Beynəlxalq Bankın səhminə sahib olanlar illik 15,6% qazanacaqlar
"2024-cü ilin maliyyə nəticələri üzrə, ABB-nin (Azərbaycan Beynəlxalq Bankı - red) hər bir səhminin illik gəlirlilik səviyyəsi nominal qiymətlə 15,6% olacaq".
Marja.az xəbər verir ki, bunu ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib.
Bankın sədri qeyd edib ki, bu günlərdə beynəlxalq mühasibat standartlarına əsaslanan maliyyə hesabatımıza kənar auditor rəyi verilib:
"ABB maliyyə qrupu ili 360 milyon manat məbləğində xalis mənfəətlə başa vurub. Bu nəticələr səhmdarlarımıza hər il olduğu kimi yüksək dividend ödəməyimizə imkan yaradır. Bank menecmenti olaraq biz səhmdarlarımıza 200 milyon manat dividend ödənilməsini təklif etmişik. Yeddi ildir, səhmdarlarımıza ardıcıl şəkildə yüksək dividendlər ödəyirik. Bu il nəzərdə tutulan 200 milyon manatlıq məbləğ isə son yeddi ilin rekord dividend məbləğidir.
7 may tarixində, Səhmdarların Ümumi Yığıncağında bununla bağlı müsbət qərar qəbul edilərsə, ABB-nin hər bir səhminin illik gəlirlilik səviyyəsi nominal qiymətlə 15,6% olacaq. Bu il ilk dəfə olaraq gəlirlərimizi onminlərlə Azərbaycan vətəndaşı ilə bölüşmək komandamız üçün böyük qürurdur. ABB-nin sağlam, mənfəətli, dayanıqlı fəaliyyəti yüzminlərlə insanın həyatına müsbət toxunuş edəcək".
Qeyd edək ki, bu ilin 7 mayında ABB Səhmdarlarının Ümumi Yığıncağı keçiriləcək. Artıq bununla bağlı bildiriş yayılıb. Yığıncağın gündəliyindəki aktual məsələlərdən biri də səhmdarlara 2024-cü ilin mənfəətindən dividend ödənişi ilə bağlıdır. Bank ötən il uğurla həyata keçirilmiş səhm emissiyasından sonra bu il ilk dəfə olaraq kütləvi sayda, yəni 30 mindən çox səhmdarı ilə öz qazancını bölüşəcək.
Abbas İbrahimov məlumat üçün bildirib ki, 7 may tarixinə qədər ABB səhmi əldə etmiş və aldığı səhmlər həmin tarixədək Milli Depozit Mərkəzinin reyestrinə düşmüş hər bir səhmdarımıza 2024-cü ilin mənfəətindən malik olduğu səhm sayına uyğun dividend ödəniləcək.
"ABB olaraq hədəfimiz uzunmüddətli perspektivdə səhmdarlarımızla qazancımızı bölüşməyə davam etməkdir. Bu baxımdan, mənfəətimizin bir hissəsi hər il dividend ödənişlərinə yönələcək. Əlbəttə, Bankın hər zaman sağlam və dayanıqlı maliyyə durumunda olması, strateji inkişaf planlarını həyata keçirə bilməsi üçün adekvat kapitallaşma səviyyəsinin qorunması çox önəmlidir. Biz innovativ və rəqabətqabiliyyətli biznes modelimizlə, səmərəli fəaliyyətimizlə, riskləri optimallaşdıraraq, mənfəətliliyi daim artırmaqla səhmdarlarımızın stabil gəlir əldə etməsini təmin etməyi hədəfləyirik", - Bankın İdarə heyətinin sədri əlavə edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
6 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
6 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 19 d. əvvəl
-
30 d. əvvəl
Aqrar biznesə dəstək: “PAŞA Sığorta” 280 000 manata yaxın zərəri ödədi
-
1 saat əvvəl
“Azərpoçt” İçərişəhərdə yeni AZ1005 indeksli poçt şöbəsini istifadəyə verib
-
1 saat əvvəl
Ayda cəmi 3 manat ödəyin, heyvan tələf olarsa 1350 manat alın
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Husilər Ər-Riyad hava limanını ballistik raketlə vurduqlarını iddia ediblər
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
İlham Əliyev Türkmənbaşıda Məşvərət görüşündə iştirak edir
Prezident İlham Əliyev Türkmənistanda işgüzar səfərdədir
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Tramp Rusiyadakı müəmmalı ölümə münasibət bildirdi: “Bioloji silah olduğunu düşünmürük”




























