"Nort Vest Konstrakşn" şirkətinin gəliri və xalis mənfəəti kəskin artıb
"Nort Vest Konstrakşn" MMC 2023-cü ili 32 milyon 729 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2022-ci ili 8 milyon 868 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, 2022-ci illə müqayisədə 2023-cü ildə "Nort Vest Konstrakşn" şirkətinin xalis mənfəət 3,7 dəfə artıb. Xalis mənfəətin artması gəlirin artmasından qaynaqlanıb.
Marja.az xəbər verir ki, "Nort Vest Konstrakşn" MMC-nin əsas əməliyyat gəlirləri 2022-ci ildə 272 milyon 510 min manat ikən, 2023-cü ildə 415 milyon 988 min manata yüksəlib (143 milyon 478 min manat və ya 1,5 dəfə artıb).
Ötən il "Nort Vest Konstrakşn" MMC 40 milyon 911 min manat vergidən əvvəlki mənfəətindən 8 milyon 182 min manat mənfəət vergisi ödəyib.
31 dekabr 2023-cü l tarixində "Nort Vest Konstrakşn" MMC 169 milyon 46 min manat cəmi aktivlərə malik olub. Şirkət 2023-cü ilin sonunda 351 milyon 338 min manat cəmi aktivlərə çalik idi.
"Nort Vest Konstrakşn" şirkətinin fəaliyyəti sənaye obyektlərinin, çoxfunksiyalı bina və komplekslərin, yolların, körpülərin, tunellərin və digər nəqliyyat infrastruktur sistemlərinin, su təchizatı və kanalizasiya sistemlərinin, enerji layihələrinin tikintisi və layihələndirilməsini əhatə edir. NW həmçinin layihənin idarə edilməsi xidmətlərini göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 12 d. əvvəl
- 20 d. əvvəl
-
-
1 saat əvvəl
Azərbaycan Özbəkistanda aldığı bankın rəhbərliyini yenidən formalaşdırır
-
1 saat əvvəl
Azərbaycanın fındıq ixracatçısı gəlirini kəskin artırıb - 98%-lik sıçrayış
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Ötən il “0”, bu il 43,9 milyon dollar - Yeni şirkət ixracda ilk beşliyə daxil olub
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
İlk onluqdadır, amma ixrac artımı kəskin yavaşıyıb
Aviaşirkətin ixracında kəskin sıçrayış
Tütün şirkətinin ixracı 40 milyon dolları keçib
Sentyabrın 30-da gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Azərbaycanın metallurgiya nəhəngi ixracda sürəti artırıb - 8 ayda xaricə 54 milyon dollarlıq məhsul satıb
Azərbaycanın şəkər şirkətinin ixracı 131% artdı
Azərbaycanın pambıq nəhənginin ixracı 100 milyon dolları keçib
Azərbaycanın ən böyük özəl ixracatçısının ixracı 3,3 dəfə artdı
“Azərkosmos” 36 ölkəyə 17,4 milyon dollarlıq xidmət göstərib
Azərbaycanın ən böyük 10 özəl ixracatçısı - ADLARI VƏ QAZANCLARI






























