"Azərbaycan Sənaye Sığorta"nın gəlirləri və mənfəəti kəskin azalıb
"Azərbaycan Sənaye Sığorta" ASC 2024-cü ili 1 milyon 297 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2023-cü ili 3 milyon 586 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "Azərbaycan Sənaye Sığorta"nın xalis mənfəəti 2024-cü ildə 2023-cü illə müqayisədə 2 milyon 289 min manat və ya 2,8 dəfə azalıb.
Marja.az Şirkətin 2024-cü il üzrə audit hesabatına istinadən xəbər verir ki, "Azərbaycan Sənaye Sığorta"nın cəmi gəlirləri 2023-cü ildə 45 milyon 827 min manat ikən, 2024-cü ildə 26 milyon 850 min manata düşüb (18 milyon 977 min manat və ya 70,7% azalıb). Cəmi gəlirlərdəki azalma əsasən birbaşa sığorta haqları və sığorta ödənişlərində təkrarsığortaçıların payı üzrə gəlirlərdə geriləmə ilə bağlıdır.
"Azərbaycan Sənaye Sığorta"nın cəmi xərcləri 2023-cü ildə 41 milyon 961 min manat ikən, 2024-cü ildə 25 milyon 229 min manata düşüb (16 milyon 732 min manat və ya 40% azalıb).
Cəmi gəlirlərdə azalma cəmi xərclərdəki azalmadan daha yüksək məbləğdə olduğu üçün Şirkətin əməliyyat mənfəəti 2 milyon 245 min manat azalıb.
Ötən il "Azərbaycan Sənaye Sığorta"nın sığorta ödənişləri 2,7 dəfə azalaraq 12 milyon 98 min manat təşkil edib. 2023-cü ildə Şirkətin sığorta ödənişlərinin məbləği 32 milyon 378 min manat təşkil etmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
6 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
6 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
8 d. əvvəl
Aqrar biznesə dəstək: “PAŞA Sığorta” 280 000 manata yaxın zərəri ödədi
-
44 d. əvvəl
“Azərpoçt” İçərişəhərdə yeni AZ1005 indeksli poçt şöbəsini istifadəyə verib
-
48 d. əvvəl
Ayda cəmi 3 manat ödəyin, heyvan tələf olarsa 1350 manat alın
- 50 d. əvvəl
- 57 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Husilər Ər-Riyad hava limanını ballistik raketlə vurduqlarını iddia ediblər
-
2 saat əvvəl
Arthur Hayes: Süni intellekt bumuna trilyonlarla dollar “boşuna xərclənir”
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Tramp Rusiyadakı müəmmalı ölümə münasibət bildirdi: “Bioloji silah olduğunu düşünmürük”
FED bu il faizləri yenidən artıra bilər – protokollar açıqlandı



























