Qatarlar Ucar–Hacıqabul yolunda daha yüksək sürət ilə hərəkt edə biləcəklər
“AZCON Holding” şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC (ADY) ölkənin nəqliyyat və logistika sahəsində strateji dönüş yaradan daha bir layihəni uğurla başa çatdırıb.
Bakı–Böyük Kəsik dəmir yolu xəttində enerji sisteminin layihələndirilməsi, təchizatı və quraşdırılması çərçivəsində Ucar–Hacıqabul sahəsində (122 km) dəyişən cərəyan (AC) sisteminin tətbiqi üzrə işlər başa çatdırılıb, bu xətdə yük və sərnişin qatarlarının test yürüşləri uğurla həyata keçirilib. Həmçinin enerji sərfiyyatının və texniki qulluğa sərf olunan vaxtın azadılması, təhlükəsizlik səviyyəsinin artırılması, stansiya və sahələrdə avadanlıq sayının minimuma endirilməsi məqsədilə Ucar–Hacıqabul sahəsində rabitə və işarəvermə sistemləri yenidən qurulub, işarəvermə sistemləri, rabitə qurğuları və idarəetmə proseslərinin paralel şəkildə işləməsinə imkan verən müasir çoxprosesli idarəetmə (MPM) texnologiyasına keçid edilib.
Bununla da Bakı–Böyük Kəsik magistral dəmiryol xəttinin Ucar–Hacıqabul sahəsində dəyişən cərəyan sisteminə keçid tam təmin olunub.
Dəyişən cərəyan sisteminə keçid elektriklə işləyən lokomotivlərin dartı gücünü yaxşılaşdırmaqla dəmir yolları ilə daşınan yük həcminin artırılmasına, enerji və digər resurslara qənaətə, enerji itkilərinin azalmasına, xərclərin optimallaşdırılmasına, istismarın asanlaşmasına, qatarların hərəkət sürətinin artırılmasına gətirib çıxaracaq. Bu, xüsusilə magistral dəmir yolları üçün mühüm üstünlükdür. Dünyanın aparıcı ölkələrində, o cümlədən Avropada, Çində müasir magistral dəmir yolu xətləri, beynəlxalq dəmir yolu marşrutları və yüksək sürətli şəbəkələrdə AC sistemindən istifadə olunur. Bu, beynəlxalq dəhlizlər üzrə yükdaşımalarda yüksək sürət və sabit enerji təchizatı ilə uzun məsafələri rahat qət etmək deməkdir.
Müasir AC enerji sisteminin tətbiqi Azərbaycanın strateji nəqliyyat coğrafiyasının gələcək inkişafının simvoluna çevriləcək. Dəyişən cərəyan sayəsində yükdaşımaların həcmi artacaq, daşınma xərcləri azalacaq, tranzit marşrutlar isə dəniz və avtomobil nəqliyyatı ilə müqayisədə daha rəqabətqabiliyyətli olacaq. Bu da Azərbaycanın beynəlxalq logistika xəritəsində mövqeyini gücləndirəcək.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müəyyən etdiyi nəqliyyat strategiyası çərçivəsində Azərbaycan tranzit ölkə statusunu möhkəmləndirir, dəmir yolunun ölkənin iqtisadi və geosiyasi xəritəsində rolu daha da artır. Bu yanaşma nəticəsində Orta Dəhlizin mühüm seqmentlərindən olan Bakı–Tbilisi–Qars xəttinin yükötürmə qabiliyyətinin illik 5 milyon tonadək artırılması və Bakı Limanının dəmir yollarına inteqrasiyası kimi layihələr bir-birini tamamlayaraq Azərbaycanı Avropa ilə Asiyanı birləşdirən əsas nəqliyyat qovşağına çevirir. Bu strateji layihələr vaxt itkisini və əlavə logistika xərclərini minimuma endirərək əməliyyatların daha sürətli və səmərəli həyata keçirilməsini təmin edir. Dəmir yollarında enerji sisteminin və vaqon parkının yenilənməsi bu strategiyanın bir hissəsi kimi ölkənin beynəlxalq dəhlizlərdə rəqabət gücünü əhəmiyyətli dərəcədə artırır.
