“Xaliq Faiqoğlu” şirkəti zərər içində "üzür" - "Ayrı-seçkilik mövcuddur"
Şirkət 2021-2024-cü illərdə 16 milyon manata yaxın zərər ilə üzləşib."Sizə son beş il ərzində “Xaliq Faiqoğlu” MMC-nin fəaliyyətinin maliyyə nəticələri, yəni zərər barəsində məlumat verə bilərəm. Bu rəqəmlər müstəqil audit nəticəsində müəyyən edilmişdir. Belə ki, 2021-ci ildə xalis zərərimiz 5 milyon 260 min manat, 2022-ci ildə 3 milyon 103 min manat, 2023-cü ildə 3 milyon 572 min manat, 2024-cü ildə 3 milyon 894 min manat olmuşdur. 2025-ci ildə də 2024-cü ilin göstəricisindən bir qədər yüksək rəqəmin ortaya çıxacağını proqnozlaşdırırıq.
Marja.az xəbər verir ki, bunu “Xaliq Faiqoğlu” MMC-nin idarə heyətinin sədri Faiq Seyidov bildirib.
O qeyd edib ki, bunun 1-ci səbəbi sərnişindaşıma tariflərinin aşağı olmasıdır:
"Sərnişindaşıma tarifləri dövlət tərəfindən tənzimlənir və təbii ki, müəyyən edilmiş tariflər bizim üçün nəinki mənfəət təmin etmir, investisiya xərclərini ödəməyə də imkan vermir, heç əməliyyat xərclərini belə tam şəkildə ödəmək mümkün deyil.
"BAKUBUS" DÖVLƏTFƏN YARDIM, "XALİQ FAİQOĞLU" İSƏ BANKDAN KREDİT ALIR
Onun sözlərinə görə, bu yanaşma (tariflərin dövlət tərəfindən tənzimlənməsi - red), təbii olaraq, sahənin subsidiyalaşmasının vacibliyini bildirir. Dövlət operatoru ("BakuBus" - red) dövlətdən mütamadi olaraq maliyyə dəstəyi alır, “Xaliq Faiqoğlu” isə fəaliyyətini borc alaraq davam etdirmək məcburiyyətində qalıb:
"Məsələn, Bakı Metropoliteninə münasibətdə maliyyə kəsirinin maliyyələşdirilməsi formasında dotasiyalar tətbiq edilməkdədir. Avtobusla sərnişindaşıma sahəsində dövlət operatorunun (BakuBus - red) investisiya xərclərinə, qaraj infrastrukturu və əməliyyat xərclərinə də dövlət tərəfindən mütamadi olaraq maliyyə dəstəyi verilir. Bu fəaliyyəti eyni standartlar səviyyəsində həyata keçirən “Xaliq Faiqoğlu” isə fəaliyyəti dövründə həm investisiya, həm də əməliyyat xərclərinin ödənilməsini cəlb edilmiş kreditlər hesabına həyata keçirmək məcburiyyəti qarşısında qalmışdır. Onu da vurğulayım ki, “PAŞA Bank” şirkətimizə son 4 il ərzində 50 milyon manat kredit limitləri açmışdır və bunun hesabına hazırda normal fəaliyyətimizi təmin etmişik, avtobus parkımızı böyük ölçüdə yeniləmiş, müasir çağırışların tələbinə uyğunlaşmışıq. “PAŞA Bank”a indiyədək göstərdikləri anlayışa və daim verdikləri dəstəyə görə xüsusi təşəkkür düşür. Həmçinin rəhbərlik etdiyim “SAFA Holding”ə daxil olan digər şirkətlərin maliyyə imkanlarından böyük ölçüdə “Xaliq Faiqoğlu”nun ayaqda saxlanılmasına yönəltmişik ki, bu da bu gün sektorda mövqeyimizi qorumaq baxımından çox böyük rol oynayıb".
