Unibank beynəlxalq fond ilə 10 milyon dollarlıq kredit müqavilələri imzalayıb
Unibank KB ASC Beynəlxalq maliyyə fondu Enabling Qapital ilə ümumilikdə 10 milyon ABŞ dolları məbləğində iki kredit müqaviləsi imzalayıb. Bunlardan biri Bankın kapital bazasının möhkəmləndirilməsinə yönəlmiş subordinasiya edilmiş kreditdir.
Marja.az Banka istinadən xəbər verir ki, bu, Unibank KB ASC ilə Enabling Qapital Luxembourg SA arasında ilk razılaşmadır və kiçik və orta sahibkarlığın (KOS) dəstəklənməsi və inkişaf etdirilməsini hədəfləyir.
“Biz Enabling Qapital Luxembourg SA ilə əməkdaşlığa başlamaqdan məmnunuq. Bu əməkdaşlıq kiçik biznes və mikro sahibkarların dəstəklənməsi sahəsində imkanlarımızı əhəmiyyətli dərəcədə genişləndirəcək. Bu kredit resursu müştərilərimizin layihələrini həyata keçirməsinə və bazarda mövqelərini gücləndirməsinə kömək edəcək,” — deyə Unibank KB ASC -nin İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Heybət Qədirov bildirib.
Enabling Qapital Luxembourg SA-nın adından İdarə Heyətinin üzvü və İcraçı Direktorlar Komitəsinin partnyoru Christoph Dreher vurğulayıb: “Biz bölgədə mikro və KOS kreditləşməsinin inkişafında böyük potensial görürük və Unibank KB ASC-ni bu məqsədlərə çatmaqda dəstəkləməyə hazırıq. Əminik ki, əməkdaşlığımız qarşılıqlı faydalı olacaq, iqtisadi artım və sahibkarlıq fəaliyyətinə stimul yaradacaq.”
Unibank KB ASC haqqında:
Unibank KB ASC Azərbaycan maliyyə bazarında geniş müştəri bazasına malik aparıcı kommersiya banklarından biridir. Bank kiçik və orta sahibkarlığın dəstəklənməsi istiqamətində müasir kredit məhsulları və xidmətləri təklif etməklə fəal fəaliyyət göstərir, sahibkarların ehtiyaclarına uyğun həllər təqdim edir. www.unibank.az
Enabling Qapital Luxembourg SA haqqında:
Enabling Qapital Luxembourg SA kiçik və orta bizneslərin maliyyələşdirilməsi və inkişafı üzrə ixtisaslaşmış beynəlxalq maliyyə fondudur. Şirkət uzunmüddətli əməkdaşlığa üstünlük verir və kredit resursları və investisiyalar vasitəsilə davamlı iqtisadi inkişafı dəstəkləyir. www.enabling.ch
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
6 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 4 d. əvvəl
- 55 d. əvvəl
-
1 saat əvvəl
Niderland şirkəti Azərbaycanda anbar-logistika kompleksləri yarada bilər
-
1 saat əvvəl
KPMG Davr Bank-ın 51% səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib
-
1 saat əvvəl
AFB Bank-dan sahibkarlara “İndi al, gələn il ödə!” fürsəti ®
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bakıda “PostEurop” Baş Assambleyası və Biznes Forumu işə başlayıb
-
1 saat əvvəl
Biləcəri və Xırdalanda mənzillər hansı şərtlərlə satılır? – ƏTRAFLI ®
-
2 saat əvvəl
Dövlət satınalmalarında süni intellekt dövrü başladı– Şərtləri avtomatik yoxlanacaq
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
AFB Bank-dan sahibkarlara “İndi al, gələn il ödə!” fürsəti ®
Əliyev Putinə zəng edib
Ən çox oxunanlar
Bakıda “PostEurop” Baş Assambleyası və Biznes Forumu işə başlayıb
Dövlət satınalmalarında süni intellekt dövrü başladı– Şərtləri avtomatik yoxlanacaq
Chevron-un rəhbəri dizel ixracına qadağanın vəziyyəti daha da pisləşdirə biləcəyini deyir
BOKT-dan investorlara 15%-lik istiqraz təklifi - faizlər hər 30 gündən bir ödəniləcək
Azərbaycanda bu həftədən ov mövsümü başlayır



























