APFM üzvləri beynəlxalq LUCA mükafatına layiq görülüblər - FOTOLAR
Bu mükafat maliyyə və mühasibatlıq dünyasının "Oskar"ı sayılır.Ənənəvi olaraq hər il olduğu kimi bu il də 09-16 noyabr 2024-cü il tarixində London şəhərində Böyük Britaniyanın nüfuzlu və peşəkar mühasib təşkilatı- ICB/ICFM Global tərəfindən Avropanın və MDB-nin beynəlxalq təşkilatlarının, aparıcı şirkətlərinin nümayəndələrinin, mühasibat, vergi, audit, maliyyə nəzarəti və iqtisadiyyatın digər sahələrinin aparıcı mütəxəssislərinin iştirakı ilə növbəti Beynəlxalq Summit keçirilib.
Tədbirdə ICB/ICFM-in Azərbaycanda rəsmi nümayəndəsi- Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyasının (APFM) təşkilatçılığı ilə Azərbaycandan geniş nümayəndə heyəti tərkibində nazirliklərin, dövlət təşkilatlarının və ictimai əhəmiyyətli qurumların əməkdaşları - APFM üzvləri iştirak ediblər.
APFM-in yaydığı məlumatda bildirilir ki, bu toplantı hər il olduğu kimi maliyyəçilər üçün davamlı inkişaf proqramına uyğun uğurlu mühasibat karyerası, gələcək mühasibatlıqda gözləntilər və reallıqlar, süni intellekt, təcrübə strategiyası və s mövzuları əhatə edən canlı panel çıxışlarından, sosial toplantılardan, uğurlu biznes üçün taktiki məsləhətləri və sübut edilmiş strategiyaları bölüşmək üçün "networking" müzakirələrdən, yarışlardan və texnoloji sərgilərindən ibarət oldub.
Qeyd olunub ki, tədbirlər ərəfəsində 13 noyabr 2024-cü il tarixində ICB/ICFM Global nümayəndələri üçün Böyük Britaniyanın parlamentində işgüzar nahar yeməyi təşkil olunub və Azərbaycan nümayəndə heyəti- APFM üzvləri bu tədbirdə iştirak edib. Həmçinin beynəlxalq mühasibat təşkilatlarının nümayəndələri ilə görüşlər keçirilib, mühasib və maliyyə menecerlərinin, maliyyə mütəxəssislərinin peşəkar inkişafı üzrə beynəlxalq əməkdaşlıq istiqamətləri müzakirə olunub. Tədbirdə qonaqlara Azərbaycanın milli hədiyyələri təqdim olunub.
Summit çərçivəsində mühasib və maliyyəçi peşəsinin, eləcə dəiqtisadiyyatın inkişafına töhfə verən, mühasiblərin nüfuzunun yüksəldilməsində rolu olan mühasib və maliyyəçilərə 15-ci Beynəlxalq LUCA mükafatının təqdimat mərasimi keçirilib. Maliyyə və mühasibatlıq dünyasının Oskarı sayılan bu mükafat Luca Paciolinin şərəfinə təsis edilmiş və maliyyə sahəsinin yüksək nailiyyətlərini tanıdan nüfuzlu mükafat sayılır.
"Böyük qürur hissi ilə bildiririk ki, hər zaman mühasib peşəsinin inkişafına verdikləri töhfələri ilə zirvədə olan APFM-in fərdi və korporativ üzvləri də (ölkəmizin nüfuzlu təşkilatlarının nümayəndələri) bu tədbirdə Azərbaycanı təmsil edərək müxtəlif nominasiyalar üzrə "LUCA 2024" mükafatı ilə təltif olundular. Mükafatlar rəsmi ziyafətdə ICB/ICFM Global təşkilatının İcraçı direktoru xanım Ami Copeland tərəfindən təqdim olunub,- məlumatda bildirilir.
