Bank sektorunda son vəziyyət - YENİ RƏQƏMLƏR AÇIQLANDI
2024-cü ilin noyabr ayı üzrə Statistik Bülleten Mərkəzi Bankın saytında yerləşdirilib.
Marja.az Bülletenə istinadən xəbər verir.
Bank sektoru
Fəaliyyətdə olan bankların cəmi aktivləri 50 milyard 164.6 milyon manat, cəmi öhdəlikləri 43 milyard 662.6 milyon manat, balans kapitalı 6 milyard 502 milyard manat olmuşdur.
İlin əvvəlindən bankların cəmi aktivləri, cəmi öhdəlikləri və balans kapitalı müvafiq olaraq 2%, 1.3% və 7.2% artmışdır.
Kredit portfelinin artımı cari ilin noyabr ayında da davam etmişdir. Hesabat ayında bankların kredit portfeli 1.1% və ya 287.6 milyon manat artaraq 27 milyard 368.1 milyon manat olmuşdur.
Kredit portfelinin strukturu:
ı) biznes kreditləri – 53.9% (14 milyard 746.7 milyon manat);
ıı) istehlak kreditləri – 30.8% (8 milyard 422.9 milyon manat)
ııı) ipoteka kreditləri – 15.3% (4 milyard 198.6 milyon manat).
Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 0.2 faiz bəndi azalaraq 1.7% təşkil etmişdir.
Bankların öhdəliklərinin strukturunda ənənəvi olaraq depozit portfeli üstünlük təşkil edir – cəmi öhdəliklərin 80.6%-i və ya 35 milyard 192 milyon manat. Depozit portfelinin 60.6%-i (21 milyard 332.1 milyon manat) hüquqi şəxslərin, 39.4%-i (13 milyard 859.9 milyon manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarətdir.
Fiziki şəxslərin əmanətlərinin 65.2%-i (9 milyard 34.8 milyon manat) milli valyutada, 34.8%-i (4 milyard 825.1 milyon manat) xarici valyutadadır.
Fiziki şəxslərin əmanət portfelinin 60.4%-i (8 milyard 371.4 milyon manat) müddətli əmanətlərdən ibarətdir. Fiziki şəxslərin müddətli əmanətləri noyabr ayında 0.7% və ya 56.6 milyon manat artmışdır.
Hüquqi şəxslərin tələbli depozitləri 15 milyard 833.8 milyon manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 74.2%-ni təşkil etmişdir.
Fiziki şəxslərin əmanətlərinin dollarlaşması noyabr ayında əvvəlki ilin müvafiq dövrünə nəzərən isə 0.1 faiz bəndi azalaraq 34.1% təşkil etmişdir.
2024-cü ilin yanvar – noyabr aylarında banklar tərəfindən 966.5 milyon manat xalis mənfəət, 1 milyard 535.8 milyon manat məbləğində əməliyyat mənfəəti generasiya edilmişdir.
30 noyabr 2024-cü il tarixinə fəaliyyət göstərən 22 bankın filiallarının sayı 483, şöbələrinin sayı 88, ATM-lərin sayı 3,200 olmuşdur.
Hesabat ayında bank sektorunda çalışanların sayı 0.6% və ya 153 nəfər artaraq 25,219 (ilin əvvəlindən 7% və ya 1,650 əməkdaş) nəfər təşkil etmişdir.
Monetar sektor
Cari ilin noyabr ayında manatla geniş mənada pul kütləsi (M2) keçən ilin müvafiq dövrünə nəzərən 1.3% artaraq 34 milyard 639 milyon manat təşkil etmişdir.
Bank sektorunun xarici öhdəlikləri ilin əvvəlinə nəzərən 75.9 milyon manat artaraq 2 milyard 674 milyon manat təşkil etmişdir. Xarici öhdəliklərdəki qeyd olunan dəyişiklik əsasən qeyri-rezident banklardan cəlb olunmuş qısamüddətli depozitlərin həcmindəki artım ilə əlaqədardır.
Ödənişlər sektoru
Banklar və “Azərpoçt” MMC sistemləri üzrə noyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 301 min ədəd artaraq 19 milyon 463 min ədəd təşkil etmişdir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 17.5% artmışdır.
Ödəniş kartlarında artım debet kartları üzrə 19.7%, kredit kartları üzrə 3.2% təşkil etmişdir.
Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərmişdir. Belə ki, ay ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 1.4 dəfə artmışdır. 2024-ci ilin noyabr ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 6 milyard 939 milyon manat təşkil etmişdir. Həyata keçirilən nağdsız ödənişlərin 5 milyard 978 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 957 milyon manatı POS-terminallar, 3.2 miylon manatı isə özünə xidmət terminalları vasitəsilə gerçəkləşdirilmişdir. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 64%-ni təşkil etmişdir.
Banklar və “Azərpoçt” MMC-nin ödəniş xidməti şəbəkələri üzrə dinamik artım müşahidə olunur. Belə ki, keçən ilin noyabr ayının sonu ilə müqayisədə bankomatların sayı 5%, POS-terminalların sayı 36.7% artmışdır.
Müştərilərin xəbərləri
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
-
5 d. əvvəl
Azərbaycan daha çox pul ödəyib, amma daha az gübrə idxal edib
-
9 d. əvvəl
Dərman idxalında 5 milyon dollarlıq azalma - 214 milyon dollara düşüb
-
12 d. əvvəl
Azərbaycan siqaret idxalı artıb - 5 ayda 52 milyon dolları keçib
- 22 d. əvvəl
-
40 d. əvvəl
BBC 550 əməkdaşını işdən çıxarır - 500 milyonluq qənaət planı, böyük ixtisar dalğası
-
45 d. əvvəl
İlk 5 ayda Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 16,6% artaraq 1,5 milyard dolları təşkil edib
-
50 d. əvvəl
"Ələtdə "Faza 3" üzrə ağır sənaye zonasında tikintiyə başlanılıb"
-
53 d. əvvəl
AZAL 15 gündə Naxçıvan istiqamətində 47 mindən çox sərnişinin daşınmasını təmin edib
-
1 saat əvvəl
Bu gün PAŞA Bank-ın səhmlərinin yerləşdirilməsinə başlanılır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Azərbaycan daha çox pul ödəyib, amma daha az gübrə idxal edib
Azərbaycan siqaret idxalı artıb - 5 ayda 52 milyon dolları keçib
BBC 550 əməkdaşını işdən çıxarır - 500 milyonluq qənaət planı, böyük ixtisar dalğası
İlk 5 ayda Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 16,6% artaraq 1,5 milyard dolları təşkil edib
Ən çox oxunanlar
Bu gün PAŞA Bank-ın səhmlərinin yerləşdirilməsinə başlanılır
14 bəndlik ABŞ-İran sülh planı açıqlandı
Tramp ABŞ-İran sazişinin kağız nüsxəsini imzaladı
FED faiz qərarını açıqladı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

























