Norveç Mərkəzi Bankı uçot dərəcəsini azaldıb
Norveç Mərkəzi Bankı uçot dərəcəsini 4,25 faizdən 4 faizə endirib. Bu, bankın cari il ərzində borclanma xərclərini ikinci dəfə azaltması deməkdir. Lakin qurum inflyasiya səbəbindən növbəti azalmaların daha ehtiyatlı və yavaş templə həyata keçiriləcəyinə işarə edib.
Marja xəbər verir ki, Bankın cümə axşamı verdiyi məlumata görə, qərar bazar gözləntilərinə uyğun gəlib — Bloomberg-in keçirdiyi sorğuda iştirak edən 19 analitikdən 12-si məhz bu addımı proqnozlaşdırmışdı, qalanları isə dərəcənin dəyişməyəcəyini düşünürdü.
Norveç Mərkəzi Bankının rəhbəri İda Volden Baxe açıqlamasında bildirib ki, iyun ayından bəri daxil olan göstəricilər iqtisadiyyatda bir qədər ehtiyat potensialın mövcud olduğunu, lakin inflyasiyanın gözləniləndən daha uzun müddət yüksək səviyyədə qala biləcəyini göstərir.
Onun sözlərinə görə, bu səbəbdən uçot dərəcəsi əvvəlcədən nəzərdə tutulduğu qədər sürətlə endirilməyəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 4 gün sonra
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tesla Texasda 3 milyard 100 milyon dollarlıq polisilikon zavodu qurmağı planlaşdırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Energetika Nazirliyi və “ROX Group” Azərbaycanda iki enerji layihəsi üzrə müqavilə imzalayıblar
- 1 gün əvvəl
-
1 gün əvvəl
“GTA 6” satış rekordu qırdı – 3 milyard 790 milyon dollar gəlir
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Tesla Texasda 3 milyard 100 milyon dollarlıq polisilikon zavodu qurmağı planlaşdırır
Energetika Nazirliyi və “ROX Group” Azərbaycanda iki enerji layihəsi üzrə müqavilə imzalayıblar
Neft-qazdan külək və Günəş enerjisinədək – Azərbaycan və Vyetnam prezidentləri enerji əməkdaşlığını müzakirə ediblər
Ən çox oxunanlar
“GTA 6” satış rekordu qırdı – 3 milyard 790 milyon dollar gəlir
“AzerGold” da qiymətlərə endirim etdi - qızıl külçələr 10,49 faizədək, gümüş külçələr 44,17 faizədək ucuzlaşıb
Azərbaycan neftinin son qiyməti
Çipsi və qazlı içkilər üçün aksiz təklif olunur - İstehsalçılar verginin təxirə salınmasını istəyirlər
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Bakıda 40-dan çox startap 50 min dollar uğrunda yarışacaq






















