Tramp: İrəliləyiş var, tam razılaşma yoxdur
ABŞ Prezidenti Donald Tramp ilə Rusiya Prezidenti Vladimir Putin arasında baş tutan tarixi görüş 2 saat 45 dəqiqə davam etdikdən sonra sona çatıb.
Marja xəbər verir ki, birgə mətbuat konfransında ilk çıxış edən Prezident Putin bildirib ki, əgər Ukrayna məsələsinin həlli istənilirsə, münaqişənin əsas səbəbləri aradan qaldırılmalıdır. O, Rusiyanın narahatlıqlarının nəzərə alınmalı olduğunu vurğulayıb və Ukraynanın təhlükəsizliyinin təmin olunması məsələsində Tramp ilə həmfikir olduğunu qeyd edib.
Tramp: İrəliləyiş var, tam razılaşma yoxdur
ABŞ Prezidenti Donald Tramp, Putinlə Alyaskada keçirdiyi görüşdən sonra verdiyi açıqlamada mühüm məsələlər üzrə hələlik tam razılaşma əldə olunmasa da, ciddi irəliləyişlərə nail olunduğunu söyləyib: "Hələ tam razılaşmadığımız bir neçə önəmli məsələ var, lakin müəyyən irəliləyişlər əldə etmişik. Razılaşma əldə olunana qədər razılaşma yoxdur".
Tramp görüşün olduqca səmərəli keçdiyini bildirib: “Çox böyük irəliləyiş əldə etdik. Bir çox məsələdə razılıq əldə olundu. Lakin bir neçə vacib məsələ üzrə hələlik ortaq məxrəcə gələ bilməmişik.”
Görüşdə Trampı ABŞ dövlət katibi Marko Rubio və Yaxın Şərq üzrə xüsusi nümayəndə Stiv Vitkoff müşayiət edib. Putini isə Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Kremlin xarici siyasət üzrə müşaviri Yuri Uşakov müşayiət edib.
ABŞ prezidenti Putinin Ukrayna üzrə razılığa gəlmək istədiyinə əmin olduğunu bildirib.
Tramp Putin ilə görüşünü 10-dan 10 bal ilə qiymətləndirib
"Ukrayna ilə bağlı razılaşma əldə etmək üçün çox yaxşı şans var. Alyaskada Putinlə görüşümə 10-dan 10 bal verirəm"- Tramp deyib.
"Hələlik Rusiya əleyhinə sanksiyalar barədə düşünməyə ehtiyac yoxdur, görüş çox yaxşı keçib"- Tramp deyib.
Tramp bildirib ki, o və Putin Ukraynanın təhlükəsizlik zəmanətləri məsələsində çox şey razılaşdırıblar. ABŞ prezidenti Moskva və Vaşinqtonun Ukrayna üzrə "razılığa yaxın" olduğuna əmindir.
Tramp qeyd edib ki, tərəflər onun, Putin və Zelenskinin iştirak edəcəyi görüşün hazırlanmasına başlayırlar. Onun Zelenskiyə məsləhəti Rusiya ilə razılaşmaya getməkdir. Ukrayna ilə bağlı razılaşma indi Zelenskiyə bağlıdır.
Tramp Putini güclü və ağıllı lider adlandırıb.
Növbəti görüş Rusiyada keçirilə bilər
Putinlə keçirdiyi görüş barədə danışan Tramp bildirib ki, yaxın zamanda NATO-ya üzv bəzi ölkələrin liderləri və Ukrayna Prezidenti Volodimir Zelenski ilə əlaqə saxlayacaq. “Bu gün əslində çox ciddi irəliləyiş əldə etdik. Prezident Putin ilə həmişə yaxşı münasibətim olub. Bir çox çətin və faydalı görüşlərimiz olub,” – deyə Tramp əlavə edib.
Tramp bildirib ki, danışıqlar prosesi bu günə qədər yubadılıb və bu, müəyyən çətinliklər yaradıb.
