Mərkəzi Bank faiz qərarını açıqladı - SON DƏQİQƏ
Uçot dərəcəsi və faiz dəhlizinin digər parametrləri 0.25% azaldıldı.Azərbaycam Mərkəzi Bankı faiz dəhlizinin parametrləri barədə press-reliz yayıb.
Marja.az xəbər verir ki, press-relidə bildirilir.
Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə faiz dəhlizinin bütün parametrləri 0.25% bəndi azaldılıb. Uçot dərəcəsi 7%, faiz dəhlizinin aşağı həddi 6%, faiz dəhlizinin yuxarı həddi isə 8% səviyyəsinə endirilib.
Qərar faktiki inflyasiyanın proqnoz inflyasiyasının trayektoriyasına uyğunluğu və onun hədəflə (4±2%) müqayisəsi, son qlobal iqtisadi proseslər, daxili makroiqtisadi vəziyyət, valyuta bazarında davam edən sabitlik, həmçinin pul siyasəti qərarlarının ötürücülüyü nəzərə alınmaqla qəbul edilib.
İllik inflyasiya proqnozlaşdırılan trayektoriya ilə hərəkət edir. 2025-ci ilin iyununda 12 aylıq inflyasiya 6% təşkil edib. İllik qiymət artımı qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 7%, ödənişli xidmətlər üzrə 7.2%, qeyri-qida məhsulları üzrə isə 2.8% təşkil edib. İllik baza inflyasiya isə 4.8% olub.
Son aylarda xarici amillər üzrə qeyri-müəyyənliklər qalsa da, onların inflyasiyaya artırıcı təsiri əhəmiyyətli olmayıb. Beynəlxalq Valyuta Fondunun məlumatına görə, 2025-ci ilin iyununda əmtəə qiymətləri indeksi illik 0.6%, o cümlədən ərzaq qiymətləri indeksi 4.2% azalıb.
Cari ilin ötən dövründə nağd və qeyri-nağd seqmentlər əhatə olunmaqla ümumilikdə valyuta bazarında təklif tələbi üstələyib. Rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsinin azalmaqda davam etməsi məzənnə ilə bağlı gözləntilərin nikbin olduğunu göstərir. Valyuta bazarında tarazlığın fundamentində dayanan xarici sektor göstəriciləri əlverişli olaraq qalır. Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2025-ci ilin 6 ayında da xarici ticarət balansında 1.4 mlrd. ABŞ dolları məbləğində müsbət saldo qeydə alınıb. Mərkəzi Bankın 2025-ci və 2026-cı illərin yekunu üzrə tədiyə balansının cari hesabının profisitli olacağı ilə bağlı proqnozu dəyişməz qalır
Ötən iclasdan bəri pul bazarında qısamüddətli faizlərdə stabil dinamika müşahidə olunub. Təminatsız pul bazarında faizlər Mərkəzi Bankın faiz dəhlizi daxilində hərəkət edir. AZIR indeksinin orta günlük səviyyəsi iyunda 7.03%, iyulun ötən dövründə isə 7.15% olub. Aprel ayından başlayaraq Maliyyə Nazirliyi tərəfindən vahid xəzinə hesabının sərbəst qalığının yerləşdirilməsi üzrə keçirilən depozit hərracları bank sektorunun likvidlik mövqeyinə artırıcı təsir göstərməkdə davam edir. Bu şəraitdə Mərkəzi Bank izafi likvidliyin əhəmiyyətli hissəsini 1 həftəlik əməliyyatlarla sterilizasiya etməklə AZIR-i uçot dərəcəsinə yaxınlaşdırmağı hədəfləyib. Pul bazarında aktivlik yüksək olaraq qalır. 2025-ci ilin 6 ayında ötən ilin müvafiq dövrünə nəzərən təminatsız bazarda əqdlərin həcmi 26%, sayı isə 55% artıb.
