Problemli kreditlərin yenidən qiymətləndirilməsi və nəticələri
Son iyirmi beş ildə tez tez baş verən iqtisadi böhranlar, bu sahədə çalışan iqtisadçıları daha cox şaxəli analizlər aparmağa, problemləərin həlli istiqamətində addımlar atmağa vadar etmişdir. İqtisadi böhranlar zamanı ən böyük yeri problemli kreditlər tutmaqdadır. Bank böhranlarının əsaslı problemləri yüksək faizli kreditlərin verilməsi və milli valyutanın kəskin dəyər itirməsi əsasında baş verir.Makro iqtisadi balansın pozulması sonunda real sektorda fəaliyyət göstərən və bu fəaliyyətini böyük həcmdə banklardan alınan kreditlərlə həyata keçirən sahibkarları borclarını vaxtında geri qaytarmaqda çətinlik yaşadır.
Problemli kreditlərin yaranma səbəblərinə baxdıqda iki əsas hissəyə bölmək olar.
-Daxili amillər
-Xarici amillər
Daxili amillər - Bank və müştəri arasında bir sıra anlaşılmazlıqlar nəticəsində yaranan problemlər aid etmək olar.Bunlarınozlərinidə Banklar tərəfindən və ya müştəri tərəfindən qaynaqlanan problemlərə bölmək mümkündür.
-Banklardan qaynaqlanan problemlərə, peşəkar əməkdaşların olmaması, düzgün satış planlarının tətbiq edilməməsi, müştərilərin düzgün təhlil edilməməsi, kreditlərin təminatı və kredit portfelinin düzgün diversifikasiyasının aparılmamasını misal gətirmək olar.
-Sahibkarlar tərəfindən qaynaqlanan problemlərə,ümumi olaraq idarəetməsini, mövcud bazarın vəziyyətini, sahibkarın mövcud maliyyə vəziyyətini misal gətirmək olar.
Xarici amillər-tərəflərin iradələrindən asılı olmayan problemlər nəticəsində baş verən problemlərdir. İqtisadi, siyasi, texnoloji və təbii hadisələrin nəticəsində yarana problemli kreditlər.
Bütün adı çəkilən amillərin hər biri problemli kreditlərin yaranmasına səbəb olur.
Ümumilikdə götürdükdə isə daxili amillər nəticəsində yaranan problemli kreditlər əksəriyyəti fərdi nöqsanlar zamanı baş verdiyi üçün bankların və real sektorun inkişafına bir o qədərdə ciddi təsir etmir. Xarici amillər nəticəsində yaranan problemlər ümumi iqtisadiyyata ,real sektora və Bank sektoruna təsir etdiyi üçün çox ciddi problemlərlə üzləşməli olurlar.
1930-cu illərdə yaranan iqtisadi problemlər zamanı Dövlətlər özləri həmin problemləri həlli mexanizmlərini hazırlamış və tətbiq etmişlər. 1980-cı ildən etibarən isə azad bazar iqtisadiyyatı anlayışı çərçivəsində problemlərin həlli üstünlük təşkil etmişdir.
Dünya praktikasında iqtisadi böhranlar zamanı atılan addımlara, misal olaraq, London Böhranı zamanı tətbiq edilən London yanaşmasını misal gətirmək olar.1970- ci ildə Londonda yüksək infiliyasiya nəticəsində baş vermiş iqtisadi böhranda real sektorda fəaliyyət göstərən şirkətlər ciddi problemlərlə üzləşmişlər. Banklar isə real sektora verilən kreditlərin geri alınması ,problemli kreditlərin həcminin azaldılması üçün kredit təqib idarələri yaratmış və problemli kreditlərin yenidən qiymətləndirilməsini edilməsinə çalışılmışdır. İngiltərə Mərkəzi Bankı həmin dövrdə yalnız tövsiyyə xarakterli qərarlar qəbul etdiyi üçün, bu böhranın həllinə heç bir təsir edə bilməmişdir. İqtisadi böhranın ölkə səviyyəsində ciddi problemlər yaratdığını anlayan İngiltərə Mərkəzi Bankı bir sıra addımlar atmışdır.
