AccessBank COP29 çərçivəsində ilk Maliyyə Dayanıqlığı Hesabatını təqdim edib
Azərbaycanın aparıcı kommersiya banklarından olan AccessBank, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində ilk Maliyyə Dayanıqlığı Hesabatını təqdim edib. Bank təqdim etdiyi hesabatda şəffaflıq, sosial və ekoloji təsir, eləcə də davamlı inkişaf prinsiplərinə sadiqliyini vurğulayıb.
Bankın yaydığı məlumatda bildirilir ki, hesabatda AccessBank-ın maliyyə dayanıqlığı sahəsində əldə etdiyi nailiyyətlər və strateji təşəbbüsləri təqdim edilib. Xüsusilə, davamlı və yaşıl maliyyələşdirmə, risklərin idarə edilməsi, sosial məsuliyyət və ekoloji cəhətdən təmiz texnologiyaların tətbiqi sahəsində atılan addımlar və təşviq edilən təşəbbüslər ön plana çıxarılıb.
Hesabatla daha ətraflı tanış olmaq üçün linkə keçid edin: Sustainability Report
Təqdimatdan sonra "ESG İnteqrasiyası: Yaşıl maliyyə və məsuliyyətli bankçılıq vasitəsilə dayanıqlı artımın təmin edilməsi" mövzusunda panel müzakirələri keçirilib.
Müzakirələrdə spikerlər qismində AccessBank-ın İdarə Heyəti Sədrinin Müavini və Baş Maliyyə İnzibatçısı Orxan İsmayılov, Asiya İnkişaf Bankının (AİB) Mərkəzi və Qərbi Asiya ölkələrində özəl sektorun inkişafı üzrə regional rəhbəri Enriko Pinali və Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Qafqaz ölkələri üzrə regional rəhbəri Alkis Vriyenios Drakinos iştirak ediblər.
Beynəlxalq maliyyə institutlarının nümayəndələri AccessBank-ın şəffaf və dayanıqlı maliyyə hesabatlılığının tətbiqi sahəsindəki səylərini dəstəkləyib, təqdim edilən hesabatın yüksək səviyyədə hazırlanmasını qeyd edib və regionun maliyyə sisteminin inkişafı üçün bu cür təşəbbüslərin vacibliyini vurğulayıblar. Bundan əlavə, maliyyələşmənin gələcək imkanları və subordinasiyalı kreditlərin maliyyə inklüzivliyinin artırılması istiqamətindəki əhəmiyyəti müzakirə edilib.
Hesabatın təqdim edilməsi AccessBank üçün səhmdarlar və tərəfdaşlar arasında etimadın gücləndirilməsi və davamlı inkişaf prinsiplərinin bankın strategiyasına inteqrasiyası baxımından mühüm bir addım olub.
AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 21-i bölgələrdə olmaqla, 35 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir.
*AccessBank QSC Azərbayca Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 38 d. əvvəl
-
49 d. əvvəl
Şəhərin tam mərkəzində mənzil almaq istəyənlər üçün əla fürsət ®
-
-
51 d. əvvəl
Azərbaycandan fındıq ixracının həcmi 22% azalıb, gəlir isə 19,5% artıb
-
1 saat əvvəl
30 gün, 30 000 kilometr: JAECOO J8 SHS Azərbaycanda canlı yayımda sınaqdan keçdi
- 1 saat əvvəl
-
1 saat əvvəl
Pomidor ixracının həcmi azalıb, gəlir 15 milyon dollar artıb
-
1 saat əvvəl
Azərbaycanın neft və neft məhsulları ixracından gəliri artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Ziraat Bank Azərbaycan çoxdan gözlənilən “Payız kampaniyası”nı təqdim edir ®
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Alma ixracı azalıb, gəlir isə yüksəlib
Şəhərin tam mərkəzində mənzil almaq istəyənlər üçün əla fürsət ®
Gürcüstan Azərbaycana yeni səfir təyin edib
Azərbaycanın neft və neft məhsulları ixracından gəliri artıb
Azərbaycan neftinin qiyməti 128 dolları keçib
Ən çox oxunanlar
İran müharibəsinin Pentaqona xərci 38 milyard dollara çatıb
Rəsmi məzənnələr açıqlandı
Azərbaycanın Hindistana ümumi ixracı 249 dəfə artıb
Azərbaycan-Rusiya ticarətində ciddi geriləmə - İdxal təxminən 1 milyard dollar azalıb
Azərbaycan idxalının dörddə biri Çindən gəlir
Meyvə-tərəvəz ixracı 637 milyon dolları keçib


























