"Müdafiə Nazirliyinin hərbi hissəsində yataqxana tikdik, bizə cəmi 440 min manat ödənildi"
“Şlyapa Zahid”in məhkəməsiMüdafiə Nazirliyinin Daxili Təhlükəsizlik, həmçinin Təhsil-tədris və Elmi Tədqiqatlar İdarəsinin sabiq baş zabiti, 42 milyonluq mənimsəmədə ittiham olunan Zahid Niftəliyevin ("Şlyapa Zahid") cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə “R.S” tikinti şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Yalçın Ələkbərov ifadə verib.
O, ifadəsində bildirib ki, 10 il öncə təşkil olunan tenderdə qalib gəliblər və müqavilə bağlayıblar:
“Şirkətimiz tikinti şirkətidir. Müqavilə əsasında Müdafiə Nazirliyinin hərbi hissəsində yataqxana tikdik. Lakin bunun qarşılığında bizə 440 min manat pul ödənildi. Pulumuzun qalan hissəsini güclə aldıq. Bununla bağlı Baş nazirin müavininin qəbulunda olduq. Sonra məhkəməyə müraciət etdik və qalib gəldik. Bizə 2 milyon dollar ödənildi. Mən təqsirləndirilən şəxsi tanımıram, onu internetdə görmüşəm. Şirkət rəhbəri H.L. isə İngiltərədə yaşayır. Bu ay Azərbaycana gəlməsi gözlənilir”.
Şahidin ibtidai istintaqa verdiyi ifadə elan olunub.
Şahid istintaqa ifadəsində bildirib ki, müqavilə 7 milyon dollar dəyərində olub və onlar Goranda hərbi hissədə yataqxana tikiblər.
Daha sonra təqsirləndirilən şəxsin vəkili məhkəməyə vəsatət verib.
Vəkil bildirib ki, Zahid Niftəliyev 14 aprel 2015-ci ildə “AtaBank”ın inzibati binasında olub: “Onu ora kim göndərib? Mahir Rəfiyev? Həmin ərəfədə 682 min və 625 min manat faiz borcu ödənilib. Mən 2015-ci il 14 aprel, 15 iyul, 3 dekabr, 2016-cı il 25 fevral, 7 mart, 15 iyun, 24 iyun, 30 iyul, 22-27-29 dekabr tarixlərində telefon danışıqlarının əhatə dairəsinin müəyyən edilməsi üçün “Azercell” MMC-yə sorğu verilməsini xahiş edirəm”.
Vəsatətin növbəti prosesdə müzakirə olunacağı bildirilib.
Proses mayın 7-də davam etdiriləcək.
Qeyd edək ki, Zahid Niftəliyev rüşvət almaqda ittiham olunaraq bir müddət əvvəl həbs olunub. Ona Tərtər Hərbi Məhkəməsinin hökmü ilə şərti cəza verilib, azadlığa buraxılıb. Daha sonra o, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq baş idarəsi tərəfindən həbs edilib.
İstintaq dövründə Gəncə Apellyasiya Məhkəməsi prokurorluğun Tərtər Hərbi Məhkəməsinin hökmü ilə bağlı protestini təmin edib. Zahid Niftəliyev vəzifə saxtakarlığı və külli miqdarda rüşvət almaqda təqsirli bilinərək 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Bundan başqa Zahid Niftəliyev hazırda məhkəmədə araşdırılan cinayət işi üzrə öz adına formal şirkət açaraq “ATABank”dan götürülmüş 42 milyon manat kredit vəsaiti üzrə çıxarılmış məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməkdə ittiham olunur.
İttihama əsasən, Zahid Niftəliyev məqsədyönlü şəkildə həmin məbləğdə kredit almaq məqsədilə “Şahin-CO” adlı şirkət yaradıb, şirkət təsərrüfat və maliyyə vəziyyəti barədə “AtaBank” ASC-yə saxta məlumatlar təqdim etməklə 2016-cı ildə 12 ay müddətinə 42 milyon 470 min 885 manat kredit alaraq xüsusilə külli miqdarda ziyan vurub. O, götürülmüş kreditin ləğv prosesində olan “AtaBank” ASC-yə ödənilməsi ilə bağlı məhkəmə qətnamələrini qərəzli olaraq icra etməyib.
Onu da qeyd edək ki, xüsusilə külli miqdarda mənimsəmə cinayətində iştirakı araşdırılan digər şəxslərlə bağlı DTX-də cinayət işi ayrılıb.
XXX
Müdafiə Nazirliyinin sabiq işçisi Zahid Niftəliyevin 42 milyon manatlıq mənimsəmədə ittiham olunması ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrlik etdiyi prosesdə şahid qismində çıxış edən Yalçın Ələkbərov deyib ki, rəhbəri əcnəbi olan "R.S" şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsində işləyib:
"İşlədiyim şirkət tenderdə qalib gəlib və hərbi hissədə yataqxananın tikilməsini həyata keçirib. Şirkətin rəhbəri H.L. olub və o, həm Azərbaycanda, həm də İngiltərədə olub. Müdafiə Nazirliyi ilə müqaviləmiz olub. Razılaşmaya əsasən, işin əvvəlində 440 min manat pul köçürüldü. Daha sonra puldan 2 milyon dollar qalıb və həmin pulun köçürülməsində problemlər yarandı. Bununla bağlı məhkəmə çəkişməmiz oldu, 4 ildən sonra qalib gəldik. Həmin pulun məhkəmə qərarı ilə alınması mümkün oldu".
