Rivian 600 nəfəri işdən çıxaracaq
ABŞ-ın elektrikli avtomobil istehsalçısı Rivian Automotive Inc. satış və servis şöbələrindən 600 əməkdaşını işdən çıxarmaq qərarına gəlib.
Marja.az Reuters-ə istinadən xəbər verir ki, 2024-cü ilin sonuna olan məlumata əsasən, təxminən 15 min nəfəri işlə təmin edən Rivian şirkətində bu ixtisarlar ümumi işçi sayının təxminən 4%-ni təşkil edir ki, bu da 600 nəfər deməkdir.
Rivian nümayəndələri məsələ ilə bağlı şərh verməkdən imtina ediblər.
Bu qərar, Donald Tramp administrasiyasının siyasətinin ABŞ-da onsuz da zəif olan elektrikli avtomobillərə tələbi daha da azalda biləcəyini göstərir. Administrasiya yaxın zamanda elektrikli avtomobil alıcıları üçün vergi güzəştlərini ləğv edib, həmçinin yanacaq səmərəliliyi və emissiya standartlarını faktiki olaraq qüvvədən salaraq istehsalçıları daha gəlirli benzinli modellərin istehsalına yönəldib.
Rivian avqust ayında da ixtisar qərarı açıqlamışdı — o zaman şirkət işçi qüvvəsinin 1,5%-ni azaltmışdı. Bu addım şirkətin xərcləri azaltmaq və rəqabətli bazar şəraitində fəaliyyətini davam etdirmək səylərinin bir hissəsi kimi qiymətləndirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
6 gün sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 3 gün sonra
- 47 d. əvvəl
- 56 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycanda gənc sahibkarların 1,5 milyard dollarlıq kredit potensialı var – AYİB
-
1 saat əvvəl
Xalq Bank “Əmanət” lotereyasının 2-ci tirajının qaliblərini mükafatlandırdı ®
- 1 saat əvvəl
-
1 saat əvvəl
10 ayında bank sektorunun aktivləri 14%-dən çox artaraq 65 milyard manatı ötüb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda banklara nəzarət sistemi dəyişir – Mərkəzi Bank yeni risklərə fokuslanır
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
"2027-ci ildə daha 250 vaqon alınması planlaşdırılır"
Azər Türk Bank “atb friday” kampaniyasına start verdi ®
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
Azərbaycanda banklara nəzarət sistemi dəyişir – Mərkəzi Bank yeni risklərə fokuslanır
Tramp Çindən Boeing üçün daha 250 təyyarəlik sifariş gözləyir
Rəsmi məzənnələr açıqlandı
























