147 milyon pul ölkəyə qaytarılmayıb - İxrac ilə məşğul olan şəxslər məsuliyyətə cəlb edilib
Xəbər verildiyi kimi xarici iqtisadi fəaliyyətlə məşğul olan bəzi sahibkarlıq subyektləri tərəfindən müvafiq valyutada olan pul vəsaitlərinin Azərbaycan Respublikasına qaytarılmamasına dair Dövlət Gömrük Komitəsindən daxil olmuş materiallar əsasında Azərbaycan Respublikasının prokurorluq orqanlarında cinayət işləri başlanaraq ibtidai istintaq aparılır.
Marja.az Baş Prokurorluğa istinadən xəbər verir ki, istintaq tədbirləri ilə Azərbaycan Respublikasında qeydə alınan hüquqi şəxslərlə xarici ölkələrdəki şirkətlər arasında kənd təsərrüfatı məhsullarının alqı-satqısına dair müxtəlif vaxtlarda müqavilələrin bağlanması və həmin fəaliyyət nəticəsində əldə olunan külli miqdarda gəlirlərin ölkəmizdə müvəkkil edilmiş bank hesablarına qaytarılmamasına əsaslı şübhələr müəyyən edildiyindən bir sıra vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib.
Belə ki, Bakı şəhəri, Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1, 208.2.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda xarici valyuta vəsaitini xaricdən qaytarmama) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə başlanmış cinayət işi üzrə “Local Garden” və “Organik Lojistik” MMC-lər tərəfindən tərəfindən ümumilikdə 59,9 milyon ABŞ dollarından artıq pul vəsaitinin (müvafiq dövrün məzənnəsi ilə 101,9 milyon manatdan artıq) Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən iş üzrə Xələfov Ramil Rafiq oğlu təqsirləndirilən şəxs qismində cəlb olunaraq qeyd olunan maddələrlə ona ittiham elan edilib və barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Bakı şəhəri, Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1, 208.2.2 və 308.2-ci maddələri ilə başlanmış cinayət işi üzrə sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs Baqişev Tamerlan Arif oğlu tərəfindən ümumilikdə 4 milyon ABŞ dollarından artıq pul vəsaitinin (müvafiq dövrün məzənnəsi ilə 7 milyon manatdan artıq) Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq qeyd olunan maddələrlə ona ittiham elan edilib və barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilib.
Bakı şəhəri Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1, 208.2.2 və 32.4,308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadətə təhrik etmə) maddələri ilə başlanmış cinayət işi üzrə sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs Hacıyev Elgiz Xanoğlan oğlu tərəfindən ümumilikdə 4 milyon ABŞ dollarından artıq pul vəsaitinin (müvafiq dövrün məzənnəsi ilə 7 milyon manatdan artıq) Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq qeyd olunan maddələrlə ona ittiham elan edilib və barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Bundan başqa, Bakı şəhəri, Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1, 208.2.2 və 308.2-ci maddələri ilə başlanmış cinayət işi üzrə “Katelen Qrup”, “Boqra-2021”, “Harris-SS” MMC, “Konte TT” və “SS-Promo Group” MMC-lər tərəfindən ümumilikdə 22 milyon ABŞ dollarından artıq pul vəsaitinin (müvafiq dövrün məzənnəsi ilə 38 milyon manatdan artıq) Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən Zeynalov Fariz Əbülfət oğlu iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq qeyd olunan maddələrlə ona ittiham elan edilib və barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Habelə, Bakı şəhəri, Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1, 208.2.2 və digər maddələri ilə başlanmış cinayət işi üzrə “Altuntel-S” MMC tərəfindən ümumilikdə 193 min ABŞ dollarından artıq pul vəsaitinin (müvafiq dövrün məzənnəsi ilə 329 min manatdan artıq) Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən Seyidov Mirsalam Mirəziz oğlu iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq qeyd olunan maddələrlə ona ittiham elan edilib və barəsində hazırda məhkəmə baxışında olan başqa cinayət işi üzrə barəsində həbs qətimkan tədbirinin seçilməsi faktı nəzərə alınıb.
Hazırda Dövlət Gömrük Komitəsindən daxil olmuş digər bu kateqoriya materiallar üzrə, yəni mal və məhsul ixrac etməklə əldə edilən pul vəsaitini Azərbaycan Respublikasının müvəkkil bank hesablarına qaytarmamış şəxslər barəsində prokurorluq orqanlarında cinayət işləri başlanaraq ibtidai istintaq aparılır və zəruri tədbirlər icra olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 3 gün sonra
-
6 d. əvvəl
Şəhərlərarası və şəhərdaxili avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib
-
- 44 d. əvvəl
- 47 d. əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya təsdiqlənib
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Ədliyyə Akademiyasının rektoru dəyişdi - PREZİDENTDƏN SƏRƏNCAMLAR
- 4 saat əvvəl
-
4 saat əvvəl
SOCAR-ın borc portfeli müzakirə olunub, SOCAR və ARDNF-ə müvafiq tapşırıqlar verilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Şəhərlərarası və şəhərdaxili avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib
200 000 manatlıq hədiyyə abunəçiləri gözləyir!
Azərbaycanda İran konfetləri məhv edilib
Biznesin İnkişafı Fondu ASC-yə çevrildi, nizamnaməsi təsdiq edildi - 1 MİLYARD 181 MİLYON MANAT SƏRMAYƏ
Ədliyyə Akademiyasının rektoru dəyişdi - PREZİDENTDƏN SƏRƏNCAMLAR
1977-ci ildə kosmosa göndərilən aparat yarım əsrdir yol gedir, 1 işıq günü uzaqlığa çatacaq - 26 milyard kilometr
SOCAR-ın borc portfeli müzakirə olunub, SOCAR və ARDNF-ə müvafiq tapşırıqlar verilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Banklarda ən çox bu sığorta məhsulları təklif olunur – STATİSTİKA
Əhalinin 53%-i sığortalıdır - SORĞU
Azərbaycan “Saipem S.p.A.” ilə enerji və yaşıl keçid sahələrində birgə fəaliyyəti genişləndirməyi müzakirə edib
SOCAR Macarıstan şirkətilə yeni saziş imzaladı - 1 yanvar 2026-cı ildən qüvvəyə minəcək
























.jpg)
