"AtaSığorta" 4 ildir mənfəətə həsrətdir
"AtaSığorta" ASC 2024-cü ili 299 min manat xalis zərər ilə başa vurub. Şirkət 2023-cü ili 947 min manat xalis zərər ilə bağlamışdı. Beləliklə, "AtaSığorta"nın xalis zərəri 2024-cü ildə 2023-cü illə müqayisədə 648 min manat və ya 3,2 dəfə azalıb.
Marja.az Şirkətin maliyyə göstəricilərinə istinadən xəbər verir ki, "AtaSığorta"nın cəmi əməliyyat gəlirləri 2023-cü ildə 11 milyon 48 min manat ikən, 2024-cü ildə 12 milyon 474 min manat təşkil edib (1 milyon 427 min manat və ya 13% artıb).
Ötən il "AtaSığorta"nın cəmi əməliyyat xərcləri isə 779 min manat və ya 6,5% artaraq 12 milyon 773 min manat olub.
Gəlirlərdəki artımın məbləği xərclərdə artımın məbləğini 648 min manat üstələdiyi üçün "AtaSığorta"nın xalis zərəri azalıb.
Qeyd edək ki, "AtaSığorta" 2021-ci ili 2 milyon 265 min manat, 2022-ci ili 575 min manat, xalis zərər ilə başa vurmuşdur. Şirkət sonuncu dəfə 2020-ci ildə xalis mənfəət əldə edib. Həmin il "AtaSığorta"nın xalis mənfəəti 714 min manat olmuşdu.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
6 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
6 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
4 d. əvvəl
Aqrar biznesə dəstək: “PAŞA Sığorta” 280 000 manata yaxın zərəri ödədi
-
40 d. əvvəl
“Azərpoçt” İçərişəhərdə yeni AZ1005 indeksli poçt şöbəsini istifadəyə verib
-
44 d. əvvəl
Ayda cəmi 3 manat ödəyin, heyvan tələf olarsa 1350 manat alın
- 46 d. əvvəl
- 53 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Husilər Ər-Riyad hava limanını ballistik raketlə vurduqlarını iddia ediblər
-
1 saat əvvəl
Arthur Hayes: Süni intellekt bumuna trilyonlarla dollar “boşuna xərclənir”
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Tramp Rusiyadakı müəmmalı ölümə münasibət bildirdi: “Bioloji silah olduğunu düşünmürük”
FED bu il faizləri yenidən artıra bilər – protokollar açıqlandı



























