"Expressbank"ın vəziyyəti məlum oldu - 9 MİLYON MANATDAN ÇOX XALİS MƏNFƏƏT
"Expressbank" ASC 2024-cü ilin 9 ayını (yanvar-sentyabr) 9 milyon 175 min manat xalis mənfəət ilə başa vurub. Bank ötən ilin eyni dövrünü 9 milyon 968 min manat xalis mənfəət ilə bağlamışdı. Xalis mənfəətin 793 min manat və ya 8% azalması mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara daha çox məbləğdə vəsait ayrılması ilə əlaqədardır. Cari ildə "Expressbank"ın kredit portfeli böyüyüb, gəlirləri, əməliyyat mənfəəti artıb.
ƏMƏLİYYAT GƏLİRİ ARTIB
Marja.az Bankın rüblük hesabatlarına istinadən xəbər verir ki, "Expressbank"ın faiz gəlirləri 2023-cü ilin 9 ayında 42 milyon 218 min manat ikən, 2024-cü ilin 9 ayında 49 milyon 640 min manata yüksəlib (7 milyon 422 min manat və ya 17,5% artıb). Bankın qeyri-faiz gəlirləri isə 1 milyon 289 min manat və ya 9,2% artaraq 15 milyon 293 min manat təşkil edib.
2024-cü ilin 9 ayında "Expressbank"ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 64 milyon 933 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 49 milyon 461 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 15 milyon 472 min manat təşkil edib. Bank əməliyyat mənfəətindən 3 milyon 949 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırıb, 2 milyon 348 min manat mənfəət vergisi ödəyib.
Müqayisə üçün qeyd edək ki, 2023-cü ilin 9 ayı ərzində "Expressbank" 13 milyon 457 min manat əməliyyat mənfəətindən1 milyon 16 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırmışdı.
2023-cü ilin 9 ayı ilə müqayisədə 2024-cü ilin 9 ayında "Expressbank"ın əməliyyat mənfəəti 2 milyon 15 min manat və ya 13% artıb.
KREDİT PORTFELİ ARTIB
2023-cü ilin sonu ilə müqayisədə 2024-cü ilin 9 ayı ərzində "Expressbank"ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 58 milyon 949 min manat və ya 14,4% artaraq 30 sentyabr 2024-cü il tarixində 468 milyon 202 min manat təşkil edib. O cümlədən, istehlak kreditləri portfeli 26 milyon 58 min manat artaraq 215 milyon 420 min manata, biznes kreditləri portfeli 27 milyon 125 min manat artaraq 140 milyon 518 min manata, ipoteka kreditləri portfeli 5 milyon 765 min manat artaraq 112 milyon 263 min manata çatıb.
2023-cü ilin sonu ilə müqayisədə 2024-cü ilin 9 ayı ərzində "Expressbank"ın cəmi aktivləri 13 milyon 427 min manat və ya 2,4% artaraq 30 sentyabr 2024-cü il tarixində 573 milyon 655 min manat təşkil edib.
2023-cü ilin sonu ilə müqayisədə 2024-cü ilin 9 ayı ərzində "Expressbank"da depozitlər 6 milyon 110 min manat və ya 2,6% artaraq 236 milyon 521 min manata yüksəlib. Bankda fiziki şəxslərin depozitləri 37 milyon 407 min manat və ya 24,6% artaraq 189 milyon 542 min manat təşkil edib.
MƏCMU KAPİTALI ARTIB
30 sentyabr 2024-cü il tarixində "Expressbank" 134 milyon 554 min manat məcmu kapitala malik olub. Bank 2023-cü ilin sonunda 127 milyon 825 min manat məcmu kapitala malik idi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
5 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
5 gün sonra
Ağ Şəhərdə 130 mənzillik yeni yaşayış binası: 30% ilkin ödəniş, 36 ayadək faizsiz kredit
-
-
5 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
- 35 d. əvvəl
-
45 d. əvvəl
Sahibkarlar “Etender.gov.az” portalında sənədləri “SİMA İmza” imzalayacaq ®
-
1 saat əvvəl
MDB dövlət başçıları Türkmənistanda bir araya gəlir – İlham Əliyev iclasda iştirak edir
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İlham Əliyev: Trampın tarixi sülh səylərinin qiymətləndiriləcəyinə ümid edirik
-
1 saat əvvəl
Süni intellekt bumu TSMC-yə rekord gəlir gətirib – 46,7 milyard dollar
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Microsoft, Adobe və daha 6 texnologiya şirkətinə qadağa – “Yaşıl kart” proqramından kənarlaşdırıldılar
Bakının restoran xəritəsində yeni ünvan – “Sheer One” açıldı
Ağ Şəhərdə 130 mənzillik yeni yaşayış kompleksi: 30% ilkin ödəniş, 36 ayadək faizsiz kredit
BOKT 4 milyon manat borclanır – İllik 13% faiz ödəyəcək
İntensiv və güclü yağış yağacaq - XƏBƏRDARLIQ


