ADY-nin enerji sistemində dəyişən cərəyan texnologiyasına keçid yalnız texniki modernləşmə deyil, həm də Ətraf mühit, Sosial və Korporativ İdarəetmə (ESG) prinsiplərinə uyğun dayanıqlılıq öhdəliyinin bariz göstəricisidir. Bu addım sayəsində dizel dartısına tələbat ciddi şəkildə azalır, enerji səmərəliliyi yüksəlir və karbon emissiyaları minimuma enir. Bu, ölkəyə dayanıqlılığa sadiqliyini nümayiş etdirməyə və yaşıl sərmayələri cəlb etməyə kömək edir. Beləliklə, dəmir yolu yalnız iqtisadi cəhətdən deyil, həm də ekoloji baxımdan daha dayanıqlı və rəqabətqabiliyyətli nəqliyyat növünə çevrilir.
Enerji sisteminin yenilənməsi ilə yanaşı, ADY vaqon parkını da ardıcıl şəkildə genişləndirir. Son illərdə parkın böyük hissəsi yenilənib və müasir standartlara cavab verir. Bu isə daşımaların çevikliyini, sərnişin və yük qatarlarının sürətini və ümumi xidmət keyfiyyətini artırır. ADY-nin davamlı olaraq yenilənən parkında AC ilə işləyən 15 ədəd müasir sərnişin qatarı və 50 ədəd lokomotiv var. Onlardan 6 sərnişin qatarı və 40 lokomotiv dəyişən cərəyanla, 9 sərnişin qatarı və 10 lokomotiv isə həm sabit cərəyan (DC), həm də dəyişən cərəyan (AC) ilə işləyir.
AC sisteminə keçid həm də dəmir yollarında bəzi çətinlikləri aradan qaldırır. Yük və sərnişin qatarlarının hərəkət intervalı azalır, enerji təchizatı sabitləşir, əməliyyatların idarə edilməsi isə mərkəzləşdirilir. Bu, həm daxili daşımaları, həm də beynəlxalq tranziti daha səmərəli və sürətli edir.
Qeyd edək ki, bundan əvvəl Böyük Kəsik–Gəncə (141 km) və Gəncə–Ucar (113 km) sahələrində dəmiryol infrastrukturunun AC-yə keçidi təmin olunub. 2026–2027-ci illərdə isə layihənin sonuncu mərhələsi olan Hacıqabul–Bakı sahəsində (127 km) AC-yə keçid üzrə işlər həyata keçiriləcək. Bununla da bütün Bakı–Böyük Kəsik xətti tamamilə AC sistemi ilə işləyəcək və Azərbaycanın dəmiryol infrastrukturu beynəlxalq standartlara uyğun modern şəbəkəyə çevriləcək. Azərbaycan ərazisindən keçən beynəlxalq dəhlizlər üzrə tranzit yüklərin daşındığı əsas magistral dəmiryol xətti olan Bakı–Böyük Kəsik sahəsində AC sisteminin tətbiqi Orta Dəhliz üzrə yükdaşımaların əməliyyatlarının səmərəliliyinin və yük həcmlərinin artırılmasına imkan verəcək. Ümumilikdə Azərbaycan ərazisindən keçən əsas magistral dəhlizlər, xüsusilə də Orta Dəhliz bu modernləşmədən birbaşa faydalanacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
4 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 2 gün sonra
-
-
3 saat əvvəl
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
-
3 saat əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
-
4 saat əvvəl
Rabalon Bakı Metropolitenində 3 İT həllini uğurla tətbiq etdi
- 5 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycanda plastikdən bioyağ istehsalı - "Technip" SOCAR ilə layihə hazırlayır
-
5 saat əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
-
5 saat əvvəl
Azərbaycandan neft-qaz sektoruna daxil olan mallar üzrə ixrac azalıb
-
6 saat əvvəl
Bakıda qlobal halal iqtisadiyyatın gələcəyi müzakirə olundu - HELF Forum və AZHAB Forum keçirilib
-
6 saat əvvəl
AFB Bank-dan dövlət qulluqçularına özəl güzəştli nağd kredit kampaniyası
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
Rabalon Bakı Metropolitenində 3 İT həllini uğurla tətbiq etdi
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Ən çox oxunanlar
Azərbaycandan neft-qaz sektoruna daxil olan mallar üzrə ixrac azalıb
Bakıda qlobal halal iqtisadiyyatın gələcəyi müzakirə olundu - HELF Forum və AZHAB Forum keçirilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
İlham Əliyev Niderlandın Baş naziri ilə telefon danışığı aparıb - "İqtisadi əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəldik"
Zeynal Nağdəliyev fermerin sığorta şirkəti ilə bağlı şikayətinin araşdırılmasını tapşırıb























