"Azərbaycanda biznesin 99%-ni KOB-lar təşkil edir"
Azərbaycanda kiçik və orta biznes (KOB) iqtisadiyyatın bel sütunudur, bütün biznesin 99%-ni təşkil edir.
Bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 10-cu Biznes Forumunda bildirib.
Onun sözlərinə görə, KOB-lar iş yerlərinin yaradılması və iqtisadi inkişafın təmin edilməsi baxımından mühüm töhfələr verir: "KOBİA xüsusilə bilik və bacarıqlarının, rəqəmsal transformasiya və dayanıqlı inkişaf sahələrində KOB-ların inkişafını dəstəkləmək üçün bir neçə təşəbbüs həyata keçirib. Sədrliyimiz dövründə biz praktiki biznes əlaqələrini prioritetləşdiririk, sərhədlərarası tərəfdaşlıqları, ticarətin asanlaşdırılması və bazar genişlənməsi imkanlarını vurğulayırıq ki, bu da AQEM regionundakı KOB-lar üçün ölçülə bilən nəticələr əldə etməyə imkan verəcək".
O. Məmmədov həmçinin deyib ki, rəqəmsal transformasiya prioritetləşdirilir, çünki KOB-ları rəqəmsal alətlər və biliklərlə təmin etməyin böyümədə yeni yollar açacaq: "E-ticarət, rəqəmsal marketinq və məlumat idarəetməsi sahəsindəki təlim proqramlarımız, KOB-ları rəqabətədavamlı bazarda müvəffəqiyyət üçün hazırlamağı hədəfləyir. Vacib diqqət sahələrindən biri qadın sahibkarlığını dəstəkləməkdir. Biz qadınları biznesdə gücləndirməyin inklüziv və dayanıqlı iqtisadiyyatların qurulmasında vacib olduğunu düşünürük. Azərbaycanda qadın sahibkarlara təlim proqramları başlatmışıq, onlara mentorluq, biznes planlaşdırma resursları və şəbəkələşmə imkanları təqdim edirik. AQEM tərəfdaşlarımızı qadınları biznesdə dəstəkləmək üçün təcrübələrini və strategiyalarını paylaşmağa dəvət edirik, çünki bu sahədə bir-birimizdən öyrənə və əməkdaşlıq edə bilərik".
Bundan başqa, onun sözlərinə görə, KOB-ların yaşıl keçidi təşviq edilir: "COP-29 zamanı başlatdığımız Bakı İqlim Koalisiyası, bizneslərin dayanıqlı təcrübələri qəbul etməsinə, ətraf mühitə təsirlərini azaltmasına və yaşıl texnologiyaları öz əməliyyatlarına inteqrasiya etmələrinə kömək etməyə yönəlib. Bu təşəbbüs, dayanıqlı iqtisadi inkişafı təşviq edən daha geniş AQEM gündəliyi ilə uyğun gəlir və digər üzv dövlətlərdə oxşar layihələr üçün model ola bilər. Bugünkü forumda KOB-ların rəqabət qabiliyyəti, dayanıqlılığı və qadın sahibkarlığı mövzularında panel müzakirələri də keçiriləcək. Bu müzakirələr qiymətli fikirlər təqdim edəcək və KOB-ların dəyişən iqtisadi şəraitə uyğunlaşmasına necə dəstək ola biləcəyimizi müzakirə etməyə şərait yaradacaq".
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 4 gün sonra
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tesla Texasda 3 milyard 100 milyon dollarlıq polisilikon zavodu qurmağı planlaşdırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Energetika Nazirliyi və “ROX Group” Azərbaycanda iki enerji layihəsi üzrə müqavilə imzalayıblar
- 1 gün əvvəl
-
1 gün əvvəl
“GTA 6” satış rekordu qırdı – 3 milyard 790 milyon dollar gəlir
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Tesla Texasda 3 milyard 100 milyon dollarlıq polisilikon zavodu qurmağı planlaşdırır
Energetika Nazirliyi və “ROX Group” Azərbaycanda iki enerji layihəsi üzrə müqavilə imzalayıblar
Neft-qazdan külək və Günəş enerjisinədək – Azərbaycan və Vyetnam prezidentləri enerji əməkdaşlığını müzakirə ediblər
Ən çox oxunanlar
“GTA 6” satış rekordu qırdı – 3 milyard 790 milyon dollar gəlir
“AzerGold” da qiymətlərə endirim etdi - qızıl külçələr 10,49 faizədək, gümüş külçələr 44,17 faizədək ucuzlaşıb
Azərbaycan neftinin son qiyməti
Çipsi və qazlı içkilər üçün aksiz təklif olunur - İstehsalçılar verginin təxirə salınmasını istəyirlər
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Bakıda 40-dan çox startap 50 min dollar uğrunda yarışacaq





