"AYRI-SEÇKİLİK MÖVCUDDUR"
Faiq Seyidov əlavə edib ki, ictimai nəqliyyatla bağlı, xüsusilə avtobus parkının yenilənməsinə münasibətdə sanki bir qeyri-müəyyənlik və ayrı-seçkilik mövcuddur:
"Belə ki, 2020-ci ildən başlayaraq ətraf mühiti daha az çirkləndirən CNG mühərrikli avtobusların ölkəyə idxalının təşviqinə başlanıldı və həmin nəqliyyat vasitələri gömrük rüsumundan azad edildi. Lakin 01.01.2025-ci il tarixindən güzəşt müddəti başa çatdı. Məntiqlə hazırda elektrik mühərrikli avtobuslar rüsumdan azad edilməli, şəhərimizin avtobus parkının yenilənməsi sürətlənməli idi. Lakin hazırda biz əks münasibəti görürük və elektrikli avtobuslara ƏDV-nin də tətbiq edilməsi maliyyə yükümüzü artırmaqla vəziyyətimizi daha da ağırlaşdırır. Onuda qeyd edim ki dövlət rəsmiləri tərəfindən Baki şəhərində icrtimai neqliyyatda istismar edilən avtobusların 2030-cu ilədək elektirik avtobusları ilə yenilənməsinə dair dəfələrlə açıqlamalar verilib. Belə olan halda avtobusların idxal zamanı vergiyə cəlb edilməsi anlaşılan deyil".
"SAHƏDƏ QEYRİ-SAĞLAM MÜHİT MÖVCUDDUR"
“Xaliq Faiqoğlu” MMC-nin idarə heyətinin sədri bildirirb: "Fəaliyyət göstərdiyimiz sahədə qeyri-sağlam mühit özünü müxtəlif formalarda göstərir. Belə ki, fəaliyyətini bütün mövcud tələblər şəraitində (qaraj infrastrukturu, avtobus parkı, sürücü standartları, nağdsız ödəniş sistemi və s.) göstərən “Xaliq Faiqoğlu” şirkəti öz fəaliyyətini bu sahədə heç bir tələblərə riayət etməyən digər özəl şirkətlərlə eyni statusda davam etdirir. Misal olaraq: müasir çağırışlara adekvat çevik reaksiya göstərərək elektrik mühərrikli avtobuslar alıb istismarında olan marşrut xəttlərinə buraxaraq şəhərin “yaşıl” imicinə önəmli tövhə verən şirkət bu avtobusların elektrik təchizatını “BakuBus”dan 2 dəfədən artıq tariflə həyata keçirməkdədir. Yəni biz bütün müasir çağırışlara vaxtında qoşularaq bu yeniliklərlə ayaqlaşmağa çalışırıq. Bunu edərkən isə heç bir güzəşt almamaqla yanaşı, daha yüksək vergilər və tariflərlə qarşılaşırıq. Bütün bu ciddi məhdudiyyətlərə baxmayaraq “Xaliq Faiqoğlu” şirkəti fəaliyyəti dövründə nümunəvi özəl şirkət statusunu qazanmış, bu sahədə müasir dövlət çağırışlarına həmişə adekvat reaksiya nümayiş etdirmiş, sosial məsuliyyətini dövlət tədbirlərində nəqliyyat operatoru kimi iştirakını layiqincə icra etmişdir. Şirkətimiz iri vergi ödəyicisidir və tərəfimizdən son 4 il ərzində 18 milyon manata yaxın vergi dövlət büdcəsinə ödənilmişdir".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
2 gün sonra
Bazara iki istiqraz çıxarılır - Dollar ilə 9%, Manat ilə 14% gəlir təklifi
-
-
55 d. əvvəl
Yeni kart təqdim edildi - 15 min manatadək komissiyasız nağdlaşdırma, kart qalığına 8% gəlir
- 57 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Unibank 2025-ci ildə 4,5 milyon manata yaxın yaşıl kredit verib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Yanvarda Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 9% artıb
-
1 saat əvvəl
PAŞA Bank-ın dəstəyi ilə “AI for Good” süni intellekt təlim proqramının açılış mərasimi keçirildi
-
2 saat əvvəl
ZEEKR brendinin satış mərkəzinin yeni binasının açılış mərasimi və 9X modelinin təqdimatı keçirilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Əmanətçilər üçün xüsusi təklif
“AFB Bank” rebrendinq üçün araşdırmalara başlayıb
PAŞA Bank iki nüfuzlu beynəlxalq mükafata layiq görülüb
Ən çox oxunanlar
Yanvarda Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 9% artıb
PAŞA Bank-ın dəstəyi ilə “AI for Good” süni intellekt təlim proqramının açılış mərasimi keçirildi
ZEEKR brendinin satış mərkəzinin yeni binasının açılış mərasimi və 9X modelinin təqdimatı keçirilib
“Buckswood School Baku” fəaliyyətə başladı - FOTO/VİDEO
Milliön ilk dəfə ödəniş terminallarında şəxsi kabinet təqdim edir - DAHA SÜRƏTLİ ÖDƏNİŞ
Bank sədri: “Aqro kreditlər üzrə yeni məhsullar təqdim edəcəyik”






