Ötən iclasdan bəri inflyasiyanın risk balansında əhəmiyyətli dəyişikliklər baş verməyib. Qlobal ticarətdə gedən proseslər əmtəə və maliyyə bazarlarında dalğalanmalara səbəb olmaqdadır. Bu şəraitdə inflyasiyanın xarici risk faktoru kimi idxal inflyasiyası hesab olunur. Bu amil isə bir tərəfdən ticarət tərəfdaşlarında inflyasiyadan, digər tərəfdən isə nominal effektiv məzənnənin dinamikasından asılıdır. İnflyasiyanı artıra biləcək əsas daxili risk faktoru xərc amillərinin aktivləşməsi və məcmu tələbin izafi artımı qeyd oluna bilər. Bu baxımdan ortamüddətli perspektivdə dövlət xərclərinin və istehlak kreditlərinin məcmu tələbə və qiymətlərə mümkün təsirləri daim diqqətdə saxlanılmalıdır.
Baza ssenarisinə əsasən, 2025-ci və 2026-cı ildə illik inflyasiyanın hədəf daxilində olacağı proqnozlaşdırılır. Belə ki, baza ssenarisi üzrə iyul proqnozlarına görə, illik inflyasiyanın 2025-ci ildə 5.7%, 2026-cı ildə isə 5.3% olacağı gözlənilir. Cari ildə inflyasiya proqnozunun davamlı olaraq hədəfdə qalması və valyuta bazarında sabitliyin davam etməsi pul siyasətinin yumşaldılması üçün zəmin yaradır.
Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərarlar faktiki və proqnozlaşdırılan inflyasiya, xarici və daxili risk amillərinin dinamikasından asılı olaraq veriləcəkdir. Mərkəzi Bank bundan sonra da qiymət sabitliyini təmin etmək üçün sərəncamındakı bütün vasitələrdən istifadə etməyə davam edəcəkdir.
Bu qərar 24 iyul 2025-ci il tarixindən qüvvəyə minir. Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar barədə məlumat 2025-ci il sentyabr ayının 10-da ictimaiyyətə açıqlanacaqdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
4 gün sonra
Bilik Gününə özəl HƏDİYYƏ: InvestAZ Universal Treyder kursunu ödənişsiz təqdim edir ®
-
5 saat əvvəl
Yeni iPhone-ların təqdimatından sonra Apple səhmləri necə reaksiya verdi?
-
- 6 saat əvvəl
-
6 saat əvvəl
Apple tarixində ilk qatlanan iPhone-u təqdim etdi — iPhone Duo
-
8 saat əvvəl
Apple yeni iPhone-ların qiymətlərini açıqladı — 100 dollar bahalaşıb
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
11 saat əvvəl
"Süni intellekt hamımızın ölümünə səbəb ola bilər" - Süni intellekt şirkətinin əməkdaşı istefa verdi
-
11 saat əvvəl
Tikinti gözləmədən mənzil al - hazır evlər: gör, seç və köç ®
-
11 saat əvvəl
Çinin elektromobil istehsalçıları avtomobil bazarı zəiflədikcə humanoid robotlara yönəlir
-
11 saat əvvəl
Utilizasiyada “Lada” liderdir — Hər iki avtomobildən biri bu markadır
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Apple yeni iPhone-ların qiymətlərini açıqladı — 100 dollar bahalaşıb
"Neftin qiymətinin 200 dollara yüksəlməsi mümkündür"
"Süni intellekt hamımızın ölümünə səbəb ola bilər" - Süni intellekt şirkətinin əməkdaşı istefa verdi
Ən çox oxunanlar
Tikinti gözləmədən mənzil al - hazır evlər: gör, seç və köç ®
Çinin elektromobil istehsalçıları avtomobil bazarı zəiflədikcə humanoid robotlara yönəlir
Bank of America 2026 və 2027-ci illər üzrə qlobal iqtisadi artım proqnozlarını yenilədyib
Dünya Bankı Qrupuna Azərbaycan üzrə vahid rəhbər təyin edilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəəy olunub
ABB-dən futbol azarkeşləri üçün qazandıran kampaniya ®
Çindən Azərbaycana və Avropaya daha çox yük daşınacaq – Orta Dəhliz üzrə yeni planlar

























