Sığortalanan gilas bağları - 2 DƏFƏ ARTIB
Gilas bağı sahiblərinə 140 min manata yaxın sığorta ödənişi edilibAzərbaycanda dövlət dəstəyi ilə təqdim edilən aqrar sığorta mexanizmindən faydalanan fermer və təsərrüfatların sayı sürətlə artmaqdadır.
Aqrar Sığorta Fondunun məlumatına görə, ölkədə əsas meyvəçilik məhsullarındanolan gilas bağlarının sığortalanması və bu məhsul üzrə sığortpa ödənişlərində də artım davam edir.
Aqrar Sığorta Fondu tərəfindən bitkiçilik sığortası çərçivəsində ümumilikdə 41 bitki növü üzrə 48 bitki məhsulu sığortalanır. Sığortalanan bitkilərin bir hissəsi meyvələrdir, hazırda Aqrar Sığorta Fondu tərəfindən ölkəmizdə əkilən demək olar ki, bütün meyvələrin sığortalanması həyata keçirilir.
Gilas sahələrinin sığortası ildən-ilə artır. 2024-cü ildə Aqrar Sığorta Fondu tərəfindən 14 rayonda 119 hektar gilas bağı sığorta edilmişdirsə, 2025-ci ildə Azərbaycanda 15 rayonda 110 fermer və təsərrüfat tərəfindən ümumilikdə 228 hektar sahədə gilas bağları sığorta edilib. Gilas bağının ən çox sığorta edildiyi rayonlar Quba, Qusar, Xaçmaz, Ağdaş, Ağstafa, Tərtər və Şabran rayonlarıdır.
Sığortalanan bağlardakı məhsulun həcmi də artmaqdadır. 2024-cü ildə sığortalanan gilas bağlarının ümumi sığorta təminatı 1,4 milyon manat olmuşdusa, 2025-ci ildə bu rəqəm 3 dəfə artıb və 3,9 milyon manatlıq gilas məhsulu sığorta edilib.
Sığortalanan əkin sahələrinin və əhatə olunan sığorta təminatının böyüməsi nəticəsində gilas bağlarından toplanan sığorta haqqının məbləği də artıb. 2024-cü ildə sığortalanan gilas bağları üzrə sığorta haqqı 58 min manat təşkil etmişdi. Qanunvericiliyə əsasən, bu məbləğin 50%-i dövlət tərəfindən qarşılanır və fermerlər gilas bağlarının sığortası üzrə cəmi 29 min manat sığorta haqqı ödəmişdilər.
2025-ci ildə isə sığotrtalanan gilas bağlarının sahəsinin genişlənməsi və məhsul həcminin artması ilə bağların sığortası üzrə ümumi sığorta haqqı 90 min manat təşkil edib. Burada dövlət tərəfindən ödənilən 50%-lik hisəni nəzərə aldıqda, fermerlərin ödədiyi sığorta haqqı cəmi 45 min manat təşkil edib.
Aqrar Sığorta Fondu meyvə bağlarını və məhsulu dolu, fırtına-qasırğa, sel-subasma, normadan artıq qar yığıntaları, doludan keyfiyyət itkisi, şaxtavurma, vəhşi heyvanların hücumu, 3-cü şəxslərin hərəkətləri, bitki xəstəlikləri və xüsusi təhlükəli zərərvericilərin hücumu kimi risklərdən sığorta edir.
Eyni zamanda 3 bitki – gilas, üzüm və pambıq, yuxarıda sadalanan risklərlə yanaşı, leysan yağışı riskindən də sığorta edilir. Söhbət güclü leysan yağışları zamanı gilas meyvələrinin qabığının partlaması və nəticədə məhsulun zay olması halından gedir.
Sığortalanan bağlarının artması ilə yanaşı, gilas bağları üzrə sığorta ödənişləri də artmaqdadır. Aqrar Sığorta Fonduna sığortalanmış gilas bağlarında müxtəlif hadisələr üzrə müraciətlər daxil olur. Müraciətlərin araşdırılması üçün ərazilərə aqrar sığorta ekspertləri yönəldilib və onlar gilas bağlarında baş vermiş hadisələri araşdıraraq zərərləri hesablayır, bunun əsasında fermerlərə ödənişlər həyata keçirilir.
