Siberian Wellness yeni ətir kolleksiyasını Bakıda təqdim etdi
5 ətirdən ibarət yeni Aromapolis Rose Edition kolleksiyası qızılgülün müxtəlif çalarlarından ilhamlanaraq hazırlanıb.(®) Siberian Wellness özünün ilk Aromapolis Olfactive parfüm brendini təqdim edib. Bu brend adı altında ilk təqdim edilən ətir kolleksiyası Rose Edition Bakıda bloggerlərə və media nümayəndələrinə xüsusi gecədə təqdim edildi.
“Merchant Hotel”-də baş tutan təqdimatda çıxış edən Siberian Wellness şirkətinin Azərbaycan və Türkiyə üzrə Satış direktoru Sədi Əzizov bildirib: “İlk parfüm kolleksiyası üçün qızılgülün seçimi təsadüfi deyil, çünki bu güllər gözəlliyin və sevginin əbədi simvoludur. Siberian Wellness olaraq bu əbədi hekayəni yenidən yazmaqdan qürur duyur və əminik ki, Azərbaycan xanımları da yeni Rose Edition kolleksiyasını bəyənəcəklər”.
Məşhur Azərbaycanlı parfümer Qoşqar Nurlu Rose Edition kolleksiyasını təqdim edərək bildirib ki, bu ətirlər üzərində İspaniyanın Eurofragance şirkətinin iki ətriyyatçısı işləyib. Parfümerlər Belen Qarsiya və Julia Rodriguez 33 ildən artıqdır ki, müxtəlif ətir kompozisiyaları üzərində çalışmış, Brocard, Nishane, Gallivant, Fratelli Diamanti, Fiolas kimi brendlərlə işləyiblər.
Aromapolis Rose Edition kolleksiyasına 5 ətir daxildir:
• White Rose & Musk – təravətli ağ qızılgül əsasında hazırlanıb, yaşıl akkordlar və şirin vanil ilə birləşən tart muskat qozu ilə müşayiət olunur. Finalda isə ağ müşk və odunun zərif dueti ilə səslənir;
• Pink Rose & Sea Salt – zərif may qızılgülü duzlu dəniz mehində fırlanır, muskus və qırmızı meyvələrin notları eşidilir.
• Neon Rose & Davana – bu kompozisiyada qızılgülün ürək notları rom, zəfəran və davananın sönük çalarlarından keçirərək hiss olunur. Ehtiraslı ətir dəridə portağal çiçəyi, paçuli, kəhrəba və vanilin isti təəssüratını yaradır.
• Red Rose & Oud – ehtiraslı qırmızı-bordo qızılgül ətrinə paçuli, ud ağacının ekzotik qətranı və dəri notları dərinlik verir.
• Orange Rose & Vanilla – ardıc giləmeyvəsi və ədviyyat notları ilə açılır, ardınca isə çoxşaxəli narıncı qızılgül, burbon vanili və kəhrəba ilə vurğulanan şirinlik notları hiss olunur.
Qeyd edək ki, Aromapolis Rose Edition ətirlərini Siberian Wellness şirkətinin Azərbaycan üzrə rəsmi saytından əldə edə bilərsiniz.
Veb Sayt linki: https://az.siberianhealth.com/az/
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 4 gün sonra
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tesla Texasda 3 milyard 100 milyon dollarlıq polisilikon zavodu qurmağı planlaşdırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Energetika Nazirliyi və “ROX Group” Azərbaycanda iki enerji layihəsi üzrə müqavilə imzalayıblar
- 1 gün əvvəl
-
1 gün əvvəl
“GTA 6” satış rekordu qırdı – 3 milyard 790 milyon dollar gəlir
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Tesla Texasda 3 milyard 100 milyon dollarlıq polisilikon zavodu qurmağı planlaşdırır
Energetika Nazirliyi və “ROX Group” Azərbaycanda iki enerji layihəsi üzrə müqavilə imzalayıblar
Neft-qazdan külək və Günəş enerjisinədək – Azərbaycan və Vyetnam prezidentləri enerji əməkdaşlığını müzakirə ediblər
Ən çox oxunanlar
“GTA 6” satış rekordu qırdı – 3 milyard 790 milyon dollar gəlir
“AzerGold” da qiymətlərə endirim etdi - qızıl külçələr 10,49 faizədək, gümüş külçələr 44,17 faizədək ucuzlaşıb
Azərbaycan neftinin son qiyməti
Çipsi və qazlı içkilər üçün aksiz təklif olunur - İstehsalçılar verginin təxirə salınmasını istəyirlər
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Bakıda 40-dan çox startap 50 min dollar uğrunda yarışacaq





















