NEQSOL Holding risklərin idarə edilməsi və komplayens funksiyalarını rəqəmsallaşdırır - MÜQAVİLƏ İMZALANIB
(®) NEQSOL Holding beynəlxalq şirkətlər qrupu Korporativ İdarəetmə, Risklərin İdarə Edilməsi və Komplayens (GRC) funksiyalarını rəqəmsallaşdırmaq üçün Swiss GRC şirkəti ilə mühüm müqavilə imzalayıb.
Bu tərəfdaşlıq, bazarın aparıcı iştirakçıları arasında fərqlənən Swiss GRC-nin təkliflərinin və platforma imkanlarının önə çıxdığı, yüksək rəqabətli və geniş qiymətləndirmə prosesinin nəticəsidir.
İlkin mərhələdə NEQSOL Holding özünün artıq inkişaf etdirilmiş sahələri üzrə - Korporativ Risklərin İdarə Edilməsi, Komplayens, SƏTƏM, Daxili Nəzarət, İnsidentlərin İdarə Edilməsi və digər – Swiss GRC modullarını tətbiq edəcək.
Bu addım, NEQSOL Holding və onun tərkibindəki şirkətlər – Azerconnect Group, Bakcell, Vodafone Ukrayna və Norm – üçün öz biznes proseslərini təkmilləşdirmək və davamlı inkişafı dəstəkləmək istiqamətində növbəti nailiyyətdir.
Tərəfdaşlıq haqqında danışan NEQSOL Holding-in Baş Maliyyə Direktoru və NEQSOL Holding Azərbaycan-ın Rəhbəri İmran Əhmədzadə bildirib: “Bu, Holdinq üçün vacib addımdır, çünki Risklərin İdarə Edilməsi, Korporativ İdarəetmə və Komplayens sahələrində bizim qabaqcıl mövqelərimiz və inkişaf səviyyəmiz daha təkmil rəqəmsal alətlərin tətbiqini tələb edir. Swiss GRC ilə bu tərəfdaşlığın NEQSOL Holding-in bütün şirkətlərində bu sistemləri tam rəqəmsallaşdırmağa kömək edəcəyinə inanırıq.”
NEQSOL Holding-də Risklərin İdarə Edilməsi üzrə rəhbər Samir Kərimov qeyd edib: “Swiss GRC həllərinin tətbiqi bizə bütün biznes sahələrində riskləri nəzarətdə saxlamaq və idarə etmək üçün etibarlı bir platforma təqdim edəcək. Bu platforma prosesləri daha səmərəli edəcək, şəffaflığı artıracaq və risklərin daha yaxşı idarə olunmasına imkan yaradacaq.”
Swiss GRC-nin Baş Direktoru Besfort Kuqi bu mühüm hadisənin əhəmiyyətini qeyd edib: “NEQSOL Holding-i əsas beynəlxalq müştərilərimizdən biri kimi qarşılamaqdan qürur duyuruq. Hərtərəfli qiymətləndirmə prosesi platformamızın və xidmətlərimizin gücünü əks etdirir, və biz NEQSOL Holding-in GRC sahəsində iddialı təşəbbüslərini dəstəkləməyi səbirsizliklə gözləyirik. Bu, Swiss GRC üçün qlobal miqyasda genişlənməyə davam etdiyimizi göstərən mühüm bir nailiyyətdir.”
Swiss GRC-nin MEA & APAC üzrə Baş Meneceri Rajeev Dutt əməkdaşlığın strateji dəyərini vurğulayıb: “NEQSOL Holding kimi bir qrupla tərəfdaşlıq, GRC Toolbox-un hərtərəfli və geniş miqyaslı olduğunu təsdiq edir. Bu əməkdaşlıq təşkilatlara fərqli normativ mühitlərdə effektiv fəaliyyət üçün innovativ həllərin təqdim edilməsinə sadiqliyimizi nümayiş etdirir.”
Swiss GRC platforması NEQSOL Holding-ə riskləri proaktiv idarə etmək, hesabatlılığı artırmaq və bütün qrup üzrə əməliyyat dayanıqlığını gücləndirmək imkanı verir. Fərdi ehtiyaclara uyğun hazırlanmış modulların istifadəsi, Swiss GRC-nin müxtəlif və böyük təşkilatların xüsusi ehtiyaclarına uyğun həllər təqdim etmək qabiliyyətini əks etdirir.
NEQSOL Holding 11 ölkədə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupudur. Əlavə məlumat üçün: www.neqsolholding.com
Baş ofisi İsveçrənin Lucerne şəhərində olan Swiss GRC Korporativ İdarəetmə, Risklərin İdarə olunması və Komplayens (GRC) həlləri üzrə aparıcı təminatçıdır. Əlavə məlumat üçün: www.swissgrc.com
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 4 saat əvvəl
-
-
4 saat əvvəl
“AS İnşaat” MMC-nin inşa etdiyi Ağalı kəndi “Euronews”un diqqət mərkəzində
- 5 saat əvvəl
-
5 saat əvvəl
ABB-nin yeni istiqrazlarının faizləri məlum oldu - 10 MİLYON MANAT CƏLB EDİR
-
5 saat əvvəl
Səudiyyə Ərəbistanı Hörmüzə alternativ olaraq Qırmızı dənizi qiymətləndirir
- 6 saat əvvəl
-
6 saat əvvəl
Dövlət Gömrük Komitəsi yanında İctimai Şuraya seçkilər keçirilib - YENİ 7 ÜZV
-
6 saat əvvəl
Birbank Biznes-in “Hər işdə birinci qadınlar” yarmarkası uğurla yekunlaşıb
-
6 saat əvvəl
“Coca-Cola” Azərbaycanda “Novruz 2026” kampaniyasına start verdi
-
6 saat əvvəl
Neftin qiyməti son 1,5 ilin ən yüksək səviyyəsində - 9 %-DƏN ÇOX BAHALAŞDI
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Lizinq şirkətinə illik 15%-lə 1 milyon manat pul lazımdır
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
“Coca-Cola” Azərbaycanda “Novruz 2026” kampaniyasına start verdi
PAŞA Bankdan rəqəmsal depozitdə bayram təklifləri!
Mərkəzi Bank: “Fizza Pay”ın vəzifəli şəxsi məsuliyyətə cəlb olunub
Məhkəmələrə hakimlər təyin edildi - SƏRƏNCAM
"Rusiya qazından asılılığımızı azaltdığımız dövrdə Azərbaycanla tərəfdaşlığımızın vacibliyi yalnız artacaq"


