Bu hesablamalar əsasında Aqrar Sığorta Fondu tərəfindən 2022-2023-cü illər əkin mövsümündə Xaçmaz, İsmayıllı və Qusar rayonlarında müxtəlif hadisələrdən zərər çəkmiş gilas bağı sahiblərinə 52,8 min manat sığorta ödənişi edilib.
2023-2024-cü illər əkin mövsümündə isə Ağstafa, Samux və Şəmkir rayonlarında baş vermiş hadisələr üzrə fermer və təsərrüfatlara ümumilikdə 83,8 min manat sığorta ödənişi həyata keçirilib.
Başqa sözlə, son 2 ildə gilas sahələri üzrə Aqrar Sığorta Fondu tərəfindən ümumilikdə 136,6 min manat sığorta ödənişi edilib.
2025-ci il ərzində havaların kəskin keçməsi ilə əlaqədar olaraq hələlik 36 hektar gilas bağına zərər dəyməsi barədə Aqrar Sığorta Fonduna müraciət daxil olub. Bu bağlardan ümumilikdə 1,2 milyon manat məhsul gözlənilirdi. Bu o demək deyil ki, göstərilən gilas məhsulu tamamilə məhv olub - zərər bu əkinlərin bir hissəsi üzrə qeydə alınıb.
Zərər müraiəti gəlmiş bütün bağlara müstəqil ekpertlər tərəfindən baxış keçirilib və zərər ilkin olaraq qimətləndirilib. Həmin sahələrdə ikinci dəfə, yəni məhsul yığımı ərəfəsində yekun qiymətləndirmə aparıldıqdan sonra, zərərin qiyməti dəqiq müəyyən ediləcək və buna uyğun sığorta ödənişi ediləcək.
Meyvə bağlarının sığortasına fermerlərin artan marağını və təbiət hadisələrinin intensivliyini nəzərə alsaq, 2025ci ildə meyvə bağları üzrə zərər ödənişlərinin daha da artacağı gözlənilir.
Aqrar Sığorta Fondu hər il artmaqda olan iqlim və sair riskləri nəzərə alaraq meyvə bağı sahiblərini və fermerləri bir daha öz təsərrüfatlarını dövlət dəstəkli aqrar sığorta vasitəsilə qorumağa çağırır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
4 gün sonra
Bilik Gününə özəl HƏDİYYƏ: InvestAZ Universal Treyder kursunu ödənişsiz təqdim edir ®
-
5 saat əvvəl
Yeni iPhone-ların təqdimatından sonra Apple səhmləri necə reaksiya verdi?
-
- 7 saat əvvəl
-
7 saat əvvəl
Apple tarixində ilk qatlanan iPhone-u təqdim etdi — iPhone Duo
-
8 saat əvvəl
Apple yeni iPhone-ların qiymətlərini açıqladı — 100 dollar bahalaşıb
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
11 saat əvvəl
"Süni intellekt hamımızın ölümünə səbəb ola bilər" - Süni intellekt şirkətinin əməkdaşı istefa verdi
-
12 saat əvvəl
Tikinti gözləmədən mənzil al - hazır evlər: gör, seç və köç ®
-
12 saat əvvəl
Çinin elektromobil istehsalçıları avtomobil bazarı zəiflədikcə humanoid robotlara yönəlir
-
12 saat əvvəl
Utilizasiyada “Lada” liderdir — Hər iki avtomobildən biri bu markadır
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Apple yeni iPhone-ların qiymətlərini açıqladı — 100 dollar bahalaşıb
"Neftin qiymətinin 200 dollara yüksəlməsi mümkündür"
"Süni intellekt hamımızın ölümünə səbəb ola bilər" - Süni intellekt şirkətinin əməkdaşı istefa verdi
Ən çox oxunanlar
Tikinti gözləmədən mənzil al - hazır evlər: gör, seç və köç ®
Çinin elektromobil istehsalçıları avtomobil bazarı zəiflədikcə humanoid robotlara yönəlir
Bank of America 2026 və 2027-ci illər üzrə qlobal iqtisadi artım proqnozlarını yenilədyib
Dünya Bankı Qrupuna Azərbaycan üzrə vahid rəhbər təyin edilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəəy olunub
ABB-dən futbol azarkeşləri üçün qazandıran kampaniya ®
Çindən Azərbaycana və Avropaya daha çox yük daşınacaq – Orta Dəhliz üzrə yeni planlar

























