BYD satış gəliri üzrə də ən böyük rəqibi Tesla-nı geridə qoydu
BYD, Tesla qarşısında daha bir qələbə qazanıb. Çinin BYD şirkəti üçüncü rübdə ilk dəfə olaraq ən böyük rəqibi Tesla-nın gəlirini geridə qoyan gəlir açıqlayıb. Çinli elektrikli avtomobil istehsalçısı BYD-nin xalis mənfəəti 11,5% artıb. İyul-sentyabr rübündə xalis mənfəət 11,6 milyard yuana (1,63 milyard dollar) yüksəlib.Qlobal elektrikli avtomobil satışlarında Tesla ilə baş-başa fedən BYD, ilk dəfə Tesla-nı üstələyən rüblük gəlir də açıqlayaraq, Tesla qarşısında daha bir qələbə qazanıb.
Marja.az xəbər verir ki, Çinin ən çox satış edən avtomobil istehsalçısının gəliri sentyabrın 30-da başa çatan üçüncü rübdə (iyul-sentyabr) illik müqayisədə 24 faiz artaraq 201,1 milyard yuan (28,24 milyard dollar) təşkil edib.
BYD-nin gəliri eyni dövrdə satışdan gəliri 25,2 milyard dollar təşkil etmiş Tesla-nı ötüb.
BYD ikinci rübdə rekord sayda - 1,12 milyon ədəd elektrik və plug-in hibrid avtomobil satmışdı. Üçüncü rübdə BYD-nin xalis mənfəəti 11,5 faiz artaraq 11,6 milyard yuan (1,63 milyard dollar) olun. Bununla belə, onun mənfəəti Tesla-nın qazandığı 2,2 milyard dolların kölgəsində qalır.
2024-cü ilin doqquz ayı ərzində (yanvar-sentyabr) BYD-nin xalis mənfəət 18,1% artaraq 25,2 milyard yuan təşkil edib.
Tesla iyul-sentyabr aylarında qlobal miqyasda elektrik avtomobil satışları baxımından BYD-nin önündə olub.
Elektrikli avtomobillərə istehlakçı tələbatı azaldıqca, BYD güclü hibrid avtomobilləri ilə Tesla-dan daha da fərqlənir.
Hələ də BYD istehsal etdiyi avtomobillərinin 90%-dən çoxunu Çində satır. Şirkət bu il üçün daha yüksək illik satış hədəfi qoyub. Morgan Stanley sentyabr ayında hesabatında göstərib ki, BYD bu il ixracını ikiqat artıraraq 450 min avtomobilə çatdırmağı hədəfləyib.
Əlavə tariflərlə üzləşməsinə baxmayaraq, BYD Avropa bazarlarında 94 min 477 avtomobil satıb ki, bu da əvvəlki illə müqayisədə 32,6% çoxdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 12 d. əvvəl
-
35 d. əvvəl
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
- 51 d. əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Qlobal bazarlar nəfəsini tutub: FED bu axşam faiz qərarını açıqlayacaq
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
2027-ci il üzrə dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısı təsdiq edilib
-
2 saat əvvəl
Bank Respublika sahibkarlara “FAİZSİZ 100 GÜN” kampaniyasına start verib ®
-
2 saat əvvəl
Azərbaycan alüminiumdan 194 milyon dollara yaxın gəlir əldə edib - GƏLİR 43% ARTIB
- 3 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
“KollektA”dan 16%-lik istiqraz – 2 milyon manat cəlb edəcək
ABB partnyorları ilə görüş ®
Ən çox oxunanlar
AccessBank QSC Cyberark PAM tenderi elan edir
Pambıq lifi ixracı 149 milyon dollara yaxınlaşıb
Sentyabrın 17-də gözlənilən hava şəraiti
“İrşad” yeni dərs ilinə özəl qiymətləri endirir – Bəzi məhsullarda endirim 70%-ə çatır ®




