Bir çox məsələlərdə Putinlə razılıq əldə etdiklərini bir daha qeyd edən Tramp, “çox az məsələnin qaldığını” və onların da bir qisminin “o qədər də əhəmiyyətli olmadığını” deyib.
Sonra Prezident Tramp qalan məsələlərdən birinin “ehtimal ki, ən mühümü olduğunu” və bu məsələdə “razılaşma şansının yüksək olduğunu” deyib.
Gələcəkdə Rusiya ilə daha səmərəli görüşlər keçirməyi ümid etdiyini söyləyən Tramp, “Həftəlik minlərlə insanın ölümünün qarşısını alacağıq və Prezident Putin də bunu mənim qədər istəyir,” – deyib.
Putinə “Yəqin ki, tezliklə yenidən görüşəcəyik” deyən Tramp, Putinin “Moskvada?” sualına isə “bu mümkündür” cavabını verib.
Altı ildən sonra ilk dəfə üz-üzə görüşdülər
ABŞ Prezidenti Donald Tramp ilə Rusiya Prezidenti Vladimir Putin arasında gözlənilən tarixi görüş 6 saat yox, təxminən 3 saat davam edib. İki lider sonuncu dəfə 2018-ci ildə Helsinkidə görüşmüşdü və bu, onların altı ildən sonra ilk üz-üzə görüşü olub.
Görüşdən əvvəl Tramp və Putin hava limanında əl sıxaraq salamlaşıblar. Eyni vaxtda təyyarədən enən liderlər eyni avtomobildə toplantının keçiriləcəyi məkana doğru yollanıblar.
Görüş öncəsi liderlər qırmızı xalça üzərində birgə addımlayaraq “Alaska 2025” yazılmış platforma üzərində foto çəkdiriblər.
Daha əvvəl verdiyi açıqlamada Tramp bildirmişdi: “Atəşkəsin bu gün əldə olunub-olunmayacağını dəqiq bilmirəm. Amma əgər bu gün əldə olunmasa, məyus olacağam.”
Alyaskadakı görüşdə müharibəni dayandıracaq bir formul əldə olunmasa, Tramp Rusiyaya qarşı sanksiyalar tətbiq edəcəyini də açıqlamışdı.
Müştərilərin xəbərləri
“Azərpoçt” və “PostEurop” poçt sektorunun transformasiyasını və inkişaf perspektivlərini müzakirə edib
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
3 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
3 gün sonra
Ağ Şəhərdə 130 mənzillik yeni yaşayış binası: 30% ilkin ödəniş, 36 ayadək faizsiz kredit
-
-
3 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
12 saat əvvəl
Azərbaycanda 1 milyon dollar kapitalla yeni vençur şirkəti yaradılıb
- 12 saat əvvəl
-
13 saat əvvəl
Pakistanın Baş naziri İlham Əliyevə zəng etdi – Yeni əməkdaşlıq imkanları müzakirə olundu
-
16 saat əvvəl
Valyuta mübadiləsi bazarında yeni iştirakçı: 600 min manat kapital, hələlik lisenziya yoxdur
- 16 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Azərbaycanda 1 milyon dollar kapitalla yeni vençur şirkəti yaradılıb
Pakistanın Baş naziri İlham Əliyevə zəng etdi – Yeni əməkdaşlıq imkanları müzakirə olundu
Valyuta mübadiləsi bazarında yeni iştirakçı: 600 min manat kapital, hələlik lisenziya yoxdur
Ən çox oxunanlar
Bu gündən Azərbaycanda ov mövsümü açılıb
Azərbaycan neftinin son qiyməti
Azərbaycanda milyonlarla manatlıq borc portfeli satışa çıxarıldı
Kanadanın neft-qaz nəhəngi Azərbaycanda filial açdı
Li Auto avtomobilləri Qazaxıstanda da istehsal ediləcək
Fransa şirkət 12 saat işləyə bilən elektrikli traktor istehsal edəcək – 2028-ci ildə satışa çıxarılacaq
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı genişmiqyaslı sanksiyalar tətbiq edib – Rubio sərt xəbərdarlıq etdi




















