"PAŞA Bank"ın maliyyə vəziyyəti açıqlandı
"PAŞA Bank" ASC 2024-cü ilin 9 ayını (yanvar-sentyabr) 146 milyon 778 min manat xalis mənfəət ilə başa vurub. Bank ötən ilin eyni dövrünü 147 milyon 269 min manat xalis mənfəət ilə bağlamışdı. Xalis mənfəətin cüzi azalması əsasən xərclərin gəlirlərdən daha çox artması ilə əlaqədardır.
Marja.az Bankın rüblük hesabatlarına istinadən xəbər verir ki, "PAŞA Bank"ın faiz gəlirləri 2023-cü ilin 9 ayında 323 milyon 888 min manat ikən, 2024-cü ilin 9 ayı ərzində 359 milyon 476 min manat təşkil edib (35 milyon 588 min manat və ya 11% artıb). Bankın qeyri-faiz gəlirləri isə 165 milyon 913 min manatdan 194 miylon 645 min manata yüksəlib (28 milyon 732 min manat və ya 17,3% artıb).
2024-cü ilin 9 ayında "PAŞA Bank"ın cəmi əməliyyat gəlirlərinin 64 milyon 320 min manat artmasına qarşılıq, cəmi əməliyyat xərcləri daha çox - 76 milyon 675 min manat artıb. Xərclər gəlirlərdən daha çox artdığı üçün "PAŞA Bank"ın əməliyyat mənfəəti 12 milyon 356 min manat azalaraq 193 milyon 311 min manata düşüb. Bank 2023-cü ilin 9 ayı ərzində 205 milyon 667 min manat əməliyyat mənfəəti əldə etmişdi.
KREDİT PORTFELİ ARTIB
2023-cü ilin sonu ilə müqayisədə 2024-cü ilin 9 ayı ərzində "PAŞA Bankın" kredit portfeli 413 milyon 528 min manat və ya 14,6% artaraq 30 sentyabr 2024-cü il tarixində 3 milyard 248 milyon 971 min manat təşkil edib. O cümlədən, Bankın istehlak kreditləri portfeli 8 milyon 833 min manat artaraq 94 milyon 508 min manata, biznes kreditləri portfeli 349 milyon 521 min manat artaraq 2 milyard 943 milyon 845 min manata, ipoteka kreditləri portfeli 55 milyon 173 min manat artaraq 210 milyon 618 min manata çatıb.
2023-cü ilin sonu ilə müqayisədə 2024-cü ilin 9 ayı ərzində "PAŞA Bankın" cəmi aktivləri 75 milyon 550 min manat azalaraq 8 milyard 575 milyon 821 min manata, Bankda depozitlər isə 75 milyon 7 min manat azalaraq 6 milyard 860 milyon 168 min manata geriləyib. Bankda fiziki şəxslərin depozitləri 281 milyon 802 min manat artıb, hüquqi şəxslərin depozitləri 356 milyon 808 min manat azalıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
5 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
5 gün sonra
Ağ Şəhərdə 130 mənzillik yeni yaşayış binası: 30% ilkin ödəniş, 36 ayadək faizsiz kredit
-
-
5 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
- 35 d. əvvəl
-
45 d. əvvəl
Sahibkarlar “Etender.gov.az” portalında sənədləri “SİMA İmza” imzalayacaq ®
-
1 saat əvvəl
MDB dövlət başçıları Türkmənistanda bir araya gəlir – İlham Əliyev iclasda iştirak edir
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İlham Əliyev: Trampın tarixi sülh səylərinin qiymətləndiriləcəyinə ümid edirik
-
1 saat əvvəl
Süni intellekt bumu TSMC-yə rekord gəlir gətirib – 46,7 milyard dollar
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Microsoft, Adobe və daha 6 texnologiya şirkətinə qadağa – “Yaşıl kart” proqramından kənarlaşdırıldılar
Bakının restoran xəritəsində yeni ünvan – “Sheer One” açıldı
Ağ Şəhərdə 130 mənzillik yeni yaşayış kompleksi: 30% ilkin ödəniş, 36 ayadək faizsiz kredit
BOKT 4 milyon manat borclanır – İllik 13% faiz ödəyəcək
İntensiv və güclü yağış yağacaq - XƏBƏRDARLIQ


























