"AccessBank"ın vəziyyəti açıqlandı - XALİS MƏNFƏƏTİ KƏSKİN ARTIB
"AccessBank" QSC 2024-cü ilin 9 ayını (yanvar-sentyabr) 41 milyon 454 min manat xalis mənfəət ilə başa vurub. Bank ötən ilin eyni dövrünü 29 milyon 309 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "AccessBank"ın xalis mənfəəti 2023-cü ilin 9 ayı ilə müqayisədə 2024-cü ilin 9 ayı ərzində 12 milyon 145 min manat və ya 41,4% artıb.
Marja.az Bankın rüblük hesabatlarına istinadən xəbər verir ki, "AccessBank"ın faiz gəlirləri 2023-cü ilin 9 ayı ərzində 142 milyon 19 min manat ikən, 2024-cü ilin 9 ayı ərzində 165 milyon 396 min manat təşkil edib (23 milyon 377 min manat və ya 16,5% artıb).
2023-cü ilin 9 ayının yekunu ilə müqayisədə 2024-cü ilin 9 ayı ərzində"AccessBank"ın qeyri-faiz gəlirləri isə 244 min manat artaraq 13 milyon 669 min manat təşkil edib.
BU İL KREDİT PORTFELİ 108 MİLYON MANATA YAXIN ARTIB
2023-cü ilin sonu ilə müqayisədə 2024-cü ilin 9 ayı ərzində "AccessBank"ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 107 milyon 884 min manat və ya 10,6% artaraq 30 sentyabr 2024-cü il tarixində 1 milyard 121 milyon 649 min manata çatıb. O cümlədən, Bankın istehlak kreditləri portfeli 9 milyon 582 min manat artaraq 237 milyon 119 min manata, biznes kreditləri portfeli 94 milyon 258 min manat aratarq 874 milyon 303 min manata, ipoteka kreditləri portfeli 4 milyon 44 min manat artaraq 10 milyon 227 min manata yüsksəlib.
CƏMİ AKTİVLƏRİ 1,5 MİLYARD MANATA YAXINLAŞIB
2023-cü ilin sonu ilə müqayisədə 2024-cü ilin 9 ayı ərində "AccessBank"ın cəmi aktivləri 72 milyon 229 min manat və ya 5,2% artaraq 30 sentyabr 2024-cü il tarixində 1 milyard 464 milyon 516 min manat təşkil edib.
2023-cü ilin sonu ilə müqayisədə 2024-cü ilin 9 ayı ərində "AccessBank"da cəmi depozitlər 2 milyon 422 min manat azalaraq 1 milyard 49 miylon 153 min manata düşüb. O cümlədən, fiziki şəxslərin depozitləri 23 milyon 671 min manat azalaraq 818 milyon 795 min manata geriləyib, hüquqi şəxslərin depozitləri 21 milyon 249 min manat artaraq 230 miylon 358 min manata yüksəlib.
30 sentyabr 2024-cü il tarixində "AccessBank" 171 milyon 259 min manat məcmu kapitala malik olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
5 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
5 gün sonra
Ağ Şəhərdə 130 mənzillik yeni yaşayış binası: 30% ilkin ödəniş, 36 ayadək faizsiz kredit
-
-
5 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
- 36 d. əvvəl
-
46 d. əvvəl
Sahibkarlar “Etender.gov.az” portalında sənədləri “SİMA İmza” imzalayacaq ®
-
1 saat əvvəl
MDB dövlət başçıları Türkmənistanda bir araya gəlir – İlham Əliyev iclasda iştirak edir
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İlham Əliyev: Trampın tarixi sülh səylərinin qiymətləndiriləcəyinə ümid edirik
-
1 saat əvvəl
Süni intellekt bumu TSMC-yə rekord gəlir gətirib – 46,7 milyard dollar
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Microsoft, Adobe və daha 6 texnologiya şirkətinə qadağa – “Yaşıl kart” proqramından kənarlaşdırıldılar
Bakının restoran xəritəsində yeni ünvan – “Sheer One” açıldı
Ağ Şəhərdə 130 mənzillik yeni yaşayış kompleksi: 30% ilkin ödəniş, 36 ayadək faizsiz kredit
BOKT 4 milyon manat borclanır – İllik 13% faiz ödəyəcək
İntensiv və güclü yağış yağacaq - XƏBƏRDARLIQ
























