CFI şirkəti CFI Azerbaijan-ın rəsmi açılışını qeyd edir -FOTO
(®) Aparıcı qlobal onlayn ticarət provayderi olan CFI Financial Group böyük qürur hissi ilə yeni qurulan CFI Financial Investisiya Şirkətinin (CFI Azerbaijan) rəsmi açılışını elan edir.
Bu açılış CFI-ın genişlənmə strategiyasında mühüm bir mərhələni təşkil edir və şirkətin Azərbaycana və bütün regiona dünya səviyyəli maliyyə həlləri təqdim etmək öhdəliyini əks etdirir.
Açılış mərasimi CFI Azerbaijan şirkətinin yerləşdiyi Bakının müasir Crescent Office Biznes Mərkəzində keçirildi. CFI Azerbaijan şirkətinin rəhbərliyi və komanda üzvləri, CFI Group-un rəhbər şəxsləri, eləcə də dəyərli qonaqlar və müştərilər tədbirdə iştirak edərək, bu əlamətdar hadisəni qeyd etdilər.
Həmtəsisçilər və icraçı direktorlar Hişam Mansur və Eduardo Faxuri rəsmi lentkəsmə mərasiminə rəhbərlik edərək, CFI-ın Azərbaycanda rəsmi fəaliyyətə başladığını elan etdilər. Tədbirdə Hişam Mansurun açılış nitqi və ardınca CFI Azerbaijan-ın yeni təyin olunmuş baş icraçı direktoru İlqar Rüstəmbəylinin çıxışı yer aldı.
"Bu an CFI Financial Group üçün mühüm bir mərhələdir. Azərbaycan sürətlə inkişaf edən və böyük potensiala malik maliyyə bazarını təmsil edir. CFI Azerbaijan-ın açılışı ilə biz yerli investorlar üçün ən yüksək səviyyəli ticarət təcrübəsini təqdim etməkdən məmnunuq. İlqarın rəhbərliyi və mükəmməlliyə olan sadiqliyimizlə Azərbaycanın və regionun ticarət gələcəyini formalaşdırmağı səbirsizliklə gözləyirik," – deyə CFI Financial Group-un həmtəsisçisi və icraçı direktoru Hişam Mansur bildirdi.
"Bakıda ofisimizin açılışı sadəcə bir genişlənmə deyil – bu, Azərbaycanlı treyderlərə və investorlara rəqabət şəraiti, qabaqcıl maliyyə alətləri və peşəkar dəstək təqdim edən dünya səviyyəli ticarət mühiti təmin etmək vədidir. Bizim missiyamız treyderləri ən son texnologiya ilə fərdi xidmətin birləşməsi sayəsində gücləndirmək və onların qlobal maliyyə bazarlarında uğur qazanmasını təmin etməkdir," – deyə CFI Azerbaijan-ın baş direktoru İlqar Rüstəmbəyli qeyd edib.
Bu genişlənmə ilə CFI maliyyə sahəsindəki aparıcı mövqeyini daha da möhkəmləndirərək öz təcrübəsini, innovativ ticarət həllərini və müştəriyönlü yanaşmasını Azərbaycana gətirir. Ən yüksək tənzimləmə standartlarına uyğunlaşaraq və maliyyə savadlılığını təşviq edərək, CFI ölkənin inkişaf edən maliyyə mərkəzinə çevrilməsinə töhfə verməyi hədəfləyir.
CFI Haqqında:
1998-ci ildə təsis edilmiş CFI Financial Group MENA bölgəsinin aparıcı onlayn ticarət brokeridir və 25 ildən çox təcrübəyə malikdir. London, Abu Dabi, Dubay, Keyptaun, Bakı, Beyrut, Amman və Qahirə kimi mühüm yerlərdə fəaliyyət göstərən CFI həm qlobal, həm də yerli bazarlara problemsiz çıxış imkanı təmin edir. Səhm, valyuta, əmtəə və digər müxtəlif ticarət seçimləri təklif edən CFI sıfır pip spredlər, komissiyasız xidmətlər və ultra sürətli icra şərtləri ilə üstün imkanlar təqdim edir. Şirkət süni intellektə əsaslanan alətlər sahəsində liderdir və istənilən təcrübəyə malik treyderlər üçün intuitiv və qabaqcıl həllər təklif edir. CFI, çoxdilli təhsil məzmunu vasitəsilə maliyyə savadlılığını artırır və AC Milan, FIBA WASL, MI Cape Town kriket komandası və Abu Dabi Mədəniyyət və Turizm Departamenti ilə tərəfdaşlıqlar vasitəsilə mükəmməlliyi təşviq edir. Yeddiqat Formula 1™ dünya çempionu Sir Lyuis Hemilton CFI-ın qlobal brend səfiridir. CFI həmçinin dünya üzrə mədəniyyət və icma təşəbbüslərini dəstəkləyərək innovasiya və uğura olan bağlılığını nümayiş etdirir.
Ətraflı məlumat üçün: www.cfi.trade
Media sorğuları: Cecilia Natalia Hage, Qlobal PR &Kommunikasiya Meneceri, [email protected]
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 4 gün sonra
- 20 d. əvvəl
-
29 d. əvvəl
Türkiyədə “Həmişə ucuz” reklamına görə market şəbəkəsi 1 milyon lirədən çox cərimələnib
-
43 d. əvvəl
“AzInTelecom” və “Presight” SİMA-nın beynəlxalq bazara çıxarılması üçün əməkdaşlıq edəcək
-
54 d. əvvəl
Fransanın restoran şəbəkəsinin Bakı Ağ Şəhərdə filialı açılacaq
- 1 saat əvvəl
-
1 saat əvvəl
ABŞ-da pizzacıların sayı 9 min 600-dən çox azalıb – iri şəbəkələr müştərilərini niyə itirir?
- 2 saat əvvəl
-
2 saat əvvəl
BYD Ti7-nin Avropa İttifaqında istehsalına və satışına qadağa qoyulub
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Türkiyədə “Həmişə ucuz” reklamına görə market şəbəkəsi 1 milyon lirədən çox cərimələnib
Fransanın restoran şəbəkəsinin Bakı Ağ Şəhərdə filialı açılacaq
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
ABŞ-da pizzacıların sayı 9 min 600-dən çox azalıb – iri şəbəkələr müştərilərini niyə itirir?
BYD qatlanan sükanlı Ti 9-u satışa çıxarıb – hibrid SUV-nin yürüş ehtiyatı 1 630 kilometrə çatır (VİDEO)
Noyabrın 22-də gözlənilən hava şəraiti
Tesla Texasda 3 milyard 100 milyon dollarlıq polisilikon zavodu qurmağı planlaşdırır
Avropada istiqraz buraxılışı ilk dəfə 2 trilyon avronu ötüb
Energetika Nazirliyi və “ROX Group” Azərbaycanda iki enerji layihəsi üzrə müqavilə imzalayıblar
Neft-qazdan külək və Günəş enerjisinədək – Azərbaycan və Vyetnam prezidentləri enerji əməkdaşlığını müzakirə ediblər




















