“Aqrarkredit” 19 əmlakını satışa çıxardı - QİYMƏTLƏR
“Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının balansındakı bəzi əmlakların müsabiqə yolu ilə satır.
Marja.az xəbər verir ki, aşağıdakı siyahıda göstərilən əməlakların satışı elan edilib.
1. Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol ərazisi, 1-ci döngə, 3-cü dalan, 12 nömrəli ünvanda, 0,01319 hektar torpaq sahəsində yerləşən 431,8 kv.m sahədən ibarət fərdi yaşayış evi. Əmlak yüklü deyil.
Start qiymət - 259.000,0 (iki yüz əlli doqquz min manat) manat.
2. Bakı şəhəri, Xətai rayonu, 2944a nömrəli məhəllə, Xudu Məmmədov küçəsi, A-1A nömrəli ünvanda 0,06206 hektar torpaq sahəsində yerləşən 1 790 kv.m qeyri-yaşayış binası (yarımçıq tikili). Əmlak yüklü deyil.
Start qiymət - 1.106.000,0 (bir milyon yüz altı min manat) manat.
3. İmişli rayonunda yerləşən 2 ədəd əmlak kompleksi kimi müəssisə (8,5 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 21,675.00 kv.m və 1.23 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 12,054.90 kv.m tikili) və 8 çıxarışdan ibarət ümumi sahəsi 7,4 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələri (quşçuluq kompleksi). Əmlak yüklü deyil.
Start qiymət - 8.074.000,0 (səkkiz milyon yetmiş dörd min manat) manat.
4. Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 3-cü korpus, 65 nömrəli ünvanda yerləşən 121.6 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsi. Əmlak yüklü deyil.
Start qiymət – 279.680,0 (iki yüz yetmiş doqquz min, altı yüz səksən manat) manat.
5. Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 3-cü korpus, 65 nömrəli ünvanda yerləşən 108.5 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsi. Əmlak yüklü deyil.
Start qiymət – 260.400,0 (iki yüz altmış min, dörd yüz manat) manat.
6. Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 3-cü korpus, 65 nömrəli ünvanda yerləşən 112.0 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsi. Əmlak yüklü deyil.
Start qiymət – 268.800,0 (iki yüz altmış səkkiz min, səkkiz yüz manat) manat.
7. Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 3-cü korpus, 65 nömrəli ünvanda yerləşən 62.2 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsi. Əmlak yüklü deyil.
Start qiymət – 149.280,0 (bir yüz qırx doqquz min iki yüz səksən manat) manat.
8. Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 3-cü korpus, 65 nömrəli ünvanda yerləşən 34.0 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsi. Əmlak yüklü deyil.
Start qiymət – 81.600,0 (səksən bir min altı yüz manat) manat.
9. Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 3-cü korpus, 65 nömrəli ünvanda yerləşən 61.2 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsi. Əmlak yüklü deyil.
Start qiymət – 146.880,0 (bir yüz qırx altı min səkkiz yüz səksən manat) manat.
10. Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, giriş, 201C nömrəli ünvanda yerləşən 242.3 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsi. Əmlak yüklü deyil.
Start qiymət - 557.290,0 (beş yüz əlli yeddi min iki yüz doxsan manat) manat.
11. Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, giriş, 195X nömrəli ünvanda yerləşən 60.9 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsi. Əmlak yüklü deyil.
Start qiymət – 146.160,0 (bir yüz qırx altı min bir yüz altmış manat) manat.
12. Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, giriş 197B ünvanında yerləşən 214.8 kv.m sahədən ibarət qeyri yaşayış-sahəsi. Əmlak yüklü deyil.
Start qiymət – 494.040,0 (dörd yüz doxsan dörd min qırx manat) manat.
13. Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, giriş, 197A nömrəli ünvanda yerləşən 164.7 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsi. Əmlak yüklü deyil.
Start qiymət – 378.810,0 (üç yüz yetmiş səkkiz min, səkkiz yüz on manat) manat.
14. Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, giriş, 195G nömrəli ünvanda yerləşən 244.1 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsi. Əmlak yüklü deyil.
Start qiymət – 549.225,0 (beş yüz qırx doqquz min iki yüz iyirmi beş manat) manat.
15. Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, giriş, 195H nömrəli ünvanda yerləşən 347.2 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsi. Əmlak yüklü deyil.
Start qiymət – 746.480,0 (yeddi yüz qırx altı min, dörd yüz səksən manat) manat.
16. Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, giriş 1,99E nömrəli ünvanda yerləşən 48.5 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsi. Əmlak yüklü deyil.
Start qiymət – 116.400,0 (bir yüz on altı min, dörd yüz manat) manat.
17. Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, giriş, 199C nömrəli ünvanda yerləşən 51.0 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsi. Əmlak yüklü deyil.
Start qiymət – 122.400,0 (bir yüz iyirmi iki min, dörd yüz manat) manat.
18. Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, giriş, 199B nömrəli ünvanda yerləşən 61.7 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsi. Əmlak yüklü deyil.
Start qiymət – 148.080,0 (bir yüz qırx səkkiz min, səksən manat) manat.
19. Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, giriş 199D nömrəli ünvanda yerləşən 68.6 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsi. Əmlak yüklü deyil.
Start qiymət – 164.640,0 (bir yüz altmış dörd min, altı yüz qırx manat) manat.
Ərizələrin qəbulunun başlanma və bitmə tarixi: 19 noyabr 2025-ci il, saat 10:00 – 19 dekabr 2025-ci il saat 16:00.
Müsabiqə qalibinin müəyyən edilməsi tarixi və saatı: 24 dekabr 2025-ci il saat 16.00.
Müsabiqənin keçirildiyi ünvan: Azərbaycan Respublikası Maliyyə Nazirliyi, AZ-1022 Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi 135.
Əmlakla, onun növü və parametrləri ilə bağlı sənədlərlə tanış olmaq qaydası və müddəti: 19 noyabr 2025-ci il tarixdən 19 dekabr 2025-ci il tarixədək, həftənin 3 və 5-ci günləri, “Aqrarkredit” QSC-nin baş ofisində, Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi 125 nömrəli ünvanda baxılmalıdır.
Əlaqələndirici şəxs: Şahin Seyidov.
Telefon: 050-235-99-90.
İddiaçılar qarşısında irəli sürülən şərtlər
1. İddiaçı tərəfindən əmlakın elan olunan ilkin satış dəyərinin 0,5 faizi həcmində beh məbləği ödənilməlidir. Müsabiqənin qalibi hər hansı səbəbdən əmlakı almaqdan imtina etdiyi halda onun tərəfindən ödənilmiş beh məbləği geri qaytarılmır.
2. İddiaçılar tərəfindən təqdim edilmiş təklifdə əmlak üçün təklif olunan məbləğ aydın şəkildə rəqəmlə və Azərbaycan dilində sözlə yazılmalı, iddiaçılar və ya onların etibarnamə ilə nümayəndələri tərəfindən imzalanmalıdır. Sözlə rəqəm arasında fərq aşkar edildikdə, sözlə ifadə olunmuş yazı əsas götürülür. Təklif müsabiqənin keçirilməsi haqqında məlumatda göstərilən müddət ərzində imzalanmış (hüquqi şəxsdirsə, möhürlənmiş) qapalı zərfdə “Aqrarkredit” QSC-yə təqdim edilməlidir.
3. Bir iddiaçı müsabiqədə iştirak etmək üçün yalnız bir ərizə verə bilər. İddiaçı müsabiqə komissiyasına yazılı bildiriş verməklə ərizələrin qəbulu müddəti bitənədək ərizəsini geri götürə bilər.
4. Müsabiqə günü iddiaçı və ya onun etibarnamə ilə nümayəndəsi müsabiqədə iştirak etməlidir. Təqdim edilmiş zərflər iddiaçılar və ya onların etibarnamə ilə nümayəndəsinin iştirakı ilə açılır.
5. Müsabiqə zamanı əmlakın start qiymətindən ən yüksək qiymət təklif etmiş iddiaçı müsabiqənin qalibi elan olunur. İddiaçılar tərəfindən təqdim edilmiş təkliflər eyni məbləğ olduqda həmin iddiaçılar əmlak üçün təklif olunan məbləği göstərməklə yenidən təklif təqdim edirlər. Bu zaman da təklif məbləğləri eyni olduqda proses fərqli təklif olanadək davam etdirilir. Yenidən təklif verməkdən imtina edən iddiaçı müsabiqədə iştirak etmir.
6. Müsabiqənin qalibi əmlakın dəyərinin 30 (otuz) bank günü ərzində tam ödənilməsini təmin etmək barədə yazılı zəmanət verməlidir.
Müsabiqədə iştirak etmək üçün tələb olunan sənədlər
1. İddiaçının ərizəsi (ərizə forması “Aqrarkredit” QSC tərəfindən veriləcək).
2. İddiaçının şəxsiyyətini təsdiq edən sənəd.
3. Təklif olunan qiymət (bağlı zərfdə rəqəmlə və sözlə göstərilməklə).
4. İddiaçı tərəfindən ödənilmiş beh məbləğini təsdiq edən qəbz.
5. Etibarnamə (nümayəndə iştirak etdikdə).
Qeyd - iddiaçı hüquqi şəxs olduqda–(dövlət qeydiyyatı haqqında şəhadətnamə, nizamnamə, qanuni təmsilçinin və ya nümayəndənin şəxsiyyətini təsdiq edən sənəd (surəti).
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 saat əvvəl
Birbank və Visa-dan yeni kampaniya: “Disneyland® Paris”ə səyahət şansı
-
-
1 saat əvvəl
"Azərmaş Group" satışdan gəlirini və xalis qazancını açıqladı
-
2 saat əvvəl
Azərbaycanın iri sənaye şirkətinə illik 13 faizlə 10 milyon manat pul lazımdır
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
"Park Yasamal"da 15%-dən başlayan ilkin ödənişlə mənzil satışları davam edir
-
3 saat əvvəl
Prezident Baş prokuror Kamran Əliyevilə bağlı Sərəncam imzaladı
-
4 saat əvvəl
AZAL təyyarələrində yüksək sürətli “Wi-Fi” olacaq - DÜNYA LİDERİ İLƏ SAZİŞ İMZALANDI
-
4 saat əvvəl
300 mindən çox mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
"Azərmaş Group" satışdan gəlirini və xalis qazancını açıqladı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Prezident Baş prokuror Kamran Əliyevilə bağlı Sərəncam imzaladı
Ən çox oxunanlar
AZAL təyyarələrində yüksək sürətli “Wi-Fi” olacaq - DÜNYA LİDERİ İLƏ SAZİŞ İMZALANDI
300 mindən çox mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb
Kazımov: "10 ayda 74 korporativ istiqraz emissiyası təsdiq edilib"
"Bakı limanının genişləndirilməsi işləri qrafiki qabaqlayır"
"Aşağı gəlirlərə aşağı vergi dərəcəsi tətbiq olunacaq"
















.jpg)