-Uzun müddət iqtisadi böhrana tab gətirən şirkətləri, fərdi sahibkarları qısa müddətli çətinliklər zamanı iflasa uğramasının qarşısının alınması.
-Şirkətlərin yenidən qurulması zamanı götürdükləri borc öhdəliklərinin məbləğinin banklar tərəfindən şişirdilməsinin qarşısını almaq.
-Normal fəaliyyət göstərən Şirkətlərin iflas etmiş şirkətlərlə və ya iflas etməsi real görünən şirkətlərlə birlikdə eyni qiymətləndirilməsi, həmin şirkətlərin yenidən qurulması zamanı aralarındakı fərqin nəzərə alınması.
Tayland böhranı zamanı hökümət birbaşa müdaxilə etməmişdir.Sonradan hökümət maliyə sektorunun yenidən qurulması üçün bir sıra addımlar atmışdır.
- Fəaliyyətini davam etdirməsi mümkün olmayan bankların ləğv edilməsi.
-Nisbətən maliyyə çətinliyi yaşayan Bankların hüquqlarının qorunması üçün dövlət zəmanətlərinin verilməsi və həmin bankların yenidən formalaşması üçün şəraitin yaradılması.
-Taylanda mövcud olan Bank sektorunun dünya standartlarına uyqunlaşdırılması üçün yenidən qurulma və dövlət dəstəyin həyata keçirilməsi.
-Maliyyə sisteminin yenidən formalaşmasını təmin edə biləcək yeni bir qurumun yaradılması və Maliyyə Nazirliyi ilə Mərkəzi Bankın aid bəzi səlahiyyətlərinin həmin quruma verilməsini təmin etmək.
Qeyd edilənlərin tətbiqi tədricən iqtisadi böhranların aradan qalxmasına və problemli kreditlərinin həllinə təkan vermişdir.
Ümulikdə götürdükdə iqtisadi böhranlar zamanı Maliyyə sektorunun yenidən qurulması aşağıdakı formada həyata keçirilir.
Maliyyəalətləri | Mərkəzi Banklar tərəfindən verilən likvidlik dəstəyi |
Dövlət zəmanəti | |
Dövlət dəstəyinin göstərilməsi | |
Operativalətlər | Əlavə capital qoyuluşu |
Peşəkar işçi heyətinin cəlb edilməsi və yenilənməsi | |
Strukturalətlər | Bankların bağlanması, birləşdirilməsi, kiçildilməsi |
Borcların yenidən qiymətləndirilməsi və formalaşdırılması | |
Özəlləşdirilmənin həyata keçirilməsi |
Müəllif: Alik Əlibəyov "Dəmirbank" ASC
Müştərilərin xəbərləri
PAŞA Real Estate Qrup və Marriott International Daşkənddə JW Marriott brendi altında rezidensiya layihəsi üzrə saziş imzalayıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
6 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
-
-
11 saat əvvəl
Avtomobil nəhəngi milyardlarla avro zərərə düşdü – Zavodların bağlanması gündəmdədir
-
11 saat əvvəl
Avropa Mərkəzi Bankı faizləri dəyişmədi – Enerji qiymətlərinin artması ilə bağlı xəbərdarlıq etdi
- 12 saat əvvəl
-
12 saat əvvəl
Maliyyə Nazirliyinin hərraclarının əksəriyyəti baş tutmur – səbəbi açıqlanıb
- 12 saat əvvəl
-
12 saat əvvəl
Dollar alışında ailə üzvlərinə məhdudiyyət var? – Taleh Kazımov üçün SÜRPRİZ
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
İlham Əliyev Türkiyədəki Zirvə görüşündə iştirak edə bilməyəcək
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - “Həmin maddəni masanın üstünə qoyun”
Valyuta hərraclarında nə qədər dollar satıldığı açıqlanıb
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Real Estate Qrup və Marriott International Daşkənddə JW Marriott brendi altında rezidensiya layihəsi üzrə saziş imzalayıb
İlham Əliyev Türkiyədəki Zirvə görüşündə iştirak edə bilməyəcək
Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama
Azərbaycan və Gürcüstan arasında yeni iqtisadi razılaşma imzalanacaq





























