"Xalq Bank"ın xalis mənfəəti artıb - MALİYYƏ VƏZİYYƏTİ AÇIQLANDI
Aktivlərinin həcminə görə, Azərbaycanda 4-cü böyük bank olan "Xalq Bank" 2024-cü ili 65 milyon 721 min manat xalis mənfəət ilə başa vurub. Bank 2023-cü ili 52 milyon 70 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə,"Xalq Bank"ın xalis mənfəəti 2024-cü ildə 2023-cü illə müqayisədə 13 milyon 651 min manat və ya 26,2% artıb.
Marja.az Bankın rüblük hesabatlarına istinadən xəbər verir ki, 2024-cü ildə "Xalq Bank"ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-fazi gəlirləri) 226 milyon 781 min maant, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 149 milyon 617 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 77 milyon 164 min manat təşkil edib. Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan azad olan 5 milyon 504 min manat da mənfəətə əlavə olunub. Bank 82 milyon 668 min manat mənfəətindən 16 milyon 946 min manat mənfəət vergisi ödəyib.
Müqayisə üçün qeyd edək ki, 2023-cü ildə "Xalq Bank"ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-fazi gəlirləri) 191 milyon 891 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri )114 milyon 354 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 77 milyon 537 min manat təşkil etmişdi. Bank əməliyyat mənfəətindən 8 milyon 643 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırmış və 16 milyon 822 min manat mənfəət vergisi ödəmişdi.
Ötən il "Xalq Bank"ın cəmi əməliyyat gəlirlərinin 34 milyon 890 min manat artmasına qarşılıq, cəmi əməliyyat xərcləri 35 milyon 263 min manat artıb. Xərclərdəki artım gəlirlərdəki artımdan daha çox olduğu üçün "Xalq Bank"ın əməliyyat mənfəəti 373 min manat azalıb. Lakin mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan azad olan vəsait xalis mənfəətin daha yüksək olmasını təmin edib.
BANKIN KREDİT PORTFELİ BÖYÜYÜB
2024-cü ildə "Xalq Bank"ın cəmi aktivləri 13 milyon 702 min manat azalaraq 31 dekabr 2024-cü il tarixində 3 milyard 68 milyon 846 min manat təşkil edib. Cəmi aktivlərdəki cüzi geriləmə qiymətli kağızlara investisiyaların, nağd vəsaitlərin və Mərkəzi Bankda müxbir hesabda vəsaitlərin azalması ilə əlaqədardır. Ötən il Bankın kredit portfeli 60 milyon 272 min manat və ya 3,3% artaraq 1 milyard 887 milyon 236 min manata çatıb.
Keçən il "Xalq Bank"ın depozit portfeli 315 milyon 609 min manat kiçilərək 31 dekabr 2024-cü il tarixində 1 milyard 905 milyon 362 min manat təşkil edib.
MƏCMU KAPİTALI ARTIB
31 dekabr 2024-cü il tarixində "Xalq Bank" 462 milyon 971 min manat məcmu kapitala malik olub. Bank 2023-cü ilin sonunda 455 milyon 767 min manat məcmu kapitala malik idi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
5 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
5 gün sonra
Ağ Şəhərdə 130 mənzillik yeni yaşayış binası: 30% ilkin ödəniş, 36 ayadək faizsiz kredit
-
-
5 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
- 41 d. əvvəl
- 46 d. əvvəl
-
56 d. əvvəl
Maliyyə Nazirliyi 200 milyon manat da borc alır – Şərtlər açıqlandı
-
1 saat əvvəl
Toyota Abşeron-da RAV4 üçün yeni qiymət: 66 500 manatdan başlayaraq ®
-
2 saat əvvəl
Azərbaycanın "Prime Cotton" şirkəti Rusiyanın iri tekstil istehsalçıları ilə danışıqlar aparıb
-
2 saat əvvəl
Biləcəri və Xırdalanda mənzillər hansı şərtlərlə satılır? – ƏTRAFLI ®
-
2 saat əvvəl
Azər Türk Bank nümayəndələri beynəlxalq konfransda iştirak ediblər
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
İntensiv və güclü yağış yağacaq - XƏBƏRDARLIQ
Azərbaycanın "Prime Cotton" şirkəti Rusiyanın iri tekstil istehsalçıları ilə danışıqlar aparıb
Ən çox oxunanlar
Azər Türk Bank nümayəndələri beynəlxalq konfransda iştirak ediblər
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
ABB-nin aktivləri 2026-cı ilin ilk yarısında 11,5% artaraq 16 milyard manata yaxınlaşıb
Gorusda Azərbaycan-Ermənistan texniki görüşü keçirilib
Dövlət Komitəsinin sədr müavini dəyişib - YENİ SƏRƏNCAM
AccessBank qadın sahibkarlar üçün Access2Success layihəsinə 5-ci dəfə start verir ®























