Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Bankın ali idarəetmə orqanında dəyişiklik planlaşdırılır – Səhmdarları toplanır

“Azər-Türk Bank”ın Müşahidə Şurası yenilənir. Bank səhmdarlarını növbədənkənar yığıncağa çağdı.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Bankın ali idarəetmə orqanında dəyişiklik planlaşdırılır – Səhmdarları toplanır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi planlaşdırılır.

Marja.az xəbər verir ki, bununla bağlı bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı çağırılıb.

Yığıncaq 23 noyabr 2026-cı il tarixində saat 12:00-da Bakı şəhəri, C. Məmmədquluzadə küçəsi 85, 192/193 ünvanında yerləşən bankın inzibati binasında keçiriləcək.

Ümumi yığıncağın gündəliyinə yalnız bir məsələ – “Azər-Türk Bank” ASC-nin Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi daxil edilib.

Bankın səhmdarlarına ünvanlanmış bildirişdə qeyd olunur ki, səhmdarlar gündəlikdəki məsələ üzrə səsvermədə şəxsən və ya qanunvericiliyə uyğun qaydada səlahiyyət verilmiş nümayəndələri vasitəsilə iştirak edə bilərlər.

Səhmdarlar səsvermə bülletenini dolduraraq 23 noyabr 2026-cı il saat 12:00-dək bankın inzibati binasına göndərməklə də səsvermədə qiyabi iştirak edə bilərlər.

Qiyabi səsvermə üçün təqdim edilmiş zərflərin açılması və səslərin sayılması ümumi yığıncağın keçirildiyi gün həyata keçiriləcək.

Yığıncağın materialları ilə tanış olmaq istəyən səhmdarlar bankın korporativ katibi Sona Məmmədli ilə əlaqə saxlaya bilərlər.

Qeyd edək ki, bildirişdə Müşahidə Şurasının hansı üzvlərinin dəyişdiriləcəyi, yeni üzvlərin kimlər olacağı və dəyişikliklərin səbəbləri açıqlanmayıb.

Azər-Türk Bank ATB Azər Türk Bank Müşahidə Şurası Azər-Türk Bank rəhbərliyi bankda kadr dəyişikliyi bankın səhmdarları səhmdarların növbədənkənar ümumi yığıncağı 23 noyabr 2026 Azərbaycan bankları bank sektorunda dəyişikliklər Müşahidə Şurasının üzvləri.
26.10.2026 18:18
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19