1. “For Contribution to the Development of Financial Profession” (Maliyyə peşəsinin inkişafina verdiyi töhfəyə görə) -Həsən İsmayılov, Naxçıvan Muxtar Respublikasının Maliyyə naziri
2. "Financial Director of the Year" (İlin Maliyyə Direktoru)- Rasim Həsənov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Maliyyə departamentinin rəhbəri
3. "Financial Manager of the Year" (İlin Maliyyə Meneceri)- İlhamə İsrafilova, Bakı Oksford Məktəbinin Maliyyə direktoru
4. "Chief Accountant of the Year" (İlin Baş Mühasibi)- Vüqar Əsgərov, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Maliyyə şöbəsinin müdir müavini, maliyyə sektorunun müdiri
5. “For Contribution to the Improvement of Public Procurement Management” (Dövlət satınalmalarının idarə edilməsinin təkmilləşdirilməsinə verdiyi töhfəyə görə)- Əhməd Həsənov, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Dövlət satınalmalarına nəzarət şöbəsinin müdiri
6. "Financier of the Year" (İlin Maliyyəçisi)- Amid Mirzəyev, Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının Mühasibat və sığorta əməliyyatları şöbəsinin müdiri
7. “Auditor of the Year” (İlin Auditoru)- Kamal Məmmədov, Proqres Audit şirkətinin direktoru
8. "Accountant of the Year" (İlin Mühasibi)- Rüfət Babayev, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun baş mühasibi
9. “Tutor of the Year” (İlin Təlimçisi)- Zərqələm İsayeva, APFM Tədris Komitəsinin üzvü
10. “Specialist in Accounting of the Year” (Mühasibatlıq üzrə İlin Mütəxəsisi)- Aygün Hüseynova, “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunun baş mühasibi
11. “Specialist in Finance of the Year” (Maliyyə üzrə İlin Mütəxəsisi)- Səma İbrahimova, Drakaris MMC, Maliyyə şöbəsinin müdiri
Bu gün APFM üzvlərinin beynəlxalq tədbirlərdə iştirak etməsi, mükafatlar alması, ölkəmizi yüksək səviyyədə təmsil etməsi- təcrübəli mütəxəssislərimizin dünya miqyasında tanınmasına, onların beynəlxalq səviyyədə hazırlanması istiqamətində aparılan işlərin uğurla davam etdirilməsinə böyük bir töhfədir.
Qeyd edilib ki, LUCA nominasiyaları üzrə namizədlər ilkin mərhələdə hər ölkədə ICB/ICFM nümayəndəliyi tərəfindən nəzərdən keçirilir, təsdiqlənir, müraciətlər və tövsiyələr vasitəsilə növbəti seçim mərhələsi üçün ICB/ICFM Beynəlxalq Şuraya təqdim olunur.
Mükafatlara layiq görülmüş APFM üzvlərini bir daha təbrik edirik, onlara uğurlar arzu edirik!
Müştərilərin xəbərləri
“McDonald’s Azərbaycan” şəhid ailələrinin 1-ci sinif şagirdlərini məktəb ləvazimatları ilə təmin etdi - FOTO
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 52 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycanda nəhəng Data Mərkəzi layihəsi – BƏƏ şirkəti ilə memorandum imzalandı
-
-
1 saat əvvəl
Ərəb şirkəti Naxçıvanda mineral ehtiyatların axtarışına qoşulur
-
1 saat əvvəl
Çində pərakəndə satış proqnozdan zəif artıb, investisiyalarda geriləmə dərinləşib
-
13 saat əvvəl
İlham Əliyev aldığı mükafatın pulunu Qarabağ Dirçəliş Fonduna köçürür
-
15 saat əvvəl
Bilik Gününə özəl HƏDİYYƏ: InvestAZ Universal Treyder kursunu ödənişsiz təqdim edir ®
-
15 saat əvvəl
Azərbaycanda ilk dəfə unikal bank səhmdarlarının sayı açıqlanıb
-
15 saat əvvəl
PAKDAD şəhid və qazi övladlarına çanta və məktəb ləvazimatları hədiyyə etdi
-
15 saat əvvəl
Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri şirkətləri saziş və sənədlər imzaladılar
-
15 saat əvvəl
Bakıda dövlət qurumlarında iş saatları dəyişir – Sentyabrın 15-dən başlayır
-
16 saat əvvəl
Nazir: Bakalavr üzrə dördillik ixtisasların bəzilərini üçillik etmək olar
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Rəsmi məzənnələr açıqlandı
Ərəb şirkəti Naxçıvanda mineral ehtiyatların axtarışına qoşulur
Azərbaycanda ilk dəfə unikal bank səhmdarlarının sayı açıqlanıb
Ən çox oxunanlar
Sabahdan Bakının marşrut xətlərinə 2530 avtobus buraxılır
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub































