Azərbaycan fondu "SABAH.fund"Gürcüstan startapına investisiya edib-1 MİLYON DOLLARLIQ RAUND
Azərbaycanın ən böyük vençur kapital fondu olan SABAH.fund ABŞ-da Gürcüstan mərkəzli komanda tərəfindən təsis edilmiş “Helio AI” startapının 1 milyon ABŞ dolları dəyərində toxum investisiya raundunu uğurla başa çatdırdığını açıqlayıb.
Marja xəbər verir ki, Raunda SABAH.fund rəhbərlik edib və proses beynəlxalq vençur kapital fondlarının iştirakı ilə tamamlanıb.
İnvestisiya raundunda “Tetrad VC”, “Axiom”, “DOMiNO Ventures” kimi tanınmış beynəlxalq fondlar, həmçinin mələk investor Bas Godska iştirak ediblər.
Yeni investisiya “Helio AI”ın süni intellekt əsaslı işə qəbul agentinin qlobal miqyasda genişləndirilməsi, məhsulun texnoloji imkanlarının artırılması və sürətlə böyüyən bazarlarda işəgötürmə proseslərinin modernləşdirilməsi üçün istifadə olunacaq.
Süni intellekt texnologiyalarını oyun əsaslı testlərlə birləşdirən “Helio AI” şirkətlərə ən uyğun namizədlərin qısa müddətdə müəyyənləşdirilməsinə, işə qəbul prosesinin isə 70 faizədək avtomatlaşdırılmasına imkan yaradır. Platforma yerli dillərdə danışa və müraciətləri emal edə bilən intellektual agent kimi fəaliyyət göstərir. Hazırda startapın həllindən 7 ölkədə yüzlərlə şirkət istifadə edir.
“İrimiqyaslı iş qurarkən sinerji çox önəmlidir və buna görə də tərəfdaşlarımızı diqqətlə seçirik. Bu raund “Helio AI”-ın xarici bazarlara çıxışını genişləndirmək və mövcud bazarlardakı təsirimizi artırmaq üçün mühüm mərhələdir,” – deyə “Helio AI”-ın həmtəsisçisi və baş icraçı direktoru İako Jikia bildirib.
Raundun aparıcı investoru SABAH.fund-un həmtəsisçisi və idarəedici partnyoru Abbas Kazmi qeyd edib:
“Helio AI”-ın investisiya raunduna rəhbərlik etməkdən məmnunuq. Şirkətin gələcəyə baxışı SABAH.fund-un missiyası ilə uyğunluq təşkil edir və biz genişmiqyaslı, sistemli problemlərin həllinə yönəlmiş təsisçilərin inkişafını dəstəkləyirik. HR texnologiyaları demək olar ki, bütün təşkilatları əhatə etsə də, bu sahə hələ də qabaqcıl süni intellekt həlləri ilə tam şəkildə təmin olunmayıb. “Helio AI” bu boşluğu aradan qaldırır və biz onların işə qəbul proseslərinin gələcəyini formalaşdıracaq potensiala malik peşəkar komandaya sahib olduqlarına inanırıq.”
“Helio AI” bundan əvvəl Gürcüstandan mələk investorlar, “Axel” (Gürcüstan Biznes Mələk Şəbəkəsi) və “500 Eurasia” fondundan ümumilikdə 350 min ABŞ dolları investisiya cəlb edib. Startap bu il “Baku ID” 2025 innovasiya festivalı çərçivəsində keçirilən “Nexus Awards” mükafatlandırma mərasimində “İnsan resursları texnologiyaları üzrə" ən yaxşı startap seçilib.
Qeyd edək ki, SABAH.fund 2024-cü ildə SABAH.HUB İnnovasiya Mərkəzinin çətiri altında, yerli və qlobal bazarlarda miqyaslana bilən problem və ehtiyacları həll edən startap təsisçilərini dəstəkləmək məqsədilə təsis edilib. Fond həm regionun ən böyük vençur kapital fondu, həm də Mərkəzi Asiya, Türkiyə, Yaxın Şərq və Şimali Afrika regionlarına investisiya yatıran ilk vençur kapitalı qurumudur
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
4 saat əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
-
5 saat əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
6 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 7 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Fransız fermerlərin etiraz aksiyaları davam edir
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti
Dövlətə məxsus xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətləri özəlləşdirilir - ADLARI
Dekabrda Azərbaycanda sabit genişzolaqlı internetin sürəti 3%-dən çox, mobil internetin sürəti isə 6%-dək artıb
Bakcell və Gənclər Fondu “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramını elan edir
Mənzil axtaranların diqqətinə: Yasamalda büdcəyə uyğun, tam təmirli mənzillər satışda






















