"Gün ərzində 3500 - 4000 insanı keyfyyətli və qidalı yeməklə təmin edirik"
DY-nin qatarlarında yemək xidməti “PFM” şirkətinə həvalə olunub. “Həm kiçik ofisləri, həm də iri müəssisələri yeməklə təmin edirik. Biz işçi sayı 50-dən yuxarı olan şirkətlərə yemək xidməti təqdim edirik”(®) İctimai iaşə sektorunda Private Facility Management (PFM) MMC - müştəri ehtiyaclarını müasir dövrün yüksək tələbləri səviyyədə qarşılayan şirkətdir. Bu istək bizim bütün fəaliyyətimizin təməlində dayanır. Biz ictimai iaşə, əmlakın idarə olunması və təmizlik xidməti göstərməyi sahibkarlıq qurumu olaraq strateji hədəf seçmişik.
Dinamik inkişafda olan bir zamanda, insanların qayğılarının artdığı və vaxtın azlığı duyulan bir dövrdə ictimai iaşənin rolu durmadan artmaqdadır. Bunu zamanında dəyərləndirərək hazır yeməklər bazarına daxil olduq.
Private Facility Management şirkətinin əsas fəaliyyət sahələrindən biri - "keytrinq" - iaşə xidmətinin təşkilidir. Zəruri istehsal və qablaşdırma bazası bizə gün ərzində 3500 - 4000 insanı keyfyyətli və qidalı yeməklə təmin etməyə imkan verir.
Şirkəimiz Azərbaycan Dəmir Yolları (ADY) ilə qarşııqlı faydalı və effektiv əməkdaşlıq edərək, sərnişin qatarlarinda yüksək keyfiyyətli "keytrinq" xidmətləri göstərir. ADY ilə əməkdaşlıq, təbii ki, xidmətlərimizin prestijini artırır və bizə daha geniş bir auditoriyaya çatmağa imkan verir.
Azərbaycan Dəmir Yollarının nüfuzu və etibarı bizi daha məsuliyyətli olmağa, bir müştəriyə önəm verməyə həvəslənirir. Bu da hər bir müştəriyə münasibətdə göstərilən fəaliyyətin özəlliyinə əlavə dəyər qatır.
ADY-nin geniş marşrut şəbəkəsi ilə həftənin hər günü, ölkədaxili səfərlərdə, xidmətlərimizi qarşlılıqlı olaraq üzvi şəkildə birləşdirmişik. Bu da sektorda bizim lider mövqeyimizi möhkəmləndirməyə güclü təkan verir. Bu əməkdaşlıq, hər gün keyfiyyətcə yüksəlir, çeşid baxımından inkişaf edir, önəmlisi də müştəri məmnuniyyətini əhəmiyyətli dərəcədə artırır.
Azərbaycan Dəmir Yolları ilə bu əməkdaşlıq - yüksək keyfiyyət və etibar simvoludur. Qurur duyuruq ki, belə böyük bir dövlət qurumu bizə güvənir və xidmətimizdən razı qalaraq bizə arxayın olduğunu nümayiş etdirir.
Bizim ülvi istəyimiz bizə etimad göstərənlərin, bizə inananların, etibar edənlərin yanında olmanın qürurunu yaşaya bilməkdir. Axı insanlar qəlbinin, əmlakının, mülkünün açarını o kəslərə verir ki, onlara inanır, onlardan tam əmindir.
Bu böyük bir etimaddır. O inamı layiqincə doğrultmaq insandan dürüstlük və işə ciddi peşəkar yanaşma tələb edir. Məhz belə olan halda onun arxayın yaşaması, özünün digər biznes və həyat problemlərini rahat həll etməsi, yeni uğurlara imza atması reallaşır.
Sənə əmlakını etibar edənlər geri boylanmamalı, ürəyində şübhələr daşımamalıdır. Əsl əməkaşlıq, tərəfdaşlıq da məhz bunu nəzərdə tutmurmu?! Mülkün idarə olunmasını elə insana və quruma etibar etməlisən ki, onun niyyəti saf olsun, seçdiyi fəaliyyət sahəsinin peşəkarı olsun, ona bəslənilən etimadı hər zaman doğrultsun.
Bu baxımdan PFM öz fəaliyyətində “maintenance" xidmətlərini də prioritet hesab edir. Müəssisələrin təmizlik və təmir ehtiyaclarını tam şəkildə qarşılayır. Əməkdaşlıq etdiyi şirkətlərin biznes mühitini və atmosferini daha işlək axına yönləndirir və əmək məhsuldarlığını yüksəldir.
