Zeytun Ağacı Günü: Tarixi və elmi əhəmiyyəti - Azərbaycanın zeytunçuluq lideri- Grand Agro !
(®) 26 noyabr – Zeytun Ağacı Günü, zeytun ağacının əhəmiyyətini vurğulamaq, onun tarixi, ekoloji və iqtisadi rolu haqqında məlumat yaymaq məqsədi ilə qeyd olunur.
Bu gün zeytun ağacının təbiətə və insanlara verdiyi faydalar haqqında düşünmək üçün əla fürsətdir.
Zeytun ağacının xüsusiyyətləri və 5 elmi faktlar:
Zeytun ağacları qədim tarixə malikdirlər və Yer üzündə ən uzunömürlü və məhsuldar bitkilərdən biri sayılırlar.
1) Dunya rekordu sayılan, ən qədim zeytun ağacı Krıtda yerləşir. Onun təxminən 3.000 yaşında olduğu güman edilir və o, hələ də zeytun verir.
2) Zeytun ağacları orta hesabla 200-500 il, bəzi hallarda isə 2000 ilə qədər yaşaya bilər. Müntəzəm və əsaslı budama sistemi tətbiqdən əlavə, ağaclara qulluq və qayğı göstərərək ömrü daha da uzadıla bilər.
3) Ekoloji əhəmiyyəti: Bir yetkin zeytun ağacı ildə 4 nəfərin tənəffüs ehtiyacını ödəyəcək qədər – təxminən 10-15 kq oksigen istehsal edir. Bundan əlavə, torpağın eroziyasını azaldır və karbon qazını atmosferdən çəkərək iqlim dəyişikliyinə qarşı mübarizəyə töhfə verir.
4) Məhsuldarlığı: Zeytun ağacları hər hektardan 6 tondan 12 tonadək məhsul verir ki, bu da kənd təsərrüfatında yüksək səmərəli bitki hesab olunur.
5) Mədəni əhəmiyyəti: Zeytun ağacı təkcə məhsul istehsalı ilə deyil, həm də insan tarixindəki dərin mədəni və dini simvolizmi ilə önəmlidir.
Grand Agro: Azərbaycanın Zeytunçuluq Lideri!
Azərbaycanın ən iri zeytun bağlarına sahib olan Grand Agro şirkəti, ölkənin zeytunçuluq sahəsində ən qabaqcıl və innovativ təsərrüfatlarından biridir. Şirkət təxminən 3000 hektardan çox ərazidə zeytun bağlarını idarə edir və burada bir çox müxtəlif zeytun sortu yetişdirir. Bu, şirkətə həm yerli, həm də beynəlxalq bazar üçün geniş çeşiddə yüksək keyfiyyətli məhsullar istehsal etməyə imkan verir.
Grand Agro şirkətinin bağlarında 60-70 illik zeytun ağacları xüsusi qayğı ilə qorunur və saxlanılır. Bu ağaclar təkcə şirkətin tarixi irsini deyil, həm də onun təcrübəsini və peşəkarlığını əks etdirir. Şirkət yalnız zeytun məhsulları istehsalı ilə məhdudlaşmır, həmçinin bu sahədə ən yaxşı kənd təsərrüfatı təcrübələrini tətbiq etməklə Azərbaycanın zeytunçuluq sənayesinin inkişafına mühüm töhfə verir.
Zeytun ağaclarının təbiətə, iqtisadiyyata və mədəni irsə olan əhəmiyyətini nəzərə alaraq, Grand Agro gələcək nəsillərə dayanıqlı və məhsuldar təsərrüfat mirası buraxmaq üçün çalışır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
2 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
- 1 gün sonra
-
- 58 d. əvvəl
- 58 d. əvvəl
-
2 saat əvvəl
“Mərmər İnşaat” şirkətinin biznes həcmi əhəmiyyətli şəkildə kiçilib
-
3 saat əvvəl
"ABŞ və İran 60 günlük atəşkəsi uzatmaq barədə razılığa gəlib"
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bankda növbədənkənar yığıncaq keçiriləcək, investisiya şirkətinə əlavə maya qoyulacaq
-
4 saat əvvəl
“Böyük Dördlük” Azərbaycanda bazarın təxminən 60%-nə nəzarət edib
- 5 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“PAŞA Sığorta”dan Tam KASKO üçün tam 20% endirim
Leobank Uşaq kartı istifadəçilərinin sayı 20 000-ə çatdı!
“Mərmər İnşaat” şirkətinin biznes həcmi əhəmiyyətli şəkildə kiçilib
Azərbaycanda şirkətlərin sayı 6 faizə yaxın artıb
Avqustun 13-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Bankda növbədənkənar yığıncaq keçiriləcək, investisiya şirkətinə əlavə maya qoyulacaq
“Böyük Dördlük” Azərbaycanda bazarın təxminən 60%-nə nəzarət edib
25 auditor subyektinin icazəsi dayandırılıb
Universitet üçün 1000 yerlik yeni yataqxana kompleksi tikiləcək
Prezident 4 sərəncam imzaladı: səfirlər dəyişdirildi
Biznes hesab cəmi 3 dəqiqəyə: PAŞA Bank Biznes mobil tətbiqində!





