Daha sonra şahidin ibtidai istintaqa verdiyi ifadə elan olunub. Həmin ifadədən məlum olur ki, tikinti işlərinin görülməsi üçün müqavilənin dəyəri 7 milyon dollar olub. İfadədə qeyd olunub ki, Goranda hərbi hissədə yataqxananın tikilməsi və digər təmir işlərinin görülməsi nəzərdə tutulub.
Daha sonra Zahid Niftəliyevin vəkili Əli Adıgözəlov vəsatətlə çıxış edib. Vəkil Zahid Niftəliyevin 2015-ci ilin 14 aprel, 15 iyul, 3 dekabr, 2016-cı ilin 25 fevral, 7 mart, 15-24 iyun, 30 iyul, 22, 27 və 29 dekabr tarixlərində telefon danışıqlarının, onun əhatə dairəsinin müəyyən edilməsi üçün mobil operatora sorğu verilməsini istəyib.
Hakim bildirib ki, bu məsələyə növbəti iclasda münasibət bildiriləcək.
Məhkəmə prosesi mayın 7-də davam edəcək.
Qeyd edək ki, Zahid Niftəliyev iki il əvvəl rüşvətalma ittihamı ilə həbs edilib, Tərtər Hərbi Məhkəməsi onun əməlini tövsif edərək şərti cəza verib.
Azadlığa buraxıldıqdan sonra o, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq baş idarəsi tərəfindən həbs edilib.
İstintaq dövründə Gəncə Apelyasiya Məhkəməsi dövlət ittihamçısının Tərtər Hərbi Məhkəməsinin hökmündən verdiyi protesti təmin edib. Qərara əsasən Zahid Niftəliyev vəzifə saxtakarlığında və külli miqdarda rüşvət almaqda təqsirli bilinərək 8 il 6 ay azadlıqdan məhrum edilib.
Hazırda DTX-də istintaqı yekunlaşdırılmış iş üzrə hərbçilər arasında “Şlyapa Zahid” ləqəbi ilə tanınan Zahid Niftəliyev öz adına formal şirkət açaraq "AtaBank" ASC-dən götürülmüş 42 milyon manat krediti ödəməməkdə təqsirləndirilir.
İttihama əsasən, Zahid Niftəliyev məqsədyönlü şəkildə həmin məbləğdə kredit almaq məqsədilə “Şahin-CO” adlı şirkət yaradıb, şirkət təsərrüfat və maliyyə vəziyyəti barədə "AtaBank" ASC-yə saxta məlumatlar təqdim etməklə 2016-cı ildə 12 ay müddətinə 42 milyon 470 min 885 manat kredit alaraq, təyinatı üzrə istifadə etməməklə xüsusilə külli miqdarda ziyan vurub.
O, götürülmüş kreditin ləğv prosesində olan "AtaBank" ASC-yə ödənilməsi ilə bağlı məhkəmə qətnamələrini qərəzli olaraq icra etməyib.
Xüsusilə külli miqdarda mənimsəmə cinayətində iştirakı araşdırılan digər şəxslərlə bağlı DTX-də cinayət işi ayrılıb.
© APA, "Report"
Müştərilərin xəbərləri
“Azərpoçt” və “PostEurop” poçt sektorunun transformasiyasını və inkişaf perspektivlərini müzakirə edib
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
4 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
3 gün sonra
Ağ Şəhərdə 130 mənzillik yeni yaşayış binası: 30% ilkin ödəniş, 36 ayadək faizsiz kredit
-
-
3 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
- 44 d. əvvəl
-
2 saat əvvəl
Azərbaycanda 1 milyon dollar kapitalla yeni vençur şirkəti yaradılıb
- 2 saat əvvəl
-
3 saat əvvəl
Pakistanın Baş naziri İlham Əliyevə zəng etdi – Yeni əməkdaşlıq imkanları müzakirə olundu
-
6 saat əvvəl
Valyuta mübadiləsi bazarında yeni iştirakçı: 600 min manat kapital, hələlik lisenziya yoxdur
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycanda milyonlarla manatlıq borc portfeli satışa çıxarıldı
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Azərbaycanda 1 milyon dollar kapitalla yeni vençur şirkəti yaradılıb
Pakistanın Baş naziri İlham Əliyevə zəng etdi – Yeni əməkdaşlıq imkanları müzakirə olundu
Valyuta mübadiləsi bazarında yeni iştirakçı: 600 min manat kapital, hələlik lisenziya yoxdur
Ən çox oxunanlar
Bu gündən Azərbaycanda ov mövsümü açılıb
Azərbaycan neftinin son qiyməti
Azərbaycanda milyonlarla manatlıq borc portfeli satışa çıxarıldı
Kanadanın neft-qaz nəhəngi Azərbaycanda filial açdı
Li Auto avtomobilləri Qazaxıstanda da istehsal ediləcək
Fransa şirkət 12 saat işləyə bilən elektrikli traktor istehsal edəcək – 2028-ci ildə satışa çıxarılacaq
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı genişmiqyaslı sanksiyalar tətbiq edib – Rubio sərt xəbərdarlıq etdi





















