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 saat əvvəl
-
1 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
- 1 saat əvvəl
-
10 saat əvvəl
Bu bankın kart sahibləri 2025-ci ildə 12 milyon manatdan çox keşbek qazanıblar
- 11 saat əvvəl
-
11 saat əvvəl
“Marriott” Azərbaycanın regionlarında fəaliyyətini genişləndirəcək
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
15 saat əvvəl
"ƏDV geri al” layihəsi çərçivəsində 20 milyon manaat yaxın vəsait istehlakçılara qaytarılıb
- 15 saat əvvəl
-
15 saat əvvəl
Holdinq 7 xidməti avtomobilin sığortalanması üçün açıq tender elan edib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Alphabet 100 illik istiqraz burxmağı planlaşdırır
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
ChatGPT-də reklam dövrü başlayır
"Eczacıbaşı Holding"in sədri Azərbaycana gəlib - Nazir ilə görüşüb, Azərbaycanda potensial fəaliyyəti müzakirə edilib
ABŞ-ın 31 şirkətinin 60 nəfər nümayəndəsi Azərbaycana gəlib
Fəzail Ağamalı vəfat edib
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Əmək pensiyaları indeksləşdirilir - Pensiyalar 9,3 faiz artırılır
Aktiv vergi ödəyicilərinin sayı artır
Lizinq şirkətinə əlavə maya qoyulur
"Uber" "Getir"i satın alır - RAZILAŞMA
























