AccessBank maliyyə göstəricilərini açıqladı - 54 MİLYON MANATDAN ÇOX XALİS MƏNFƏƏT
Mikro, kiçik və orta sahibkarlığın kreditləşməsi bazarının lideri olan AccessBank, 2024-cü il üzrə maliyyə nəticələrini açıqlayıb.
AccessBank-ın yaydığı məlumatda bildirilir ki, Bank, 2024-cü il nəticələrinə görə 54.1 milyon manat xalis mənfəət əldə edib. Eyni göstərici 2023-cü ildə 39.8 milyon manat təşkil edib. Nəticədə, Bankın kapital dayanıqlığı göstəricisi daha da möhkəmlənmiş və məcmu kapitalı ötən illə müqayisədə 29.0% və ya 41.5 milyon manat artaraq 185.0 milyon manata yüksəlmişdir ki, bu da requlyativ tələbdən 3.7 dəfə çoxdur.
Sözügedən artımın drayverləri kimi kredit portfelinin, xüsusən biznes kreditlərinin artımı, depozitorların banka inamının artması, habelə yeni beynəlxalq kreditlərin cəlb edilməsi qeyd oluna bilər. Belə ki, ötən il ərzində:
- Kredit portfeli 13.6% və ya 137.8 milyon manat artıb və hesabat dövrünün sonuna cəmi kredit portfeli 1 151.5 milyon manat təşkil edib.
- Kredit portfelinin 78.3%-i biznesə ayrılmış kreditlər təşkil edir ki, biznes portfelinin həcmi 901.9 milyon manatdır. Hesabat dövrü ərzində biznes portfeli 15.6% və ya 121.8 milyon manat artıb. İl ərzində verilmiş biznes kreditlərinin 59.5%-i regionların payına düşür.
- Depozit portfelinin həcmi 1 milyard manatdan yüksəkdir və 2024-cü ilin sonuna 1 026.5 milyon manat təşkil edir.
- AccessBank 2024-cü ildə beynəlxalq nüfuzlu xarici kreditorlardan 73.1 milyon manat həcmində kredit cəlb etmişdir.
- Bankın aktivləri 1.5 milyard manata çatır, bu da 2023-cü illə müqayisəsədə 6.7% çoxdur.
- Faiz gəlirləri 2023-cü il ilə müqayisədə 14.9% artaraq 224.4 milyon manat təşkil edib. Xalis faiz gəlirləri isə 2023-cü il ilə müqayisədə 18.2 milyon artaraq 140.2 milyon manata yüksəlib.
- Qeyri-faiz gəlirləri 18.1 milyon manat təşkil edir.
- Xalis əməliyyat mənfəəti 2024-cü ildə 69.1 milyon manata çatıb. 2023-cü ildə eyni göstərici 56.3 milyon manat təşkil edib.
- Bankın likvidlik mövqeyi dayanıqlıdır və likvidlik əmsalı 70.6% təşkil edir ki, bu da AMB-ın tələb etdiyi minimum normadan 2.4 dəfə yüksəkdir.
AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 21-i bölgələrdə olmaqla, 35 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
5 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
5 gün sonra
Ağ Şəhərdə 130 mənzillik yeni yaşayış binası: 30% ilkin ödəniş, 36 ayadək faizsiz kredit
-
-
5 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
- 41 d. əvvəl
- 46 d. əvvəl
-
56 d. əvvəl
Maliyyə Nazirliyi 200 milyon manat da borc alır – Şərtlər açıqlandı
-
1 saat əvvəl
Toyota Abşeron-da RAV4 üçün yeni qiymət: 66 500 manatdan başlayaraq ®
-
2 saat əvvəl
Azərbaycanın "Prime Cotton" şirkəti Rusiyanın iri tekstil istehsalçıları ilə danışıqlar aparıb
-
2 saat əvvəl
Biləcəri və Xırdalanda mənzillər hansı şərtlərlə satılır? – ƏTRAFLI ®
-
2 saat əvvəl
Azər Türk Bank nümayəndələri beynəlxalq konfransda iştirak ediblər
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
İntensiv və güclü yağış yağacaq - XƏBƏRDARLIQ
Azərbaycanın "Prime Cotton" şirkəti Rusiyanın iri tekstil istehsalçıları ilə danışıqlar aparıb
Ən çox oxunanlar
Azər Türk Bank nümayəndələri beynəlxalq konfransda iştirak ediblər
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
ABB-nin aktivləri 2026-cı ilin ilk yarısında 11,5% artaraq 16 milyard manata yaxınlaşıb
Gorusda Azərbaycan-Ermənistan texniki görüşü keçirilib
Dövlət Komitəsinin sədr müavini dəyişib - YENİ SƏRƏNCAM
AccessBank qadın sahibkarlar üçün Access2Success layihəsinə 5-ci dəfə start verir ®





















