İLK DƏFƏ - “Bank Respublika”dan sahibkarlara “Yaşıl Kredit”
Bank Respublika-dan “Yaşıl Kredit” götürənlər 15%-dək keşbek qazanacaq!
Bakı, 19 fevral, 2025. Ölkəmizdə real sektorun inkişafına daim dəstək olan Bank Respublika, innovativ yanaşmalarını davam etdirərək ilk dəfə olaraq sahibkarlar üçün “Yaşıl Kredit” məhsulunu təqdim edir.
Avropa İttifaqı və Avropa Yenidənqurma və İnkişaf Bankının birgə layihəsi olan EU4Business-EBRD Kredit Xətti çərçivəsində təklif olunan bu yeni maliyyə aləti ekoloji cəhətdən davamlı layihələri dəstəkləmək və mikro, kiçik və orta bizneslərin enerji səmərəliliyini artırmaq üçün nəzərdə tutulmuşdur.
Kreditin maksimal müddəti – 5 il, maksimal məbləği – 3 milyon avro ekvivalentinə qədərdir (kreditlər manatla verilir).
“Yaşıl Kredit” sahibkarlara bir çox unikal üstünlüklər təklif edir:
- 15%-dək keşbek: Avropa İttifaqının dəstəyi ilə kreditin əsas məbləğinin bir hissəsi geri qaytarılır. Bu, həm sahibkarlar üçün maliyyə yükünü azaldır, həm də investisiyanı daha sərfəli edir;
- Sadə və sürətli prosedur: Minimum sənəd tələbləri və sürətli icra ilə kreditlər qısa zamanda təsdiqlənir;
- Enerji səmərəliliyi: Yeni texnologiyalar və avadanlıqlar sayəsində əməliyyat xərcləri əhəmiyyətli dərəcədə azalır;
- Ekoloji fayda: Daha təmiz texnologiyalara keçid ətraf mühitin mühafizəsinə töhfə verir.
“Yaşıl Kredit”dən faydalanmaq istəyən sahibkarlar üçün tələblər:
- Şirkətin azı 51%-i özəl mülkiyyətdə olmalıdır;
- Sahibkarlar Azərbaycanda qeydiyyatdan keçmiş və qanunvericiliyə uyğun fəaliyyət göstərməlidir;
- Şirkət tərəfdaş maliyyə qurumlarının tələblərinə uyğun gəlməlidir;
- Müəssisənin işçi sayı 250 nəfərdən az olmalıdır.
“Yaşıl Kredit” bir çox fərqli sahələrdə tətbiq edilə bilər:
- Kənd təsərrüfatı: Heyvandarlıq, quşçuluq, bağçılıq, əkinçilik kimi ənənəvi sahələrdə müasir texnologiyaların tətbiqi;
- Qida istehsalı: Meyvə və tərəvəzin emalı və saxlanması, süd məhsulları, çay, qəhvə, pivə, şərab və çörək istehsalına yönəlmiş layihələr;
- Sənaye sektorları: Pambıq, parça, kauçuk, plastik, şüşə, mebel və digər sənaye məhsullarının istehsalı.
Yaşıl texnologiyalara investisiya edin və gələcəyə yaşıl bir miras qoyun!
Daha ətraflı məlumatı bankın rəsmi saytında, facebook, instagram, linkedin, telegram səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
23 d. əvvəl
Aşağı büdcəli aviaşirkət Daşkənddən Bakı və Gəncəyə uçuşlara başlayıb
-
- 26 d. əvvəl
-
35 d. əvvəl
İlham Əliyev “Baku Energy Forum”un rəsmi açılış mərasimində çıxış edib
-
38 d. əvvəl
ABŞ Dövlət katibinin iqtisadi məsələləri üzrə köməkçisi Azərbaycanda səfərdədir
- 1 saat əvvəl
-
1 saat əvvəl
Gömrük bağlamalarını bəyan etməyin ən rahat yolu: "SİMA İmza"
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
Mülki Aviasiya İşçilərinə ÖZƏL KREDİT TƏKLİFİ
Gömrük bağlamalarını bəyan etməyin ən rahat yolu: "SİMA İmza"
Neft 2 faizdən çox bahalaşıb
Ən çox oxunanlar
Qlobal bazarlar Trampın qərarını gözləyir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 12 GÜN
“Merkuri BOKT” yığılmış zərərdən xilas olub
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub, aktivlər kəskin azalıb
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
BOKT “İnkişaf Üçün Maliyyə”nin mənfəəti 26% artıb
79 və 119 nömrəli marşrut xətlərində avtobuslar yenilənir


















.jpg)


