Dünya brendi "Kempinski" Azərbaycanda mənzil bazarına daxil olur
“Bayıl Bay” lüks yaşayış kompleksi dünyaca məşhur “Kempinski” tərəfindən idarə olunacaq.Kompleks “Kempinski Residences Bayıl Bay” adını daşıyacaq.(®) “Baku City Residences” növbəti beynəlxalq ilkə imza atıb.
İsveçrənin Cenevrə şəhərində “Kempinski” və “Baku City Residences” daşınmaz əmlak şirkəti arasında müqavilə imzalanıb.
Müqaviləyə əsasən, “Bayıl Bay” lüks yaşayış kompleksi dünyaca məşhur “Kempinski” tərəfindən idarə olunacaq. Bundan əlavə, “Bayıl Bay” yaşayış kompleksi “Kempinski” brendi ilə fəaliyyət göstərərək, “Kempinski Residences Bayıl Bay” adını daşıyacaq.
Dənizkənarı Bulvarda inşa olunmuş və hazırda yekunlaşmaq üzrə olan “Kempinski Residences Bayıl Bay” fəaliyyətə başlayanda Bakının ən diqqətçəkən yaşayış kompleksinə çevriləcək.
Xəzər dənizinin sahilində yerləşən bu memarlıq möcüzəsi Bakıda mənzil sahibi olmaq istəyən şəxslər üçün zövqlü yaşam şəraitinə malik 37 özəl rezidensə ev sahibliyi edəcək.

Lüks rezidenslərə tam sahib olmaq imkanı
“Kempinski Residences Bayıl Bay”də sahəsi 249 - 436,6 kv.m. arasında dəyişən beş müxtəlif kateqoriyaya aid fərdi yaşayış evlərinə tam sahib olmaq mümkün olacaq. Bu, investorlara Kempinski qonaqpərvərliyini özündə əks etdirən mənzillərdə yaşamağın üstünlüklərindən yararlanmaq şansı verəcək.
“Kempinski Residences Bayıl Bay”də geniş fərdi terrasları olan 37 rezidensdən əlavə, üç mərtəbəli premium kommersiya sahələri, istirahət otağı, idman zalı, videokonfrans otağı və Bayıl körfəzinə panoramik mənzərəsi olan açıq terraslara malik restoran mövcuddur.

İdeal məkanda yerləşən lüks yaşayış kompleksi
“Kempinski Residences Bayıl Bay” İçərişəhər, Qız Qalası, Milli Xalça Muzeyi, Baku Crystal Hall kimi Bakının ən məşhur, görməli məkanlarının yaxınlığında yerləşir. Kompleksdən Alov Qüllələrinə ecazkar mənzərə açılır.
“Kempinski Residences Bayıl Bay”in layihəsi tanınmış italyan memar Mauro Lipparini tərəfindən hazırlanıb. Binanın istilik izolyasiyalı fasadı mövcuddur. “Kempinski Residences Bayıl Bay”in özəl terrasları arasında yerləşdirilmiş təbii bitkilər, rezidens sahibləri üçün ilin bütün fəsillərində xoş ətraf mühit ab-havası yaradacaq.
“Baku City Residences”in keyfiyyəti və “Kempinski”nin qonaqpərvərliyi bir arada
“Kempinski Group”un Baş İcraçı Direktoru Barbara Mukermann bildirib ki, son onilliklərdə Bakı Xəzər dənizi regionunda sənaye və sahibkarlıq mərkəzinə çevrilib:
“Biz “Kempinski Residences Bayıl Bay”da mənzil sahibi olacaq şəxsləri Xəzər dənizinin ruhlandırıcı mənzərəsi və Bakının ən gözəl tərtibatlı interyerinə sahib olan, Kempinski qonaqpərvərliyinin sonsuz zərifliyini özündə əks etdirən dəbdəbəli həyat tərzi ilə tanış edəcəyik”.

