AZAL təyyarələrini yeniləyir: 2-ci yeni “Airbus A320neo” Bakıya gəldi
AZCON Holding şirkətlərindən olan “Azərbaycan Hava Yolları” (AZAL) donanmanın genişmiqyaslı yenilənməsi və dayanıqlı inkişaf proqramı çərçivəsində cari ildə ikinci yeni “Airbus A320neo” təyyarəsini öz parkına əlavə edib.
Bu barədə Marja.az-a “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, donanmanın genişlənməsi AZAL-ın regional və qlobal aviasiya bazarındakı mövqelərini möhkəmləndirir, sərnişinlərə isə səyahət planlaşdırarkən daha çox rahatlıq və seçim imkanı yaradır.
“Airbus A320neo” sərnişin rahatlığına yönəlmiş müasir interyer, əl yükü üçün genişləndirilmiş rəflər və erqonomik oturacaqlarla təchiz olunub. Həm biznes, həm də ekonom sinifdə səyahət edən sərnişinlər üçün komfortlu şərait yaradılıb. Təyyarədə əyləncə sistemi və sürətli “Wi-Fi” xidməti mövcuddur. Biznes sinfi sərnişinləri və “AZAL Miles” proqramının müəyyən statuslu üzvləri “Wi-Fi” xidmətindən ödənişsiz yararlana biləcəklər.
Yeni nəsil mühərriklər və təkmilləşdirilmiş aerodinamika sistemi sayəsində “Airbus A320neo” əvvəlki modellərlə müqayisədə yanacaq sərfiyyatını və CO₂ emissiyalarını əhəmiyyətli dərəcədə azaldır.
Qeyd edək ki, ilk “Airbus A320neo” təyyarəsi AZAL donanmasına 2025-ci ilin sentyabr ayında daxil edilib. Aviaşirkətin inkişaf planına əsasən, 2032-ci ilədək donanma 30-dan çox yeni təyyarə ilə genişləndiriləcək. Bu, AZAL-a regionun ən müasir və enerji baxımından səmərəli təyyarə parklarından birini formalaşdırmağa imkan verəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
6 gün sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 2 gün sonra
- 56 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda gənc sahibkarların 1,5 milyard dollarlıq kredit potensialı var – AYİB
-
1 saat əvvəl
Xalq Bank “Əmanət” lotereyasının 2-ci tirajının qaliblərini mükafatlandırdı ®
- 1 saat əvvəl
-
1 saat əvvəl
10 ayında bank sektorunun aktivləri 14%-dən çox artaraq 65 milyard manatı ötüb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda banklara nəzarət sistemi dəyişir – Mərkəzi Bank yeni risklərə fokuslanır
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
"2027-ci ildə daha 250 vaqon alınması planlaşdırılır"
Azər Türk Bank “atb friday” kampaniyasına start verdi ®
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
Azərbaycanda banklara nəzarət sistemi dəyişir – Mərkəzi Bank yeni risklərə fokuslanır
Tramp Çindən Boeing üçün daha 250 təyyarəlik sifariş gözləyir
Rəsmi məzənnələr açıqlandı


























