Azərbaycanda inflyasiyanı artıra biləcək amillər açıqlanıb
Mərkəzi Bank Azərbaycanda inflyasiyanı artıra biləcək amilləri açıqlayıb.
Mərkəzi Bankın "Faiz dəhlizinin parametrləri haqqında" məlumatında bildirilir ki, ötən iclasdan bəri (23 Aprel 2025-ci il tarixindən bəri - red) inflyasiyanın risk balansında dəyişikliklər əsasən xarici mühitlə əlaqədar olmuşdur. Qlobal ticarətdə baş verən proseslər əmtəə və maliyyə bazarlarında dalğalanmaları gücləndirir. Bu şəraitdə əsas ticarət tərəfdaşı olan ölkələrdə inflyasiyanın yüksəlməsi, dollar indeksinin azalması və nominal effektiv məzənnənin aşağı templə möhkəmlənməsi xarici risk faktorlarındandır.
Qeyd edilib ki, inflyasiyanı artıra biləcək daxili risk faktorları kimi isə xərc amilləri ilə yanaşı məcmu tələbin izafi artımı qeyd oluna bilər. Həmçinin kredit aktivliyinin məcmu tələbə və qiymətlərə mümkün təsirləri daim diqqətdə saxlanılır. Ümumilikdə, 2025-2026-cı illər üzrə inflyasiya proqnozlarında daxili amillərin payı aşağı qiymətləndirilir. Baza ssenariyə əsasən 2025-ci və 2026-cı ildə illik inflyasiyanın hədəf daxilində olacağı proqnozu dəyişməz qalır.
2025-ci ilin aprelində 12 aylıq inflyasiya 6.3%, aylıq inflyasiya isə 0.3% təşkil edib. İllik qiymət artımı ərzaq malları və xidmətlər üzrə 7.6%, qeyri-ərzaq malları üzrə isə 2.7% təşkil edib. İllik baza inflyasiya isə 4.8% olub.
Məlumatda vurğulanıb ki, son aylarda inflyasiyaya təsir edən xarici amillər üzrə qeyri-müəyyənliklər yüksək olaraq qalır. Beynəlxalq Valyuta Fondunun məlumatına görə 2025-ci ilin aprelində əmtəə qiymətləri indeksi aylıq 1%, illik isə 4.6% azalıb. Ticarət tərəfdaşlarının orta çəkili illik inflyasiyası cari ilin aprelində ötən ilin eyni ayına nəzərən 9.6% olub. Manatın qeyri-neft-qaz sektoru üzrə nominal effektiv məzənnəsi 2025-ci ilin may ayında ötən ilin eyni ayı ilə müqayisədə sabit qalıb.
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7.25%, faiz dəhlizinin aşağı həddi 6.25%, faiz dəhlizinin yuxarı həddi isə 8.25% səviyyəsində dəyişməz saxlanılıb. Qərar faktiki inflyasiyanın proqnoz inflyasiya trayektoriyasına uyğunluğu, proqnozlaşdırılan inflyasiyanın hədəflə (4±2%) müqayisəsi, son qlobal iqtisadi proseslərin mümkün təsirləri, daxili makroiqtisadi vəziyyət, həmçinin pul siyasəti qərarlarının ötürücülüyü nəzərə alınmaqla qəbul edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
6 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
6 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
7 saat əvvəl
Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib
-
7 saat əvvəl
Paşinyan: Sərhədi keçən Azərbaycan hərbçisi bir müddət Ermənistanda qalacaq
-
7 saat əvvəl
Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır ®
-
7 saat əvvəl
"Türkiyə ilə Azərbaycanın arasına girməyə çalışan bəzi ölkələr var" - TÜRKİYƏDƏN AÇIQLAMA
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Niderland şirkəti Azərbaycanda anbar-logistika kompleksləri yarada bilər
-
10 saat əvvəl
KPMG Davr Bank-ın 51% səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır ®
AYNA 21 avtobus marşrutunu müsabiqəyə çıxardı – Siyahı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Macarıstanda təhsil alan azərbaycanlıların sayı açıqlanıb
AFB Bank-dan sahibkarlara “İndi al, gələn il ödə!” fürsəti ®
Əliyev Putinə zəng edib


