Çünki təcrübəli, mobil və peşəkar komandamız hər bir detala diqqət yetirir, rəqabət qabiliyyətli və yüksək standartlara uyğun xidmətlər təklif edir. Bizim məqsədimiz özümüzün və müştərilərimizin yalnız gündəlik ehtiyacların yerinə yetirməkdən ibarət deyildir.
Biz gündəlik fəaliyyətimizdə həm də öz istehsal müəssisələrimizin və müştərimizin uzunmüddətli inkişaf perspektiflərinə fokuslanırıq. Bu baxımdan hər iki tərəfin fəaliyyətinin müasir standartlara cavab verməsini və gələcək yönümlü olaraq gerçəkləşməsini dəstəkləyirik.
Həmçinin, təmizlik və təmir proseslərinin hər mərhələsində müasir texnologiyalardan istifadə edərək, işlərin yüksək keyfiyyətlə həyata keçirilməsini təmin edirik. Maintenance xidmətlərimiz yalnız sizin iş mühitinizi təmiz saxlamaqla kifayətlənmir, həm də sağlam və təhlükəsiz bir atmosfer yaratmağa can atır. Bu da əməkdaşlarınızın motivasiyasını artırır və ümumi iş məhsuldarlığını yüksəldir.
Daha bir sevindirici yenilik də odan ibarətdir ki, biz bu yaxınlarda Xankəndidə təmizlik xidmətinə start verdik və orada geniş miqyasda fəaliyyəti strateji hədəf olaraq həyata keçirmək niyyətindəyik.
PFM gələcəkyönümlü bir şirkət olraq, müasir iş mühitində yüksək keyfiyyət və təhlükəsizlik standartlarına riayət etməyi öz fəaliyyətinin baza prinsiplərindən biri kimi qəbul eir. Elə bu məqsədlə beynəlxalq standartlara uyğun fəaliyyət göstərmək istəyir. Müştəri məminiyyətini ardıcıl olaraq yüksəltməyi hədəfləyir.
Məhsul və xidmətlərin zəruri keyfiyyətini təmin etmək məqsədilə PFM böyük uğur kimi dəyərləndirdiyi nailiyyəti - ISO 9001 və ISO 22000 sertifikatlarının tələblərinə uyğun fəaliyyət göstərir. Məhz bu mühüm sertifikatar və standartlara tam ölçüdə riayət edilməsi sayəsində uğurlarımızın sayı çox olmuşdur, nüfuzumuz artmışdır, imicimiz yüksəlmişdir belə də davam etmək niyyətindəyik.
Bizim əsas istəyimiz müştərinin etibarını qazanmaq və onun etimadını doğrultmaqdır.
PFM - Arxayın olun
Əlaqə telefonu: 051 215 80 80
instagram: pfmglobal
linkdln : pfmglobal
facebook : pfmglobal
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 3 həftə sonra
-
-
7 saat əvvəl
Azərbaycan XİN TRIPP-in icrası üzrə çərçivə sənədinə münasibət bildirib
-
8 saat əvvəl
2025-ci ildə AZAL tərəfindən 4 milyon 160 min sərnişin daşınıb
-
8 saat əvvəl
"Qrenlandiyanın satın alınması ABŞ-a 700 milyard dollara başa gələ bilər"
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Dövlət “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”ni müqavilə əsasında idarəetməyə verir - SƏRƏNCAM
- 9 saat əvvəl
-
9 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 15 faiz olan istiqrazları 50 investor əldə etdi
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dövlət “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”ni müqavilə əsasında idarəetməyə verir - SƏRƏNCAM
Ən çox oxunanlar
"Kapital Bank"ın xalis mənfəəti 1,7 dəfə artıb
Azərbaycan dünya pasportları reytinqində 3 pillə yüksəlib
İnvestisiya bankçılığında yeni nailiyyətlər və investisiya xidmətlərinin daha da əlçatan edilməsi
Nestle şirkəti üzr istədi
Bank Gəncə filialı üçün mebel alır - TENDER
“Fizza Pay” şirkətinə icrası məcburi olan göstəriş verilib
Yeni il lotereyası davam edir: 3 000 000-a yaxın Birbanklı mənzil qazanmaq şansına sahibdir























