DOST Agentliyi zərərdən mənfəətə keçib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi 2023-cü ili 80 min manat mənfəətlə başa vurub. Halbuki, Agentlik 2022-ci ildən 329 min manat zərərlə çıxmışdı.
Ötən il DOST Agentliyinin hökumətdən alınmış subsidiyalar hesabına gəlirləri 331,72 milyon manat (əvvəlki ilə nisbətən 17,1 % çox), digər gəlirləri 80 min manat (2,4 dəfə az), heyətlə bağlı xərclər 314,254 milyon manat (16,1 % çox), köhnəlmə xərcləri 8,472 min manat (28,8 % çox), amortizasiya xərcləri 795 min manat (3,3dəfə çox), icarə xərcləri 1,822 milyon manat (9 % çox), qısamüddətli icarələr üzrə icarə obyektlərinin təkmilləşdirilməsi xərcləri 28 min manat (3,7 dəfə az), digər əməliyyat xərcləri 5,794 milyon manat (41 % çox), maliyyə xərcləri isə 555 min manat (11,9 % çox) təşkil edib.
Bu il yanvarın 1-nə DOST Agentliyinin aktivləri 129,383 milyon manat olub ki, bu da illik müqayisədə 13,6 % çoxdur. Hesabat dövründə qurumun öhdəlikləri 14,9 % artaraq 119,279 milyon manata, balans kapitalı 0,8 % artaraq 10,104 milyon manata çatıb.
Xatırladaq ki, DOST Agentliyi Prezident İlham Əliyevin 9 avqust 2018-ci il tarixli fərmanı ilə yaradılıb. Agentliyin Nizamnaməsi və Strukturu dövlət başçısının 10 dekabr 2018-ci il tarixli fərmanına əsasən təsdiq olunub. Onun nizamnamə kapitalı 10 min manatdır. 9 may 2019-cu ildə ilk "DOST" mərkəzinin açılışı baş tutub.
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
58 d. əvvəl
“NEO BOKT” ASC-nin və “KollektA” ASC-nin səhmlərinin abunə yazılışı müddəti uzadılıb
-
-
1 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” Hüquq Büro xidmətini satın alır - TENDER ®
- 1 saat əvvəl
-
1 saat əvvəl
Şirkətdaxili yüksəliş: Yasin Bağırov ATENA Qrupun Baş İcraçı Direktoru təyin edildi
- 1 saat əvvəl
-
2 saat əvvəl
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Qlobal bazarlar nəfəsini tutub: FED bu axşam faiz qərarını açıqlayacaq
- 3 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Şirkətdaxili yüksəliş: Yasin Bağırov ATENA Qrupun Baş İcraçı Direktoru təyin edildi
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
“KollektA”dan 16%-lik istiqraz – 2 milyon manat cəlb edəcək
Ən çox oxunanlar
BFB-dən “PRIOR LEASING”in istiqrazlarına yaşıl işıq
Sement ixracında 20%-lik geriləmə
ABB partnyorları ilə görüş ®

























