"Gələcəkdə daha geniş çeşiddə istiqraz emissiyaları və yeni investisiya məhsulları təqdim etməyi hədəfləyirik"
Həsən Quliyev: "Fiziki şəxslər üçün bu məhsul depozitlərə əlavə olaraq daha yüksək gəlir mənbəyidir. Hüquqi şəxslər üçün isə gəlir mənbələrinin diversifikasiyası və risklərin balanslaşdırılması baxımından faydalıdır"."Hazırkı 40 milyon manatlıq istiqraz emissiyasını ilk böyük addım kimi qiymətləndiririk. Gələcəkdə daha geniş çeşiddə istiqraz emissiyaları və yeni investisiya məhsulları təqdim etməyi hədəfləyirik. Məqsədimiz kapital bazarında iştirakımızı davamlı olaraq genişləndirməkdir. İnanıram ki, Azərbaycanın kapital bazarı daha da inkişaf edəcək və biz Bank of Baku olaraq bu inkişafın önəmli iştirakçılarından biri olacağıq.".
Marja xəbər verir ki, bunu Bank of Baku-nun İdarə Heyətinin sədri Həsən Quliyev bildirib.
Qeyd edək ki, Bank of Baku kapital bazarında 40 milyon manatlıq istiqraz emissiyasına start verib. Emissiya çərçivəsində hər biri 100 AZN nominal dəyərində 400.000 ədəd istiqraz buraxılıb.Tədavül müddəti isə 18 aydır. İlk 20 milyon manatlıq tranş üzrə illik faiz dərəcəsi 13 % təşkil edir. Faiz ödənişləri rüblük qaydada həyata keçiriləcək.
Həsən Quliyev bildirirb ki, Bank of Baku-nun kapital bazarında 40 milyon manatlıq istiqraz emissiyası, ilk növbədə, ölkə iqtisadiyyatının və kapital bazarının inkişafına töhfə vermək və Bankımızın dayanıqlı inkişaf strategiyasının bir hissəsi olaraq maliyyə resurslarını şaxələndirmək məqsədi daşıyır. Müştərilərimizə yeni investisiya məhsulu təqdim etmək, sərfəli və etibarlı gəlir yolları yaratmaq, investorlara yerli kapital bazarında alternativlər təmin etmək də məqsədlər arasındadır.
Bank of Baku-nun İdarə Heyətinin sədri qeyd edib ki, istiqrazları həm fiziki, həm də institusional investorlar üçün nəzərdə tutulub və dövriyyədə rahat şəkildə alınıb-satılacaq: "Bank of Baku-nun illərlə formalaşmış etibarlı reputasiyası bu emissiyanı daha da cəlbedici edir. İkinci mühüm fərq sabit gəlirlilikdir – faiz dərəcəsi investorlar üçün stabil və rəqabətədavamlı gəlir imkanı yaradır. Digər mühüm xüsusiyyət isə şəffaflıq və əlçatanlıqdır – emissiya açıq qaydalarla həyata keçirilir, rəqəmsal platforma üzərindən çox rahatlıqla əldə oluna bilir".
Həsən Quliyev "Həm fiziki şəxslər, həm hüquqi şəxslər, həm də peşəkar investorlar üçün əlverişlidir. Fiziki şəxslər üçün bu məhsul depozitlərə əlavə olaraq daha yüksək gəlir mənbəyidir. Hüquqi şəxslər üçün isə gəlir mənbələrinin diversifikasiyası və risklərin balanslaşdırılması baxımından faydalıdır. Əlavə olaraq, fiziki şəxslərin əldə etdiyi gəlirlər vergidən azaddır", - deyə əlavə edib.
İstiqrazların satışı rəqəmsal olaraq aparılır, “ABB Mobile” tətbiqi üzərindən sifariş vermək çox rahatdır: "Artıq bank filialına gəlməyə ehtiyac yoxdur – investor sadəcə bir neçə kliklə investisiya edə bilir. Bu, həm şəhərdə, həm də regionlarda yaşayan vətəndaşlar üçün eyni dərəcədə əlçatandır.
Bakı Fond Birjası və “ABB-Invest” bu prosesdə əsas tərəfdaşlarımız oldu. Onların dəstəyi sayəsində emissiya uğurla həyata keçirildi. Bu əməkdaşlıq kapital bazarında şəffaflıq və etibarlılığın təminatıdır",- Həsən Quliyev yekunlaşdırıb.
© BBN
Müştərilərin xəbərləri
Press reliz-Azercell-in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
6 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
1 saat sonra
AFB Bank-dan sahibkarlara “İndi al, gələn il ödə!” fürsəti ®
-
9 d. əvvəl
İqtisadi Zonaların İnkişafı Agentliyi Türkiyənin sənaye zonası ilə memorandum imzalayıb
-
22 d. əvvəl
Chevron-un rəhbəri dizel ixracına qadağanın vəziyyəti daha da pisləşdirə biləcəyini deyir
-
31 d. əvvəl
BOKT-dan investorlara 15%-lik istiqraz təklifi - faizlər hər 30 gündən bir ödəniləcək
-
54 d. əvvəl
Jaguar-dan 172 min dollarlıq elektrik avtomobili – 724 km məsafə qət edir
- 1 saat əvvəl
-
1 saat əvvəl
Qobustandakı "Diri Baba" türbəsini 9 ayda 28 mindən çox turist ziyarət edib
- 1 saat əvvəl
-
2 saat əvvəl
Ukraynanın müraciətinə cavab – Azərbaycandan 2,5 milyon manatlıq yardım
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
AFB Bank-dan sahibkarlara “İndi al, gələn il ödə!” fürsəti ®
BOKT-dan investorlara 15%-lik istiqraz təklifi - faizlər hər 30 gündən bir ödəniləcək
Azərbaycanda bu həftədən ov mövsümü başlayır
Oktyabrın 8-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Çinin qızıl alışları dayanmır – 23 aydır ehtiyat artırılır
ABB-nin süni intellekt həlli Las Veqas-da keçiriləcək “Money20/20”-də finalçı kimi yarışacaq ®
Vergi planı 913 milyon manat artıq icra edilib
İraqda böyük devalvasiya – dinar 13% ucuzlaşdırıldı
Azərbaycan neftinin son qiyməti























