"S&P" bu il Azərbaycanda bank sektorunun dayanıqlı olacağını proqnozlaşdırır
“S&P Global” beynəlxalq reytinq agentliyi Azərbaycan, Ermənistan, Gürcüstan, Qazaxıstan və Özbəkistanın bank sektorlarının 2024-cü ildə olduğu kimi 2025-ci ildə də dayanıqlılığını qoruyub saxlayacağını proqnozlaşdırır.
"S&P" xəbər verir ki, kreditləşmənin ikirəqəmli artımı (15 %) və aktivlərin sabit keyfiyyəti regionda bankların kapitalının rentabelliyini və səviyyəsini dəstəkləməyə davam edəcək.
Agentliyin qiymətləndirməsinə görə, bu ölkələrdə bank tənzimlənməsi, nəzarət və korporativ idarəetmə əhəmiyyətli dərəcədə inkişaf etsə də, inkişaf etmiş bazarlarla müqayisədə daha az şəffaf və proqnozlaşdırıla biləndir. Qazaxıstan və Azərbaycanda tənzimləyici nəzarət son illərdə əhəmiyyətli dərəcədə güclənib. Eyni zamanda, Gürcüstanda bank nəzarəti regionda ən qabaqcıl hesab edilsə də, ölkədə demokratik standartların azalması tənzimləyicinin müstəqilliyinə mənfi təsir göstərə bilər.
Ermənistan, Gürcüstan və Özbəkistanda son illərdə müşahidə olunan iqtisadi artım əsasən Rusiya və Ukraynadan insan və kapital axını, həmçinin ticarət axınlarının artması ilə bağlı olub. "S&P" 2025-ci ildə bu tempin bir qədər yavaşlayacağını proqnozlaşdırır. Azərbaycan və Qazaxıstanda Rusiya və Ukraynadan miqrasiya təsiri daha az nəzərə çarpıb və iqtisadi artıma əhəmiyyətli təsir göstərməyib.
Agentlik qeyd edir ki, bu beş ölkə üçün həm Qərblə, həm də regionun əsas ticarət tərəfdaşı olan Rusiya ilə münasibətlərin balanslaşdırılması çağırış olaraq qalacaq. Azərbaycanla bir sıra mürəkkəb məsələlərin həllini tələb edən sülh sazişinin imzalanması perspektivi Ermənistan üçün əlavə qeyri-müəyyənlik amilidir. Gürcüstanda isə daxili siyasi qeyri-sabitliyin artması iqtisadi siyasətin proqnozlaşdırılması mümkünlüyünü azaldır.
"S&P"nin məlumatına görə, 2024-cü ildə regionda iqtisadi artım gözləntiləri üstələyib və bu il dayanıqlılığını qoruyacaq, lakin daha az nəzərə çarpacaq. Azərbaycan və Qazaxıstan neftin qiymətlərinin əlverişli dinamikasından faydalanır, lakin hasilat həcmlərinin azalması ilə üzləşir. Qeyri-neft sektorlarının neft-qaz sənayesi ilə müqayisədə qabaqlayıcı artımı müsbət amildir.
Ermənistan, Gürcüstan və Azərbaycanda mənzil qiymətlərinin yüksək dinamikası bank sektoru üçün risklərdən biri olaraq qalır. Regionda ipoteka kreditləşməsi milli valyutalarda dövlət proqramları və anderraytinq standartlarının təkmilləşdirilməsi ilə dəstəklənir.
"S&P" həmçinin təminatsız istehlak kreditlərinin sürətli artımı ilə bağlı risklərin artdığını qeyd edir. Özbəkistanda daha sərt tənzimləyici tədbirlərin tətbiqi nəticəsində pərakəndə kreditləşmənin artımı yavaşlayıb, Azərbaycan, Ermənistan və Gürcüstanda isə yüksək olaraq qalır.
Son iki il ərzində Azərbaycanda “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası” çərçivəsində maliyyə qurumlarının tənzimlənməsi və nəzarətin modernləşdirilməsi ilə bağlı islahatların həyata keçirilməsinə başlanılıb. “S&P” ölkənin daha əvvəl aşağı səviyyədə olan sahəvi risklərinin qiymətləndirilməsində müsbət dinamikanı qeyd edir.
© Report
Müştərilərin xəbərləri
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
“Bank Respublika”nın xalis mənfəəti 18 faizə yaxın artıb
Azərbaycan neftinin son qiyməti - 7 dollardan çox ucuzlaşıb
Rəsmi məzənnələr açıqlandı
"Turanbank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
PAŞA Bank-ın xalis mənfəəti 10%-ə yaxın artıb
Ən çox oxunanlar
Tramp İranla müharibənin “bitməyə çox yaxın” olduğunu dedi
“İki gün ərzində Pakistanda ABŞ–İran görüşü baş tuta bilər”
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Qarabağ filialı açılıb
TƏBİB-ə yeni İcraçı direktor təyin edildi
Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub
"Ziraat Bank Azərbaycan"ın xalis mənfəəti 1,6 dəfə artıb















.jpg)