“Baku City Residences” şirkətinin baş direktoru Ramil Məhərrəmov “Kempinski Residences Bayıl Bay”də yaradılacaq şəraitdən söz açıb:
“Biz Azərbaycanda bir sıra qabaqcıl premium daşınmaz əmlak layihələrini həyata keçirməklə nüfuz qazanmışıq. “Kempinski Residences Bayıl Bay” bu nüfuzu daha da möhkəmləndirməklə yanaşı, Bakıda lüks yaşam standartlarını yüksəldəcək. Biz investorlara Azərbaycanda analoqu olmayan ən dəbdəbəli həyat tərzini təqdim etmək vədini vermişik. Kempinski ilə əməkdaşlıq etməklə, bu vədimizi Avropanın ən qədim və nüfuzlu qonaqpərvərlik şirkətinin kuratorluğu ilə, inamla reallaşdıra bilərik”.
“Kempinski Residences Bayıl Bay”in 2025-ci ilin 2-ci rübünə qədər tamamlanması nəzərdə tutulur.
Baku City Residences haqqında:
Müasirliyi və rahatlığı özündə birləşdirən, vahid məkanda inteqrasiya olunmuş xidmətlər təklif edən “Baku City Residences” onillik təcrübəsi ilə Azərbaycanın daşınmaz əmlak bazarında nüfuzlu mövqeyə malikdir. Şirkət zərif dizaynı və premium şəraiti ilə seçilən "Baku City Residences Olimpik", "Baku City Residences Khatai", "Bayıl Bay", "Yacht Club Residences" və "Shusha City Residences" kimi görkəmli layihələrə uğurla imza atıb.
Kempinski haqqında:
1897-ci ildə təsis edilmiş “Kempinski Hotels” Avropanın ən qədim lüks otellər şəbəkəsidir. Kempinskinin qüsursuz fərdi xidmət və üstün qonaqpərvərliyi ilə zəngin irsi eksklüzivliyi və fərdiliyi ilə seçilir. Bu gün “Kempinski Group” 35 ölkədə 82 mehmanxana və rezidensi idarə edir, eyni zamanda bütün dünyada 28-dən çox nüfuzlu layihənin reallaşdırılması ilə məşğuldur.
Şirkətin idarə etdiyi beşulduzlu otellər özünəməxsus irsini qorumaqla yanaşı, Kempinski brendinin gücünü və uğurunu özündə əks etdirir. Kempinski brendi ilə fəaliyyət göstərən hər bir hotel yerləşdiyi ölkənin mədəniyyət ənənələrini özündə ehtiva etməklə, qonaqların arzuladığı keyfiyyəti onlara təqdim edir.
“Kempinski Group” hotellər şəbəkəsinə zəngin tarixə malik tikililər, mükafatlara layiq görülmüş şəhər stilində hotellər, görkəmli kurortlar və prestijli rezidenslər daxildir. Kempinski dünyanın müstəqil hotel brendlərinin ən böyük alyansı olan Qlobal Hotel Alyansının (GHA) qurucu üzvüdür.
Müştərilərin xəbərləri
7–10 günə əsas mərhələ tamamlanır, "ABB Davr" oktyabrda fəaliyyətə başlaya bilər - ABB-nin sədrilə MÜSAHİBƏ
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
21 saat sonra
Kredit sahəsində rəhbər və mütəxəssis vakansiyaları açılıb – Müraciətlər qəbul olunur
- 2 saat əvvəl
-
-
2 saat əvvəl
ABŞ ordusunun hücumları nəticəsində İran Dəniz Qüvvələrinin 6 hərbçisi öldürülüb
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
“Bank of Baku”da yeni təyinat – Zöhrab Niftəliyev müşavir oldu
- 3 saat əvvəl
-
4 saat əvvəl
FAB Şirkətlər Qrupu “KazBuild-2026” beynəlxalq sərgisində iştirak edir
- 4 saat əvvəl
-
4 saat əvvəl
CNN: ABŞ, Hormuz boğazından 40 gəmi ilə neft daşınmasını təmin edib
-
4 saat əvvəl
ARDNF-nin xarici səhm portfeli 18 milyard dollara çatıb – 6 ayda 1,5 milyard dollar artım
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Kredit sahəsində rəhbər və mütəxəssis vakansiyaları açılıb – Müraciətlər qəbul olunur
Azər Türk Bankdan yeni istehlak krediti kampaniyası ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
“Bank of Baku”da yeni təyinat – Zöhrab Niftəliyev müşavir oldu
CNN: ABŞ, Hormuz boğazından 40 gəmi ilə neft daşınmasını təmin edib
Ən çox oxunanlar
ARDNF-nin xarici səhm portfeli 18 milyard dollara çatıb – 6 ayda 1,5 milyard dollar artım
Dövlət 7%-lə 200 milyon manat borclanmağa hazırlaşır - Tələb yüksək olsa, 400 milyon manatadək borc alına bilər
Chevron Venesuelaya 7 milyard dollar sərmayə yatıracaq
Formula 1 yarışlarının keçiriləcəyi vaxt bəzi məktəblərdə tədris onlayn təşkil olunacaq























