Naxçıvanda indiyədək 19 sahibkarlıq subyektinə 25 investisiya təşviqi sənədi və 51 təsdiqedici sənəd verilib

Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq “İnvestisiya təşviqi sənədi” ölkə üzrə, o cümlədən Naxçıvan Muxtar Respublikasında investorların cəlb edilməsi, sahibkarlığın inkişafı və yeni istehsal sahələrinin qurulması üçün tətbiq olunan dövlət dəstək mexanizmidir.
Bu sözləri jurnalistlərə müsahibəsində Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin İnvestisiyalar və monitorinq şöbəsinin İnvestisiya proqramları, layihələri və təşviqi sektorunun məsləhətçisi Hüseyn Quliyev deyib.
O qeyd edib ki, Azərbaycan Respublikasında biznes mühitinin yaxşılaşdırılması və sahibkarlığın inkişafı məqsədilə dövlət tərəfindən müvafiq dəstək tədbirləri həyata keçirilir, bu istiqamətdə qanunlar, fərmanlar və qərarlar qəbul olunur. İnvestisiya təşviqi sənədinin verilməsi isə həmin siyasətin uğurlu addımlarından biridir:
"İnvestisiya fəaliyyətinin genişləndirilməsi, sənaye istehsalının artırılması, yeni sənaye müəssisələrinin yaradılmasının dəstəklənməsi və yerli sənaye sahələrinə investisiyaların cəlb olunmasının təşviq edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 18 yanvar tarixli Fərmanı ilə “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası” və 2016-cı il 20 aprel tarixli Fərmanı ilə “İnvestisiya təşviqi sənədini almış hüquqi şəxslərə və fərdi sahibkarlara texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün təsdiqedici sənədin verilməsi Qaydası” təsdiq edilib. Bu fərmanlar əsasında Naxçıvanda da müvafiq tədbirlər görülüb. İnvestisiya təşviqi sənədi Azərbaycan Respublikasının Vergi Məcəlləsində və "Gömrük tarifi haqqında" Qanununda müəyyən edilmiş güzəştləri əldə etməyə əsas verir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən investisiya təşviqi sənədi almış hüquqi şəxslər və fərdi sahibkarlar 7 il müddətinə mənfəət və gəlir vergisinin 50 faizindən, müvafiq əmlakına görə əmlak vergisindən, eləcə də mülkiyyətində və ya istifadəsində olan torpaqlara görə torpaq vergisindən 100 faiz azad edilirlər. Bundan əlavə, onların idxal etdikləri texnika, texnoloji avadanlıqlar və qurğular üzrə idxalda əlavə dəyər vergisini ödəməkdən də 7 il müddətinə azadolma tətbiq olunur".
İqtisadiyyat Nazirliyinin əməkdaşı vurğulayıb ki, "Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının Qanununda 2016-cı il 19 yanvar tarixdə edilmiş dəyişikliklərə əsasən investisiya təşviqi sənədi əsasında verilən müvafiq təsdiqedici sənədə görə layihə çərçivəsində xaricdən idxal olunan texnika, texnoloji avadanlıq və qurğuların idxal rüsumundan 7 il müddətinə azadolma tətbiq olunur. Naxçıvan Muxtar Respublikasında bu mexanizmin tətbiqi müsbət iqtisadi nəticələr verib. Belə ki, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən 2016-2025-ci illərdə 121,2 milyon manat dəyərində investisiya layihəsi üzrə 19 sahibkarlıq subyektinə 25 investisiya təşviqi sənədi və 51 təsdiqedici sənəd verilib. Bunlardan 4 sahibkarlıq subyektinə verilən İnvestisiya təşviqi sənədinin güzəşt müddəti bitib. Bu mexanizmdən istifadə edən sahibkarlıq subyektlərində 642 yeni iş yeri yaradılıb.
"Naxçıvan Muxtar Respublikasında investisiya təşviqi sənədləri, əsasən, qida məhsullarının, içki, tütün məmulatlarının, geyim istehsalının, kağız və karton istehsalının, rezin və plastmas məmulatlarının, maşın və adanlıqlardan başqa hazır metal məmulatlarının, sənaye məhsullarının, tikinti materiallarının istehsalı sahələri üzrə həyata keçirilib. İnvestisiya təşviqi sənədi Naxçıvan Muxtar Respublikasında iqtisadi fəallığın artırılması, iş yerlərinin yaradılması və sahibkarların dövlət dəstəyi ilə təşviqi baxımından mühüm alətə çevrilib. Bu mexanizmin tətbiqi regionun davamlı iqtisadi inkişafına töhfə verməklə yanaşı, investisiya mühitinin cazibədarlığını da artıracaq" , – deyə Hüseyn Quliyev əlavə edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
5 saat əvvəl
Hindistan ABŞ-ın təzyiqlərinə baxmayaraq, Rusiyadan neft idxalını artıracaq
- 6 saat əvvəl
-
-
6 saat əvvəl
Aqroparkların fəaliyyətinə dair yeni inkişaf konsepsiyası hazırlanacaq
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
7 şəhərlərarası və şəhərdaxili avtobus marşrutu bu şəxslərə verildi
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
“Birbank” tələbə təqaüd proqramının iki illik marafonu uğurla başa çatdı
-
7 saat əvvəl
Həyat sığortası bazarı 17 %, qeyri-həyat sığortası bazarı 7 % böyüyüb
-
8 saat əvvəl
İcbari sığorta bazarı 6 %-ə yaxın, könüllü sığorta bazarı 15 %-ə yaxın böyüyüb
Son Xəbərlər

Naxçıvanda indiyədək 19 sahibkarlıq subyektinə 25 investisiya təşviqi sənədi və 51 təsdiqedici sənəd verilib

ABŞ-da son 2,5 ilin ən güclü iqtisadi artımı qeydə alınıb

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

BOKT "International” 2 milyon manat cəlb etdi

Neft qiymətləri düşür

Bu idarə Xankəndidə yerləşəcək - FƏRMAN
Ən çox oxunanlar

Avropada BYD, Tesla-nı ötüb

Sabahın hava proqnozu açıqlanıb

“Bakı Gəmiqayırma Zavodu”nun rəhbəri dəyişib

Sığorta haqları və sığorta ödənişləri - ŞİRKƏTLƏR VƏ SİNİFLƏR ÜZRƏ

"AccessBank"ın işçilərinin sayı 81 nəfər artıb

Azərbaycan şirkəti yaxın zamanda 10G və 50G PON texnologiyalarının tətbiqinə başlayacaq

Azərbaycanın sığorta bazarı 12,5% böyüyüb
