Faiz xərclərinin artması FINCA Azerbaijan"ın mənfəətini "vurdu"
Kredit təşkilatın əməliyyat mənfəəti 2 dəfə azalıb. Buna səbəb faiz xərclərinin kəskin artmasıdır.Məhdud Məsuliyyətli "FINCA Azerbaijan" Qeyri-Bank Kredit Təşkilatı 2025-ci ilin 1-ci yarısını (yanvar-iyun) 952 min manat xalis mənfəət ilə başa vurub. Təşkilat 2024-cü ilin eyni dövrünü 882 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, bu ilin ilk yarısında "FINCA Azerbaijan"ın xalis mənfəəti 70 min manat daha çox olub. Bu artım faiz gəlirlərinin artmasından və ehtiyatdan qayıdan vəsait ilə əlaqədardır. İlk 6 ayda "FINCA Azerbaijan"ın faiz xərcləri kəkin artdığı üçün əməliyyat mənfəəti 2 dəfə azalıb.
Marja.az xəbər verir ki, "FINCA Azerbaijan"ın faiz gəlirləri 2024-cü ilin ilk yarısında 9 milyon 632 min manat ikən, 2025-ci ilin ilk yarısında 10 milyon 349 min manat təşkil edib (717 min manat artıb). Təşkilatın qeyri-faiz gəlirləri isə 9 dəfədən çox artaraq 195 min manat olub.
2025-ci ilin ilk 6 ayında "FINCA Azerbaijan"ın cəmi əməliyyat gəlirləri 10 milyon 544 min manat, cəmi əməliyyat xərcləri 10 milyon 9 min manat, əməliyyat mənfəəti 535 min manat təşkil edib. Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün yaradılan xüsusi ehtiyatdan azad olmuş 482 min manatın hesabına "FINCA Azerbaijan"ın mənfəəti 1 milyon 17 min manata yüksəlib. Təşkilat mənfəətindən 60 min manat vergi ödəyib.
Müqayisə üçün qeyd edək ki, 2024-cü ilin 1-ci yarıında "FINCA Azerbaijan"ın cəmi əməliyyat gəlirləri 9 milyon 654 min manat, cəmi əməliyyat xərcləri 8 milyon 596 min manat, əməliyyat mənfəəti 1 milyon 58 min manat təşkil etmişdi. Ötən ilin ilk 6 ayında kredit təşkilatı aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün yaradılan xüsusi ehtiyata vəsait ayırmamışdı və ya ehtiyatdan vəsait qayıtmamışdı. Daşınmaz əmlakın satışından mənfəət və mənfəət vergisi nəzərə alınmaqla Təşkilat ötən ilin ilk yarısını 882 min manat xalis mənfəət ilə bağlamşdı.
"FINCA Azerbaijan"ın 6 aylıq faiz xərcləri 1 milyon 105 min manat və ya 48% artaraq 2024-cü ilin 1-ci yarısındakı 2 milyon 278 min manatdan 2025-ci ilin 1-ci yarısında 3 milyon 383 min manata yüksəlib. Kredit təşkilatının cəmi əməliyyat gəlirlərinin 890 min manat artmasına qarşılıq cəmi əməliyyat xərcləri 1 milyon 413 min manat artıb. Xərclərdəki artım gəlirlərdəki artımı üstələdiyi üçün "FINCA Azerbaijan"ın əməliyyat mənfəəti azalıb.
2025-ci ilin yanvar-iyun dövründə "FINCA Azerbaijan"ın kredit portfeli (müştərilərə verilən kreditlər) 6 milyon 474 min manat və ya 10% artaraq 30 iyun 2025-ci il tarixində 70 milyon 394 min manata çatıb.
Həmçinin oxu
"FİNCA Azərbaycan"ın işçilərinin sayı azalırMüştərilərin xəbərləri
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstək məqsədi ilə “YAŞAT” Fondu ilə xeyriyyə turniri təşkil edib
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
3 gün sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
5 saat əvvəl
Türkiyədə pendirlərlə bağlı yeni qadağalar – İstehsal, etiketləmə və satış qaydaları dəyişdirildi
-
9 saat əvvəl
“Nvidia” səhmləri daha 3 faiz ucuzlaşdı — Huanqın qalmaqalı investorları narahat edir
-
9 saat əvvəl
Casusluq şübhəsi və gizli münasibət: Nvidia-nın Çin biznesi üzərində təzyiq artır
- 10 saat əvvəl
-
11 saat əvvəl
“PAŞA Həyat”ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
- 11 saat əvvəl
-
11 saat əvvəl
“ChatGPT”nin rəqibi 64 milyard dollarlıq IPO-ya hazırlaşır – Dəyəri 1,4 trilyon dollara çata bilər
- 11 saat əvvəl
-
11 saat əvvəl
Azərbaycan elektrik enerjisinin Avropaya ixracı üçün mühüm saziş imzaladı
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Xalq Həyat”ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
Ən çox oxunanlar
“ChatGPT”nin rəqibi 64 milyard dollarlıq IPO-ya hazırlaşır – Dəyəri 1,4 trilyon dollara çata bilər
“PAŞA Sığorta”da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
Trampın “müharibə bitə bilər” mesajı nefti ucuzlaşdırdı — Brent 90 dollardan aşağı düşdü
“İpək Yolu Sığorta”nın yığımları 75%, mənfəəti 53% artıb




























