SOCAR-a yeni hüquq verilir - birtərəfli şəkildə podratçıdan imtina tələb edə biləcək
Milli Məclisin bu gün keçirilən plenar iclasında “Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında 14 sentyabr 2017-ci il tarixli Sazişə İkinci Qoşma”nın qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə qanun layihəsi təsdiq edilib.
Sənəd parlamentə Prezident İlham Əliyevin adından daxil olub.
Parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov sənədi təqdim edərkən, bildirib ki, qanun lahiyəsini əsasən, əgər Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) hər hansı üçüncü tərəflər və ya hər hansı podratçı tərəflər ilə sərbəst təbii qaz yataqlarının işlənməsini qərara alarsa, o zaman tərəflər bu cür işlənmə üçün şərtləri və müddəaları razılaşdırmalıdırlar.
Onun sözlərinə görə, qaz sazişi olaraq bu layihə ilə “Azəri-Çıraq-Günəşli” hasilatın pay bölgüsü sazişinin kontrakt sahəsinin coğrafi hüdudları daxilində yerləşən, lakin kontraktla əhatə olunmayan sərbəst təbii qaz yataqlarındakı hasil edilməmiş qaz və maye karbohidrogenlərin işlənməsini nəzərdə tutulur: “Eyni zamanda tərəflər bu layihənin mövcud hasilatın pay bölgüsü sazişi əsasında həyata keçirilən layihə və onun əməliyyat prosesləri ilə bağlılığını nəzərə alaraq, layihənin mövcud podratçı şirkətlərlə birgə işlənməsi qərara alınıb”.
S. Qurbanov qeyd edib ki, İkinci Qoşma hazırlanarkən, mövcud digər qaz layihələri sazişlərindəki ("Abşeron" və "Şahdəniz" HPBS) əsas kommersiya və fiskal şərtlər əsas götürülüb, həmçinin onların həyata keçirilməsinin müsbət təcrübəsindən istifadə edilib: “Sazişə görə зodratçı qarşısında “Çıraq Dərinsulu Günəşli” yataqları, “Azəri” kontrakt sahəsinə aid olan qaz layları üzrə bir sıra öhdəliklər qoyulub. Belə ki, Podratçı tərəflər müəyyən edilmiş müddətlər ərzində qiymətləndirmə aparmaq üçün qiymətləndirmə quyularının qazılması ilə bağlı yekun investisiya qərarlarını qəbul etməli, marketinq işlərini aparmalı, vahid işlənmə proqramlarını hazırlayıb təsdiq üçün SOCAR-a təqdim etməli, həmçinin ilk qazın hasilatının təmin edilməsi ilə bağlı müəyyən tədbirlər görməlidirlər”.
Deputat əlavə edib ki, podratçının üzərinə qoyulmuş öhdəliklər müqavilədə müəyyən edilmiş müddətlər ərzində yerinə yetirilmədiyi, xüsusilə podratçı müəyyən yataqlarla bağlı müsbət investisiya qərarı qəbul etmədiyi təqdirdə SOCAR birtərəfli şəkildə podratçıdan həmin laylardan imtina etməsini/geri qaytarılmasını tələb etmək hüququna malikdir: “Çıraq Dərinsulu Günəşli" yataqları üzrə qiymətləndirmə quyusundan hasil ediləcək təbii qaz SOCAR-a satılacaq. Digər laylar və yataqlar üzrə investisiya qərarları sonrakı illərdə İkinci Qoşmada qeyd olunan müddətlər ərzində veriləcək. Bu qanunun qəbulu ilə biz sənədin hüquqi statusunu müəyyən etmiş olacağıq”.
Qeyd edək ki, İkinci Qoşma bu il avqustun 1-də Bakıda SOCAR ilə Azərbaycan (AÇG) Limited, BP Eksploreyşn (Kaspian Si) Limited, Ekvinor Abşeron AS, Ekson Azərbaycan Limited, İnpeks Sausvest Kaspian Si, Ltd., İtoçu Oyl Eksploreyşn (Azərbaycan) İnk., MOL Azərbaycan, Ltd., ONGC Videş Limited, Türkiye Petrolleri A.O. arasında imzalanıb.
AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.
AÇG-də BP (30,37 %), SOCAR (25 %), “MOL Group” (9,57 %) INPEX (9,31 %), “Equinor” (7,27 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,31 %) pay sahibidir.
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 2 saat əvvəl
-
- 2 saat əvvəl
-
3 saat əvvəl
2026-cı ildə balıq və digər su bioresurslarının ovu üçün kvota təqsdiqlənib - QİYMƏTLƏR
- 3 saat əvvəl
-
3 saat əvvəl
Porsche-nin satışlarında 16 ilin ən böyük azalması baş verib
-
4 saat əvvəl
ADUA müqavilə sahəsində seysmik tədqiqatla bağlı görüləcək işlərin vaxtı və həcmi dəqiqləşdirilib
- 4 saat əvvəl
-
4 saat əvvəl
Expressbank: Kreditləşmə və depozitlərdə güclü artım qeydə alınıb
- 4 saat əvvəl
-
4 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
ABB Tam Visa kartını təqdim etdi
Bank aviabilet alır - TENDER
Sıfır xərclə ticarət mümkündür?
İndi aviabiletlər də ABB Business-də alınır
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan Nəşriyyatının binası təmirə bağlanır, nəşriyyatlar və redaksiyalar köçürüləcək
“İvanovka Süd Məhsulları” rəqiblərindən şikayət edib - Şirkətin müraciətilə 2 şirkətə və 1 sahibkara göstəriş verilib
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
Yanvarın 17-də gözlənilən hava şəraiti - Bakıda intensiv yağıntı və sulu qar gözlənilir
“Yapı Kredi Bank Azərbaycan” 2025-ci ili 10 milyon manat xalis mənfəətlə başa vurub
Azərbaycandan Gürcüstana səfərlər 33%-dən çox artıb
















