Azərbaycan bankı 10 milyon dollarlıq yeni kredit müqaviləsi imzaldı
Azərbaycanın qabaqcıl maliyyə institutu, Kiçik və Orta Biznesin maliyyələşdirilməsi sahəsində lider olan AccessBank, “Invest in Visions” tərəfindən idarə olunan fondlarla “Agents for Impact”- in dəstəyi ilə 10 milyon dəyərində yeni kredit müqaviləsinin imzalandığını elan edib.
Marja xəbər verir ki, cəlb olunan vəsaitlər, biznesin maliyyələşdirilməsi və regionun dayanıqlı iqtisadi inkişafının təşviqinə yönəldiləcək.
Kredit 3 illik müddətə cəlb. Bu anlaşma biznes layihələrin inkişafı üçün lazım olan resurslarlara təmin olumnası üçün mühüm alət olacaq.
"Yeni kredit müqaviləsinin imzalanmasını elan etməkdən məmnunuq və bu əməkdaşlığın Azərbaycanın bir çox kiçik və orta müəssisələrinə maliyyə vəsaitlərinə çıxış imkanı yaradacağına əminik. Cəlb olunan vəsaitlər, biznesin inkişafını dəstəkləyən layihələrin maliyyələşdirilməsinə yönləndiriləcək", - AccessBank-ın İdarə Heyətinin sədri Davit Tsiklauri qeyd edib.
AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 21-i bölgələrdə olmaqla, 35 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
30 d. əvvəl
Qlobal bazarlar nəfəsini tutub: FED bu axşam faiz qərarını açıqlayacaq
- 32 d. əvvəl
-
- 37 d. əvvəl
-
56 d. əvvəl
2027-ci il üzrə dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısı təsdiq edilib
-
59 d. əvvəl
Bank Respublika sahibkarlara “FAİZSİZ 100 GÜN” kampaniyasına start verib ®
-
1 saat əvvəl
Azərbaycan alüminiumdan 194 milyon dollara yaxın gəlir əldə edib - GƏLİR 43% ARTIB
- 1 saat əvvəl
-
2 saat əvvəl
Yarım milyon manata yaxın ziyan işi – “Moon Kids” direktoruna 5 il 6 ay şərti cəza
- 2 saat əvvəl
-
2 saat əvvəl
Peşə təhsilində yeni mərhələ – Dağ-mədən üzrə rəqəmsal kurs təqdim olunacaq
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Sement ixracında 20%-lik geriləmə
ABB partnyorları ilə görüş ®
AccessBank QSC Cyberark PAM tenderi elan edir
Ən çox oxunanlar
Pambıq lifi ixracı 149 milyon dollara yaxınlaşıb
Sentyabrın 17-də gözlənilən hava şəraiti
“İrşad” yeni dərs ilinə özəl qiymətləri endirir – Bəzi məhsullarda endirim 70%-ə çatır ®
Çin şirkətinin Azərbaycandakı ilk enerji layihəsi istifadəyə verildi
Alma ixracı azalıb, gəlir isə yüksəlib

























