Dövriyyədə olan nağd pul və bank ehtiyatları kəskin artıb
2025-ci ilin mart ayında Azərbaycanda pul bazası 1 milyard 656,1 milyon manat və ya 8,3% artıb.
Marja.az Mərkəzi Banka istinadən xəbər verir ki, 31.03.2025-ci il tarixində pul bazası 21 milyard 498.1 milyon manat təşkil edib.
2025-ci ilin yanvar ayında pul bazası 792,4 milyon manat və ya 3,8%, fevral ayında isə 282,1 milyon manat və ya 1,4% azalmışdı. 2025-ci ilin ilk 2 ayında pul bazasının məbləği 1 milyard manatdan çox geriləmişdi.
Pul bazası 29.12.2024-cü il tarixində 20 milyard 916.5 milyon manat təşkil etmişdi.
Pul bazası dedikdə - Pul kütləsinin Mərkəzi Bank tərəfindən qısa müddət ərzində dəyişdirilə bilən hissəsi nəzərdə tutulur. Pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının Mərkəzi Bankdakı müxbir hesablarının qalıqları) daxildir.
Pul kütləsi dövriyyədə olan nağd və qeyri-nağd ödəniş vasitələrinin məcmusudur.
Pul bazası (mln. AZN)
31.03.2025 21498.1
28.02.2025 19842.0
31.01.2025 20124.1
29.12.2024 20916.5
29.11.2024 20576.8
31.10.2024 20474.9
30.09.2024 20897.4
30.08.2024 20550.0
31.07.2024 20731.5
28.06.2024 20401.0
31.05.2024 19948.0
30.04.2024 19995.9
29.03.2024 20396.4
29.02.2024 20131.8
31.01.2024 20271.1
30.12.2023 20875.2
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
6 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
6 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
2 d. əvvəl
Ayda cəmi 3 manat ödəyin, heyvan tələf olarsa 1350 manat alın
- 4 d. əvvəl
- 11 d. əvvəl
- 34 d. əvvəl
- 36 d. əvvəl
-
1 saat əvvəl
Husilər Ər-Riyad hava limanını ballistik raketlə vurduqlarını iddia ediblər
-
1 saat əvvəl
Arthur Hayes: Süni intellekt bumuna trilyonlarla dollar “boşuna xərclənir”
-
1 saat əvvəl
Trampdan İran müharibəsi ilə bağlı mühüm mesaj: “Çox sürətlə başa çatacaq”
-
1 saat əvvəl
Samsung tarixinin ən böyük rüblük mənfəətini açıqladı – 80 milyard dollar
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Tramp Rusiyadakı müəmmalı ölümə münasibət bildirdi: “Bioloji silah olduğunu düşünmürük”
FED bu il faizləri yenidən artıra bilər – protokollar açıqlandı
Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır ®
"Türkiyə ilə Azərbaycanın arasına girməyə çalışan bəzi ölkələr var" - TÜRKİYƏDƏN AÇIQLAMA



























