Milli Depozit Mərkəzi ilə UNEC arasında memorandum imzalanıb
Bu gün Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi (MDM) ilə Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) arasında əməkdaşlıq memorandumu imzalanıb. Memoranduma MDM-in İdarə Heyətinin sədri Ağahüseyn Xudaverdiyev və UNEC-in rektoru, professor Ədalət Muradov imza atıblar.
MDM-in yaydığı məlumatda bildirilir ki, imzalanan memorandum çərçivəsində iki qurumun müxtəlif istiqamətlərdə birgə fəaliyyət göstərməsi nəzərdə tutulub. Əməkdaşlığın əsas məqsədi UNEC tələbələrinin kapital bazarları sahəsində nəzəri və praktiki biliklərinin artırılması, onların müasir maliyyə xidmətləri və texnologiyaları ilə yaxından tanış edilməsidir.
Əməkdaşlıq çərçivəsində həyata keçiriləcək tədbirlər arasında MDM əməkdaşları tərəfindən Azərbaycan Respublikasının kapital bazarları, emitentlər və investisiya şirkətləri ilə münasibətlər, innovativ məhsul və xidmətlər üzrə elmi-praktiki məlumatlar əsasında təlimlərin təşkil olunması, tələbələr üçün mütəmadi seminarların keçirilməsi, UNEC-də "Karyera günləri"nin təşkil edilməsi kimi fəaliyyətlər yer alıb.
İmzalanma mərasimində MDM-in İdarə Heyətinin sədri Ağahüseyn Xudaverdiyev əməkdaşlığın perspektivləri barədə məlumat verərək qeyd edib: "Ölkəmizin maliyyə bazarlarının inkişafı üçün peşəkar kadrların hazırlanması çox vacibdir. UNEC ilə imzaladığımız bu memorandum çərçivəsində MDM təcrübəsini gənc nəsillə bölüşmək və ölkəmizin kapital bazarlarının gələcəyini təmin edəcək ixtisaslı mütəxəssislərin yetişdirilməsinə töhfə vermək imkanı qazanır."
UNEC rektoru professor Ədalət Muradov isə memorandumun əhəmiyyətini qeyd edərək bildirib: "Bu əməkdaşlıq tələbələrimizin nəzəri biliklərini praktiki təcrübə ilə birləşdirmələrinə və maliyyə bazarları sahəsində daha geniş və dərin biliklər əldə etmələrinə imkan yaradacaq."
Müştərilərin xəbərləri
“Azərpoçt” və “PostEurop” poçt sektorunun transformasiyasını və inkişaf perspektivlərini müzakirə edib
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
3 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
3 gün sonra
Ağ Şəhərdə 130 mənzillik yeni yaşayış binası: 30% ilkin ödəniş, 36 ayadək faizsiz kredit
-
-
3 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
Azərbaycanda 1 milyon dollar kapitalla yeni vençur şirkəti yaradılıb
- 7 saat əvvəl
-
8 saat əvvəl
Pakistanın Baş naziri İlham Əliyevə zəng etdi – Yeni əməkdaşlıq imkanları müzakirə olundu
-
11 saat əvvəl
Valyuta mübadiləsi bazarında yeni iştirakçı: 600 min manat kapital, hələlik lisenziya yoxdur
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Azərbaycanda 1 milyon dollar kapitalla yeni vençur şirkəti yaradılıb
Pakistanın Baş naziri İlham Əliyevə zəng etdi – Yeni əməkdaşlıq imkanları müzakirə olundu
Valyuta mübadiləsi bazarında yeni iştirakçı: 600 min manat kapital, hələlik lisenziya yoxdur
Ən çox oxunanlar
Bu gündən Azərbaycanda ov mövsümü açılıb
Azərbaycan neftinin son qiyməti
Azərbaycanda milyonlarla manatlıq borc portfeli satışa çıxarıldı
Kanadanın neft-qaz nəhəngi Azərbaycanda filial açdı
Li Auto avtomobilləri Qazaxıstanda da istehsal ediləcək
Fransa şirkət 12 saat işləyə bilən elektrikli traktor istehsal edəcək – 2028-ci ildə satışa çıxarılacaq
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı genişmiqyaslı sanksiyalar tətbiq edib – Rubio sərt xəbərdarlıq etdi





















