Azərbaycanda pambıq sahələrinin sığortalanması prosesinə start verilir
Azərbaycanda dövlət dəstəyi ilə təqdim edilən güzəştli aqrar sığorta mexanizmi vasitəsilə pambıq sahələrinin sığortalanması prosesinə start verilib.
Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumatda bildirilir ki, fermerlər dövlətin 50%-lik sığorta haqqı dəstəyindən istifadə etməklə pambıq sahələrini sərfəli şərtlərlə sığorta edə bilərlər.
Pambıq Azərbaycanın 20-yə yaxın rayonunda becərilən əsas texniki bitkilərdən sayılır. Hazırda Azərbaycanda 110 min hektara yaxın ərazidə pambıq becərilir. Pambıq sahələrinin böyük hissəsi Mil Muğan, Salyan-Şirvan və Mərkəzi Aran iqtisadi zonalarının payına düşür. Ölkənin əsas pambıqçılıq rayonları Sabirabad, Saatlı, Ağcabədi, Salyan, Bərdə və digər rayonlardır.
Pambıq əkinlərinə ən çox zərər vuran hallar dolu, sel-subasma və leysan hadisələridir. Dövlət dəstəkli aqrar sığorta mexanizmi bütün bu halların vurduğu zərəri qarşılayır. İndiyədək zərərlə üzləşmiş yüzlərlə fermerə aqrar sığorta mexanizmi vasitəsilə ödənişlər edilib.
Mövcud aqrar sığorta mexanizmi qeyd olunan təbiət hadisələri ilə yanaşı, yanğın, vəhşi heyvanların hücumu, 3-cü şəxslərin hərəkətləri və sair hallar nəticəsində dəyən zərərləri də qarşılayır.
Pambıq sahəsini sığorta etdirmək fermerə cüzi məbləğə başa gəlir. Ölkənin əksər rayonlarında 1000 manatlıq pambıq məhsulunun sığortası cəmi 7-10 manat ətrafında dəyişir.
Ölkəmizdə sığortalanmış pambıq sahələrinin sahəsi ildən-ilə genişlənməkdədir.
Belə ki, 2023-cü ildə ölkədə 14 min hektar pambıq sahəsi sığorta edildiyi halda, 2024-cü ildə sığortalanan pambıq əkinlərinin sahəsi 2 dəfə artaraq 29 min hektara yaxınlaşıb.
Sığortalanmış pambıq sahələrinin sahəsi ilə yanaşı, pambıq becərən fermerlərə dəymiş zərərə görə sığorta ödənişlərinin həcmi də artır. 2023-cü ildə 686 hektar sahəyə dəymiş zərərlər üzrə fermerlərə 386 min manat sığorta ödənişi edildiyi halda, 2024-cü ildə təqribən 4 min hektar əraziyə dəymiş zərərlər üzrə fermer və təsərrüfatlara ümumilikdə 880 min manatdan artıq sığorta ödənişi edilib.
Aqrar Sığorta Fondu fermerləri pambıq sahələrini vaxtında sığorta etdirməyə çağırır.
Aqrar sığorta məhsulları, əkinlərin və heyvanların sığortalanması şərtləri və sığorta haqları barədə ətraflı məlumatı Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsindən (asf.gov.az), eləcə də 1651 Çağrı Mərkəzinə müraciət etməklə almaq mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
6 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
6 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
11 saat əvvəl
Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib
-
11 saat əvvəl
Paşinyan: Sərhədi keçən Azərbaycan hərbçisi bir müddət Ermənistanda qalacaq
-
11 saat əvvəl
Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır ®
-
12 saat əvvəl
"Türkiyə ilə Azərbaycanın arasına girməyə çalışan bəzi ölkələr var" - TÜRKİYƏDƏN AÇIQLAMA
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Niderland şirkəti Azərbaycanda anbar-logistika kompleksləri yarada bilər
-
14 saat əvvəl
KPMG Davr Bank-ın 51% səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır ®
AYNA 21 avtobus marşrutunu müsabiqəyə çıxardı – Siyahı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Macarıstanda təhsil alan azərbaycanlıların sayı açıqlanıb
AFB Bank-dan sahibkarlara “İndi al, gələn il ödə!” fürsəti ®
Əliyev Putinə zəng edib


























