Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

"Artıq 138 hektarlıq sahənin yarıdan çoxu investorlara təqdim edilib"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Artıq 138 hektarlıq sahənin yarıdan çoxu investorlara təqdim edilib"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bu günə qədər Ələt Azad İqtisadi Zonasında (AİZ) təxminən 200 hektara yaxın hazır ərazi mövcuddur.

Bunu AİZ İdarə Heyətinin sədri Valeh Ələsgərov Türkiyə və Azərbaycan arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi məqsədilə Bakıya səfər edən İstanbul Sənaye Palatasının (İSO) Məclis üzvləri ilə keçirilən genişmiqyaslı biznes görüşündə bildirib.

Onun sözlərinə görə, bu ərazilərin böyük hissəsi artıq investorlara təqdim olunub:

"Paralel olaraq, ağır sənaye üçün ayrılmış ərazidə, yəni 200 hektardan artıq sahənin bir hissəsində inşaat işləri başa çatmaq üzrədir və yaxın bir-iki həftə ərzində tamamlanacaq. Artıq 138 hektarlıq sahənin yarıdan çoxu investorlara təqdim edilib".

O bildirib ki, bu günə qədər Ələt Azad İqtisadi Zonasında Çin, Hindistan, Rusiya, İsrail, Türkiyə və digər ölkələrdən olan şirkətlər qeydiyyatdan keçiblər: "Onlardan dördü artıq inşaat işləri aparır, iki şirkət isə bu ilin sonunadək razılaşdırılmış məhsulların istehsalına başlayacaq. Digər şirkətlər də tikinti mərhələsindədir və onların istehsal fəaliyyətinə gələn il və ondan sonrakı il başlanması planlaşdırılır".

V. Ələsgərov əlavə edib ki, Ələt Azad İqtisadi Zonasının əsas cəlbedici üstünlüklərindən biri vergi və gömrük rüsumlarının tamamilə sıfır olmasıdır:

"Burada fəaliyyət göstərən şirkətlər heç bir vergi və gömrük rüsumu ödəmir. Hər iki göstərici sıfırdır".

İş elanları AzVak.az-da

© "Report"

Ələt Azad İqtisadi Zonası AİZ Valeh Ələsgərov İstanbul Sənaye Palatası İSO biznes görüşü Azərbaycan Türkiyə iqtisadi əməkdaşlıq sərmayə investorlar sənaye inşaat işləri vergi güzəştləri gömrük rüsumları azad iqtisadi zona Çin Hindistan Rusiya İsrail beynəlxalq şirkətlər investisiya layihələri istehsal
31.10.2025 11:07

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18